usd-1.7000 eur-1.8114 rub-0.0183
Bakı 17°C 13.18 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024
28-04-2024
26-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qərbi Azərbaycan İcması Ermənistan XİN başçısına cavab verib 

details

GÜNDƏM

14.02.2024, 11:31 Oxunub: 404


"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir".

1001info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. “Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “unudur” ki, 2020-ci ilə qədər məhz onun ölkəsi son vaxtlar bəh-bəhlə danışdıqları Almatı bəyannaməsini də pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla faktiki olaraq yeni sərhəd xətti yaratmağa can atıb.
Ermənistan üçün 30 il ərzində sərhəd xətti Ağdam, Füzulidən keçirdi və elə həmin Ararat Mirzoyan Vətən müharibəsinin ilk günlərində “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi işğalı dəstəkləyən boğazdan yuxarı açıqlamalar verirdi. Başları daşa dəyəndən sonra Ermənistan rəsmilərinin indi məzlum görüntüsü almaları ikrah doğurur.
Ermənistanın “Qarabağda erməni mədəni irsinin qorunması” məsələsini Avropa İttifaqı ilə müzakirə etməsi ölkəmizin suverenliyinə qarşı açıq-aşkar təhdiddir. Ararat Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESCO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır.

Digər xəbərlər