ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Zalxa Orucovanın “Hüseynbala Mirələmovun bədii nəsri” adlı kitabının təqdimat mərasimi keçirilib
ƏDƏBİYYAT
04.03.2026, 22:05 Oxunub: 587Atatürk Mərkəzində elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində olan əlamətdar bir tədbir – gənc ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Zalxa Orucovanın “Hüseynbala Mirələmovun bədii nəsri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə ölkənin tanınmış alimləri, ədəbiyyatşünaslar, yazıçılar, ziyalılar və media nümayəndələri iştirak ediblər. Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan bu nəşr müəllifin 2025-ci ildə müdafiə etdiyi və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüyü dissertasiya işi əsasında hazırlanmış monoqrafiyadır.
Monoqrafiyada çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Hüseynbala Mirələmovun bədii nəsri insan və zaman münasibətləri kontekstində sistemli və konseptual şəkildə təhlil olunub. Müəllif yazıçının yaradıcılığında insan amilinin aparıcı xətt kimi çıxış etdiyini, qəhrəmanların daxili aləmi ilə ictimai-siyasi proseslər arasında üzvi bağlılığın yaradıldığını elmi arqumentlərlə əsaslandırıb. Tədqiqatda Hüseynbala Mirələmovun fərqli qəhrəman seçimi, tarixi və çağdaş sosial-siyasi proseslərə münasibəti, milli-mənəvi dəyərlərin bədii interpretasiyası, eləcə də real həyat hadisələrinin yeni düşüncə modeli prizmasından dəyərləndirilməsi geniş şəkildə araşdırılıb.
Zalxa Orucova yazıçının nəsrində insanın daxili dünyasının mürəkkəb qatlarını, mənəvi-psixoloji ziddiyyətlərini və xarakterlərin formalaşma mexanizmlərini xüsusi diqqət mərkəzində saxlayıb. Monoqrafiyada mövzu və ideya problemləri, qəhrəman tipologiyası, süjet və kompozisiya xüsusiyyətləri, müəllif mövqeyi kimi məsələlər elmi-nəzəri kontekstdə təhlil edilərək ümumiləşdirilib. Kitab həm akademik dairələr, həm də ədəbiyyata maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli mənbə kimi qiymətləndirilir.
Təqdimat mərasimini giriş sözü ilə açan akademik Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında müasir nəsrin sistemli araşdırılmasının vacibliyini vurğulayıb. O, Hüseynbala Mirələmov yaradıcılığının uzun illərdir ədəbi prosesdə xüsusi yer tutduğunu qeyd edərək, Zalxa Orucovanın bu irsə konseptual yanaşmasının ədəbiyyatşünaslıq üçün mühüm elmi hadisə olduğunu bildirib. Akademik gənc tədqiqatçının seçdiyi mövzunun aktuallığını və elmi nəticələrinin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, professor Elman Quliyev çıxışında qeyd edib ki, Hüseynbala Mirələmovun çağdaş Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus mövqeyi ilə seçilməsi təsadüfi deyil. Onun sözlərinə görə, yazıçının insan amilinə ardıcıl müraciəti, milli dəyərlərin bədii ifadəsində nümayiş etdirdiyi prinsipiallıq və mühafizəkarlıq, eləcə də aktual ictimai problemlərə həssas münasibəti onu yeni dövrün aparıcı ədəbi simalarından birinə çevirib. Professor vurğulayıb ki, yazıçının estetik dünyasının elmi şəkildə araşdırılması ədəbiyyatşünaslığımızın qarşısında duran mühüm vəzifələrdən biridir və Zalxa Orucovanın monoqrafiyası bu vəzifənin uğurlu icrası kimi dəyərləndirilə bilər.
Tanınmış ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, professorlar Minaxanım Təkləli, İslam Qəribli , Yaqub Babayev , şair Ağacəfər Həsənli və başqaları çıxış edərək monoqrafiyanın elmi yeniliyini, metodoloji əsaslarını və ədəbiyyatşünaslıq baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müəllif mövzuya səthi deyil, dərin elmi təhlil prizmasından yanaşaraq Hüseynbala Mirələmov yaradıcılığının ideya-estetik mahiyyətini sistemli şəkildə ortaya qoymağa nail olub. Çıxış edənlər kitabın gələcək tədqiqatlar üçün möhkəm elmi baza rolunu oynayacağını vurğulayıblar.
Daha sonra çıxış edən Zalxa Orucova tədqiqat prosesinin mərhələləri, qarşıya qoyulan elmi məqsədlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O bildirib ki, Hüseynbala Mirələmovun bədii irsi zəngin ideya qatları, güclü xarakter sistemi və zamanla səsləşən problematikası ilə seçilir. Müəllif qeyd edib ki, onun əsas məqsədi yazıçının yaradıcılığını insan və zaman münasibətləri müstəvisində dəyərləndirməklə bu nəsrin daxili estetik mexanizmini üzə çıxarmaq olub.
Tədbirin sonunda yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edərək yaradıcılığına göstərilən diqqətə və sanballı elmi araşdırmaya görə müəllifə təşəkkürünü bildirib. O, ədəbiyyatın əsas predmetinin insan olduğunu vurğulayaraq, gənc alimlərin ədəbi irsə belə məsuliyyətli yanaşmasının sevindirici hal olduğunu qeyd edib.
Beləliklə, Atatürk Mərkəzində keçirilən təqdimat mərasimi yalnız bir kitabın təqdimatı deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatının elmi təhlili istiqamətində atılmış mühüm addım kimi yadda qalıb. “Hüseynbala Mirələmovun bədii nəsri” monoqrafiyası müasir ədəbiyyatşünaslıq düşüncəsinə töhfə verən, sanballı və sistemli tədqiqat nümunəsi kimi dəyərləndirilir.
Digər xəbərlər