usd-1.7000 eur-1.9746 rub-2.3867
Bakı 18°C 12.63 m/s
Son xəbərlər
24-05-2026
23-05-2026
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026
29-04-2026
26-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məşhur sənətşünas öldü: 2 milyard dollarlıq rəsm əsərləri Putinə qaldı

details

MARAQLI

14.02.2024, 11:40 Oxunub: 2124

 

Sovet və rus yazıçısı, tarixçisi və sənətşünası Nina Moleva 99 yaşında vəfat edib.


1001info.az Publika.az -a istinadən xəbər verir ki, o, fevralın 11-də dünyasını dəyişib. Nina Moleva Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının üzvü, tarix elmləri doktoru və sənət elmləri namizədi, professor olub. Nina Moleva rus rəssamları haqqında bir sıra monoqrafiyaların, rus və xarici incəsənət tarixinə dair tədqiqatların, qədim rus və qədim Moskva memarlığına dair kitabların müəllifidir.


Onun bəzi əsərləri Avropa dillərinə tərcümə edilib. Moleva iki milyard dollar dəyərində sənət əsərlərinə sahib olub. Əri, avanqard rəssam Elia Belutinanın ölümündən sonra ona 200-ə yaxın rəsm kolleksiyası miras qalıb. Onların arasında Mikelancelo, Rubens, Leonardo da Vinçi, Titian, Donatello, El Greco, Rembrandt, Velazquezin eskizləri və hazır işləri yer alıb.


Fransanın "Hotel Drouot" hərrac evinin mütəxəssisləri kolleksiyanın başlanğıc qiymətini 400 milyon dollar qiymətləndiriblər. Deyilənə görə, kolleksiyanın qiyməti iki milyard dollara çata bilər.
Kolleksiya elmi araşdırmalar üçün əlçatmaz olduğundan, rəsmlərin həqiqiliyini müəyyən etmək mümkün olmayıb. 2019-cu ildə Dövlət Tretyakov Qalereyasının rəssamlıq şöbəsinin müdiri Larisa Kaşuk öz "Facebook" səhifəsində qeyd edib ki, kolleksiyadakı bir çox əsərlər muzeylərdə nümayiş etdirilir.


Qeyd edək ki, 2013-cü ildə Nina Moleva kolleksiyasını Rusiyanın qanuni nümayəndəsi kimi prezident Vladimir Putinə vəsiyyət edib.

Digər xəbərlər