usd-1.7000 eur-1.8043 rub-0.0181
Bakı 16°C 7.33 m/s
Son xəbərlər
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 Qəhrəmanlar unudulmur ... Tarix müəllimi Rəvan Lətifov  

details

ŞƏHİDLƏR -Qazilər

24.03.2023, 19:09 Oxunub: 3827

 

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
        Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
 
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

        İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Rəvan Lətifovun da əziz xatirəsi hər zaman qəlbimizdədiir.

 

Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olub. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləyib. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışıb.
Rəvan  təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1990-cı ilin Qanlı Yanvar hadisələri, 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı və ümumilikdə Birinci Qarabağ müharibəsində yaşanan faciələr onun milli ordu sıralarına qoşulmasına böyük təsir göstərib.

Atası Lətifov Ömür meşə təsərrüfatı üzrə mütəxəssis, anası Gültəkin xanım müəllimə idi. Bir qardaşı və iki bacısı var. 2016-cı ildə ailə həyatı qurub  və bir övladı olub.
Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulub. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulub. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Fizuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak edib. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənir.
6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilir.


Rəvan döyüşdəykən yaxınlarına göndərdiyi sonuncu mesajında yazıb:
“Müharibədə sonadək iştirak edəcəm, yüksəkliklərə bayrağımızı sancacağıq. Bu, sözlə ifadə ediləcək hisslər deyil”. Bir də əlavə edib ki, onunla əlaqə saxlaya bilməsələr narahat olmasınlar. Yalnız qələbədən sonra geri dönəcək.
Rəvan noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun vəfatından iki gün sonra hərbi əməliyyatların dayandırılması haqda razılaşma əldə edilib. Söz verdiyi kimi qələbədən sonra, çox sevdiyi bayrağa bürünmüş halda kəndə qayıdıb...

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı,  Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Digər xəbərlər