usd-1.7000 eur-1.8409 rub-0.0183
Bakı 13°C 3.51 m/s
Son xəbərlər
26-03-2024
23-03-2024
22-03-2024
19-03-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

QAR ÇİÇƏKLƏRİMİZ 

details

ŞƏHİDLƏR -Qazilər

18.02.2023, 11:27 Oxunub: 5667

20 fevral qəhrəman şəhidimiz Elmin Əvəz oğlu Mirzəyevin mövlud günüdür  


Böyük Nazim Hikmətin bir fikri var: “İnsan¬lar var yemək çeşidlərini bilir, geyim çeşidlərini bilir, gülüşün çeşidlərini bilir. Mən isə dərdlərin çeşidini biliriəm”. Bu fikr sanki xalqımızın 200 illik tarxinin, həyatının yaşadıqları acı taleyinin ifadəsidir. Biz dərdlərin, faciələrin çox çeşidlərini bilirik.  
Tariximiz fevral faciələri ilə zəngindir, bütün zamanlarda bizə soyuq üzünü göstərib - fevral ayı. İlk dəfə 1722-ci ilin fevral ayında ermənilər I Pyoturun qəbuluna çağrılır. Onlar Pyotru Qafqazı getməyi xahiş edir. Həmin xahişnamədən sonra  Pyotr Xəzər¬sahili tor¬paqlara, xüsusilə də Azərbaycana işğalçı yürüşlər edir. 1724-cü il fev¬ralın 24-də Pyotrun verdiyi fərmana əsasən, ermənilər Azər¬baycan torpaq¬larında məskunlaşmağa başlayır. 1828-ci ilin fevralında Urmiya və Ərdəbilə girən ruslar, ardından Dərbəndi özünə birləşdirir, Borçalını Gürcüstanı, İrə¬vanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi yaşamaq üçün ermənilərə verir. 

 

