usd-1.7000 eur-1.8399 rub-0.0185
Bakı 13°C 6.53 m/s
Son xəbərlər
28-03-2024
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Milli Qəhrəman Niyazi Aslanovu xatırlarkən... - Vüqar Əsgərov yazır

details

ŞƏHİDLƏR -Qazilər

26.12.2022, 10:53 Oxunub: 3257

 “MƏN HƏMİŞƏ SİZİNLƏYƏM” 

 


Deyirlər üç müqəddəs səs var. İti zəkası və ağlının gücü ilə aləmi işıqlanıdıran alimin qələminin səsi, halal ruzi üçün tər tökən cütcünün xışının səsi, bir də vətəninin toxunulmazlığı üçün ölümə hər an hazır olan əsgərin silahının səsi. Bu üç səsin vəhdəti isə xalqı birliyə, ədalətə  və sülhə səsləyir. İnsanlar doğma torpaqda firavan yaşamağa çalışsa da, mayası məkr və hiylədən yoğrulmuş xəbis düşmən zaman-zaman həyatın düzənini pozmuş, dünyada misli görünməyən vəhşiliklər törətmişlər. 20-ci əsrin sonuncu qərinəsində olduğu kimi. 
1988-ci ildən başlayaraq mənfur düşmən torpaq iddiası ilə Qarabağda müharibə ocağı çatdı. Himayədarlarına arxalanan bu üzdəniraqlar imperiyadan qalmış ağır texnikalarla torpaqlarımızın zəbtinə çalışdılar. O zaman nə ordumuz vardı, nə silah-sursatımız vardı, nə də peşəkar kadr ehtiyatı. Belə bir məqamda vətən fədailəri bir araya gələrək silahsız da olsa torpaqlarımızın müdafiəsinə qalxdılar. O oğullardan biri də cəsarəti və diribaşlığı ilə dəfələrlə düşmənin səfini dağıdan “Azərbaycanın Milli Qəhrəmanı” Niyazi Şərəfxan oğlu Aslanov idi! 


Bəs Niyazi Aslanov kimdir? O, 25 dekabr 1960-cı ildə Goranboyun Tap Qaraqoyunlu kənində dünyaya göz açıb. Doğulduğu kənddə orta məktəbi btirdikdən sonra Ağdam Kənd Təsərrüatı Texnikumuna daxil olub. 1979-cu ildə İmperiyanın uzaq Altay vilayətində əsgəri borcunu yerinə yetirib. O, hərbi xidmətdən tərxis olunduqdan sonra doğma kəndində əmək fəaliyyətinə başlmış, aqronomluqdan sovxoz direktorunun müavini vəzifəsinə qədər yüksəlmişdir.
Tap Qaraqoyunlu kəndinin yuxarı hissəsində - “Ağ qaya”nın  qənşərindəki strateji  “Yaltaxıl” yüksəkliyi düşmənin yuvasına çevrilmişdi. Oradan ətraf kəndlər atəşə tutulur, kommunikasıya xətləri sıradan çıxarılırdı. Hətta iş o yerə çatmışdı ki, kənd əhalisi məzarlıqlara gedə bilmirdi. Ermənilərin getdikcə azğınlaşması hər kəsi narahat edirdi. 
4 may 1992-ci il... Niyazi Aslanov bölük komandiri İsfəndiyar Əsədovla Talış kəndi və ona bitişik ətraf məntəqələrdə yuva qurmuş silahlıları susdurmaq üçün əməlliyyat hazırladı. 
Bu hücum ermənilər üçün gözlənilməz oldu. İsfəndiyar Əsədovun dəstəsi bir günün içində düşmən mövqelərini darmadağın edib, bütün yüksəklikləri ələ keçirdi. Düşmən bu gözlənilməz hücumun qarşısında tab gətirə bilməyib öz mövqelərini tərk etmək məcburiyyətində qaldı. Böyük ruh yüksəkliyinə səbəb olan bu uğurlu əməliyyat qısa bir zamanda nəinki Goranboya, eləcə də digər bölgələrə yayıldı. 
Döyüş meydanında – Talış kəndində silah-sursatla yanaşı, xeyli erməni silahlısı məhv edilmişdi. Hətta taborun komandiri yaralı olaraq əsgərlərimizin əlinə keçmişdi. O komandir idi ki, neçə vaxdan bəri silahsız kənd camaatına olmazın əzabını vermiş, qadın, uşaq, yaşlı demədən əlinə keçəni qətlə yetirmişdi. Əsgərlərimizin əlinə keçən həmin komandir aqibətini bildiyi üçün hiyləyə əl atmağa çalışdı. Külli miqdarda pul təklif eləsə də ölüm qılıncı başının üzərində idi. Siz deyin, günahsız ana- bacıların qanına əli bulaşan bir qatili bağışlamaq olardımı?! Əlbəttə ki yox!!!  
Niyazi taleyini səngərə bağladığı üçün evə də gec-gec gəlirdi. Hətta bir dəfə həyat yoldaşı: “üzünü görə bilmirik, barı bircə gün qal, bir isti çay iç, barı körpələr ata nəfəsi duysun” demişdi. Niyazi də gülümsünüb: “səngərdəkilər də mənim balamdır da, onları düşmən qarşısında qoyub evdə dincələ bilərəmmi?! Bir də ki unutma, evdə Naillə bərabər Həzi Aslanov kimi igid böyüyür. Səni onlara tapşırıram,  - deyib vidalaşmışdı o gün. 

