usd-1.7000 eur-1.9833 rub-2.1450
Bakı 17°C 17.22 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Mədəni irs” forumu keçiriləcək

details

MƏDƏNİYYƏT

27.11.2023, 11:20 Oxunub: 674

18-20 dekabrda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.


1001info.az xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.
Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
Forumda iştirak etmək istəyən şəxslər dekabrın 10-a kimi onlayn müraciət forması ilə qeydiyyatdan keçə bilərlər.


 

Digər xəbərlər