Və o gün¬dən tariximizə erməni qanının izi düşür. Fevral soyuq üzünü bizə 10 fevral 1828-ci ildə imzalanan Türkmənçay anlaşmasında daha sərt göstərdi. Gələk son tariximizə, uzun və dərin yuxudan sonra, 1988-ci ildə yenə soyuq fevrallarla üz-üzə qaldıq. Həmin il 22 fevral tarixində Qarabağ camaatı ermənilərin torpaq iddialarına etiraz edərək, Əsgərana qədər piyada yürüş etdilər. 33 illik qara üzlü tariximizin ilk şəhidlərini – Ağdamlı Əli və Bəxtiyarı da həmin gün - fevralın 22-də qurban verdik. 16 fevral 1990-cı ildə Bakı-Şuşa marşrutu ilə hərəkət edən avtobus ermənilər tərəfindən partladılmış, içindəki sərnişinlərin çoxu həlak olmuş¬du.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX yüzilin növbəti soyqırımı tarixi yazılır.  Beləcə, soyuq fevrallar yaşayırıq ikiyüz ilə yaxındır.  
Bu faciələri fevralda xalqımıza yaşadan qədər-qismətimiz, elə fevralda da oğullar bəxş etmişdir bizə. Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın qüruru Mübariz İbrahimov 7 fevral 1988-ci ildə - tariximizin qara günlərinin başladığı o dönəmdə doğulmuşdu. Demək ki, fevral düşündüyümüz qədər mərhəmətsiz deyilmiş. 
Bu gün haqqında bəhs edəcəyim qəhrəman çavuş Elmin Mirzəyev də fevralda doğulmuşdu – 20 fevral 1995-ci ildə. Tariximizin faciələrini sonlandıracaq igidlərin içində də  fev¬ralda doğulmuşlar az deyil.Türklərin bir deyimi var: “Hər qaranlıq gecə onu sonlandıracaq sabahın toxumlarını içində daşıyır”. Mübariz və Elmin kimi minlərlə oğullar qara gecələrimizi sonlandıracaq toxumlar idi.   
Amma bizim qiyamətə saxlamayacağımız bir qisasımız vardı. O qisası almaq üçün çinarboylu oğullarımızın bir 27 sentyabr sabahına ehtiyacları vardı, bir də 44 günlük tarixə. O payız sabahı illərdir sinəmizdə kösöv kimi tüstülənən çeşid-çeşid dərdimizn üstünə su səpildi. İşıq görünürdü qaranlıqların son ucunda. O işığı xalqımızın gələcəyinə açan oğullardan biri Xocavənd rayonunun Əmrallar kəndindən olan çavuş Mirzəyev Elmin Əvəz oğludur. Onun vətən ruhu, döyüş yolu böyüdüyü ailədən, atasından  başlamışdı. Atası Əvəz Mirzəyev Birinci Qarabağ müharibəsinin döyüşçüsü olub, vaxtilə Daxili İşlər Nazirliyi tərkibində polis nəfəri kimi döyüşlərə qatılmış, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. 1992-ci ildə doğma kəndi Əmrallar uğrunda gedən döyüşlərdə yaralanmışdı. Sonra həyatın daha ağır üzü açılır talelərinə. Qaçqınlıq, köçkünlük, yurdsuzluq, evsizlik. Eli-obası yağmalanan Əvəzin bu qaranlığın içində bir ümid işığı vardı, ümidi üzülməmişdi. Evində aslan kimi üç oğul böyüdürdü. Qəhrəman şəhidimiz Elmin evin böyük oğluydu.
Ailələri 2009-cu ildə köçkünlər üçün Beyləqan rayonunun ərazisində salınmış qəsəbədə evlə təmin olunduqdan sonra Elmin təhsil həyatına Səlakətin kənd tam orta məktəbində davam edir. Doğma yurdlarını tərk edəndən sonra ağrılı-açılı qaçqın həyatının onlara verdiyi bütün əziyyəti yaşayıblar. Ancaq sınmayıblar,  inanıblar ki, bir gen yenidən xalqımızın alnına gün doğacaq, qaranlıqlarımız aydınlanacaq. 
Elmin istiqanlı və mehriban uşaq kimi qalır müəllimlərinin və məktəb yoldaşlarının yaddaşında. 2012-ci ildə orta məktəbi bitirir və 2013-cü ildə hərbi xidmətə gedir. Nizam-intizamı ilə seçilən gənc əsgər hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə diplom və fəxri fərmanlarla qiymətləndirilir. Uğurlu xidmətinə görə ailəsinə təşəkkür məktubu belə gəlir. 2015-ci ilin oktyabrında əsgərliyini uğurla başa vurub evlərinə dönür. Atası Əvəz kişi deyir ki, Elmin əvvəldən tərbiyəli və  istiqanlı uşaq olsa da, əsgərlik həyatı onu çox dəyişdirmiş, yetkinləşmişdi. Əsgərlikdən gələndə tamam başqa adam olmuşdu. 
