13:21 Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“O, hər kəsin sevdiyi əsl Xalq artisti idi” - Mehriban Əliyev

GÜNDƏM
01.08.2025, 17:12 Oxunub: 15Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı instaqram hesabında paylaşım edib.
1001info.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir.
Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!”