Böyük itki verən  düşmən bir gün sonra səfərbər olunaraq böyük qüvvə ilə əks- hücuma keçdi. Hücumun qarşısında duruş gətirmək elə də asan deyildi. Çünki ağır texnikanın qarşısına yüngül çaplı silahlarla çıxmışdılar. Ona görə də tabor əvvəlki mövqeyinə çəkilmək məcburiyyətində qaldı. Təəssüf ki, həm döyüşdə İsfəndiyar Əsədov, Sərxan Ocaqverdiyev, Fikrət Hacıyev, Kərim Kərimov, Şükür Məlikov, Yunis Əliyev və Niyazi Aslanov kimi ər oğulları itirdik. 
 “Yaltaxıl” döyüşü hər kəsin yaddaşında xüsusi bir iz buraxdı. Döyüşçülər arasında qələbəyə inam əhval-ruhiyyəsi yaratdı. Düşmənə sarsıdıcı zərbə endirən bu qəhrəman bölüyün adı Azərbaycanın hərb tarixində yeni bir səhifə açdı. Məhz bu uğurlu əməliyyatdan sonra fərqli cinahlardan hücuma keçən hərbi birliklər Ağdərə, Suqovuşan istiqamətində böyük irəliləyişə nail oldu. Düşmən demək olar ki, əksər mövqelərdə itki verib geri çəkilirdi. 
Niyazi tankçı idi. Silah-sursatın qıt vaxtlarında o, bir neçə döyüş yoldaşı ilə imperiya ordusunun ermənilərin nəzarətində olan bir tankını ələ keçirib təmir etmişdilər. Həmin tank hiyləgər pusquların, gözlənilməz hücumların qarşısının alınmasında Niyaziyə, daha doğrusu tabora dəfələrlə uğur qazandırmışdı. Düşmən həmin tankı vurmağa çalışsa da, Niyazi onu göz bəbəyi kimi qoruyurdu. 
Döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə “Yaltaxıl” əməliyyatının iştirakçılarından beş nəfər - Yunis Əsgər oğlu Əliyev, Kərim Məhəmməd oğlu Kərimov, Sərxan Surxay oğlu Ocaqverdiyev, Fikrət Əli oğlu Hacıyevdir və Niyazi Şərəfxan oğlu Aslanov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. 
Goranboyun kəndlərindən başlayaraq, Tərtərdən Ağdərəyə qədər döyüş yolu keçmiş cəsur döyüşçü, mahir tankçı, “Azərbaycanın  Milli Qəhrəmanı” Niyazi Aslanovun doğma kəndindəki məzarı bir and yerinə, ziyarərgaha çevrilib. Tanıyan da, tanımayan da hər kəs onun məzarını ziyarət eləyir, xalqımızın qəhrəman oğlu ilə fəxr edirlər. Və nə yaxşı ki, dəmir yumruqlu Azərbaycan əsgəri illərdən bəri düşmən caynağında inləyən torpaqları nəinki azad etdi, hətta şəhidlərimizin qisasını aldı. Artıq “rahat uyu, ruhun şad olsun, şəhidim!”, deyə bilirik. 
Bəli, Niyazi varlığını Vətənə qurban verib o ali məqama ucaldı. Özündən sonra onun adını yaşadan, ata ocağının qorunu sönməyə qoymayan Nail və Həzi adında iki oğul əmanət qoydu.

 Çox çətindir şəhid xanımı olmaq, onsuz övlad böyütmək. Amma həyat Rübabə xanıma güclü olmağı öyrətdi. “Sən Azərbaycan qadınısan, güclü, iradəli olmaq sənin kökündə var. Hər nə olursa olsun mətanətli olmalısan”,- dedi öz –özünə .
Bütün gücüylə çalışdı ki,  övladlarını qəhrəman atasına layiq böyütsün, Niyaz  kimi vətənpərvər, igid olsunlar! Bu arzusuna çatdı Rübabə xanım, daha doğrusu şəhid həyat yoldaşını arzusuna çatdırdı. İndi Niyazinin ocağında nəvələri nənənin başına yığışıb. Görmədikləri, amma haqqında çox eşitdikləri qəhrəman babadan danış deyirlər... Rübabə xanım hələ çox danışacaq... Niyazi kimi cəsur insanı tanıtmağa bir ömür yetməz ki...

Vüqar Əsgərov
 


     

Digər xəbərlər