Bir ara fərdi əməklə məşğul olan Elminə atası təklif edir ki, polis xidmətində çalışsın. Lakin torpağı, vətəni düşmən işğalında olan gənc adamın ruhu, ürəyi hərb sənətinə bağlı idi. Odur ki, atasının təklifini hörmətlə qarşılasa da, qərarını verərək, həyatını hərb sənətinə bağladı. Onun bu istəyinin əsas səbəbi isə Aprel döyüşlərində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq olmuşdu. Odur ki, 2016-cı ilin avqust ayından 702  saylı hərbi hissədə BMP-nin baş tuşlayıcısı vəzifəsində xidmətə başlayır. Atası deyir ki, onu sonuncu dəfə müharibədən iki gün əvvəl - 2020-ci il sentyabrın 25-də gördük, ruh yüksəkliyi vardı, əhval-ruhiyyəsi də əla idi. 
Sentyabrın 27-də - o tarixi gündə bütün vətən övladları kimi, Elmin də düşmənlə cəbhənin ön sıralarında idi. BMP-nin baş tuşlayıcısı kimi düşmənin birinci eşalonunun yarılıb keçilməsində qəhrəmanlıq göstərir. Müharibənin ön sıralarında qəhrəmanlıqla döyüşən Elmin həm də yaralıları döyüş  xəttindən çıxarmağa çalışırdı. Döyüş yoldaşları danışır ki, şəhid olan uşaqlıq dostu Qara Balakişiyevi döyüş bölgəsindən çıxararkən Elmin dedi ki, rahat yat, sənin qisasını alacam Qara...    
 Elminin özündən kiçik qardaşı ilə fərqli cəbhələrdə olsalar da döyüşlərə eyni gündə qatılmışdılar. Orxan o günlər belə xatırlayır: “Mən mina təmizləyən idim. Əvvəlcə əraziyə biz daxil olur, dəhliz açırdıq. Sonra ordumuz həmin dəhlizlə irəliləyirdi. Elə yerdə idim ki, nə Elminlə, nə də ailəmizlə əlaqə yarada bilmirdim. Sentyabrın 29-da yaralıları təxliyə edərkən təsadüfən Elminlə görüşdüm. Füzuli-Alxanlı istiqamətindəki ən qanlı döyüşlərdən gəlirdi, alnı çapılmışdı, döyüş maşını güllələrdən, qəlpələrdən dəlik-deşik idi, içində bir neçə yaralı döyüşçü vardı. Bir-iki kəlmə danışdıq, mənə dedi ki, qardaş, hansımız şəhid olsaq, ailəmiz sağ qalanımıza əmanət. Çox yorğun və bitkindi, dedim biraz qal burda dincəl. Sözümü ağzımda qoydu.. Axırıncı görüşümüz oldu. O günü xatırlamaq mənim üçün çox ağırdı...”   Həmin gün Elmin atası ilə də danışır.  Misli görünməmiş qəhrəmanlıqla Füzuli rayonundan sonra Elmingil Cəbrayıl uğrunda ağır döyüşlərə girirlər. İmkan tapıb zəng edərək, vaxtilə Cəbrayılın hansı bölgəsində döyüşdüyünü atasından soruşur. Sonra da qürurla döyüş yoldaşlarına deyib ki, bax buralarda mənim atamın ayaq izləri var, mən niyə o izlərlə getməyim!? Çox qürur duyurmuş ki, atasının izi ilə gedir.      
Güllənin, mərminin yağış kimi yağdığı ərazilərdə döyüş böyük cəsarət, qəhrəmanlıq tələb edirdi. O qəhrəman oğullardan biri də Elmin idi. O, Füzuli və Cəbrayıl rayonları istiqamətində düşmən postlarının və istehkamlarının dağıdılmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində şücaət göstərmişdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirirdi. Son döyüşü 2 oktyabr 2020-ci il tarixində olmuşdur. Elmin həmin gün Füzulinin işağldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.  Qəhrəman şəhidimiz çavuş Mirzəyev Elmin Əvəz oğlu şəhadətindən sonra  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”,  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Müharibə başlamazdan xeyli əvvəl sevib seçdiyi Elnarə xanımla ailə həyatı qurmuşdu Elmin. Alina və Səma adlı iki qız övladı vardı. Özündən sonraya övladlarına çox böyük varidat  qoyub qəhrəmanımız. Azərbaycan boyda Vətən, bir də şərəfli ad. Alina və Səma o şərəfli adın qüruru ilə böyüyəcəklər. Məktəblərdə müəllimlər sinif yoldaşlarına qızların atası haqqında qürurla danışacaq və o adam sinif yoldaşınız Alina və Səmanın atasıdır,  deyəcəklər. 
Müharibənin nə demək olduğunu yaxşı bilən Əvəz Mirzəyev oğul dərdini çəkmiyib nə edəcək ki!? Çəkə bilməyəndə ürəyinin yanğısını sözlərə, kəlmələrə tökür. Məqsədi bir hovur təskinlik tapmaqdır. Bilmirik tapa bilirmi, bilmirmi, amma balasını şerlərdə oxşayır, sevir...
Qayıt oğul, bir gecəlik görüm get,
Sən gedənnən od tutmuşam, sönüm get.
Neçə vaxtdır sarılmıram boynuna,
Son bir dəfə gəl başına dönüm get.

Elminimin gəldi səsi, 
Qələbənin təntənəsi,
Aldım sonuncu nəfəsi,
İndi bildim mən şəhidəm, 
Ata, bil ki, mən şəhidəm. 

Rəsmiyyə Qarayeva

Digər xəbərlər