usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 18°C 2.89 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Xocalı soyqırımı barədə çox faktların üstü açılacaq”- Elnur Allahverdiyev

details

GÜNDƏM

26.02.2024, 12:39 Oxunub: 1171


“Son üç ildə Ermənistan işğalından azad olunmuş ərazilərimizdə 13 kütləvi məzarlıq aşkar edilib. Bunlardan sonuncusu bu günlərdə Xocalıda tapılıb. Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində. Bu məzarlıqda qadın və uşaq qalıqları var. Onları vəhşicəsinə, əlləri kəndirlə bağlanmış şəkildə qətlə yetirib burada basdırıblar. Bu gün ermənilərin guya Qarabağdan zorla qovulduqlarını, hətta “genosid”ə məruz qaldıqlarını iddia edən dövlətlər, beynəlxalq təşkilatlar və ayrı-ayrı şəxslər arada bir vicdanları ilə söhbət etsələr, yaxşı olar. Təbii ki, vicdanları varsa”.

1001info.az “Qafqazinfo.az”a  istinadən xəbər verir ki, bu sözləri ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımını şərh edən millət vəkili Elnur Allahverdiyev söyləyib.

Deputat hesab edib ki, Xocalı soyqırımının dünya tərəfindən tanınması yolunda əlindən gələni etmək hər bir azərbaycanlının mənəvi borcudur və bu istiqamətdə ciddi iş gedir:

“Artıq bir neçə dövlət Xocalıda baş verən qətliamı soyqırımı kimi tanıyıb. Bu, uzun bir yolun başlanğıcıdır. Bizim Xocalıda baş verən vəhşiliklərin dünyaya gerçək genosid olaraq tanıtmaq üçün yüzlərlə faktımız var. Saxta “tarixi faktlar” və arqumentlərlə müxtəlif ölkələrin parlamentlərində qəbul edilmiş, tarixi yalanlar üzərində bərqərar olmuş “erməni genosidi”ndən fərqli olaraq Xocalıdakı soyqırımını təsdiqləyən video və fotolar, mediada işıq üzü görmüş araşdırmalar var. Vətən müharibəsindən sonra isə soydaşlarımızın basdırıldığı məzarlıqlar üzə çıxır”.
Ətraflı

E.Allahverdiyevin sözlərinə görə, aşkar edilmiş məzarlıqların hamısı orada basdırılmış şəxslərin zorakı metodlarla qətlə yetirildiyini göstərir.

“Bu canilərin necə insan olduqlarını düşünmək belə mümkünsüzdür. Təsəvvür etmək çətindir ki, onlar öldürdükləri vətəndaşlarımızı hansısa xüsusi bir yerdə ayrılmış məzarlıqda deyil, gündəlik tapdaq altında olan kənd ərazisində, yaxud yollarda basdırıblar. Buna hansı vicdan imkan verə bilər? Bu şəxslərin Azərbaycana, azərbaycanlılara münasibətdə olan nifrətlərinə baxın ki, öldürdükləri insanların üzərindən hər gün gedib-gəlir, həmin məzarlıqların yaxınlığında yaşayırmışlar”, - deyə deputat vurğulayıb.

Millət vəkili hesab edir ki, bu gün Bakıda həbsdə olan separatçı qurumun rəhbərlərinin hər birinin Xocalı qətliamında əli var:

“Onların əlləri xalqımızın qanına batıb. Buna görə də cavab verəcəklər. Ədalət mühakiməsi qarşısında çox faktların, cinayətlərin üstü açılacaq, o cümlədən, Xocalı soyqırımını törədənlərin adları çəkiləcək. İllərdir Ermənistanı himayə edənləri qorxudan budur, ona görə də bu caniləri “siyasi məhbus” kimi təqdim və müdafiə edirlər”.

Digər xəbərlər