usd-1.7000 eur-1.9324 rub-2.2735
Bakı 25°C 1.08 m/s
Son xəbərlər
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026
23-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mən xəstənin aləm də bilir loğmanı sənsən,
Naz et, nə gərəkdir mənə dərman, mənə naz et...-
Günün şeiri 

details

ƏDƏBİYYAT

12.03.2026, 17:02 Oxunub: 3600

1001info.az "Günün şeiri" rubrikasında unudulmaz şair Davud Aslanın yaradıcılığına yer ayırıb.

Naz et

Ey işvəli canan, sənə qurban, mənə naz et,
Et nazın ilə könlümü al qan, mənə naz et.

Gördünmü məni, cövr elə, çək sinəmə min dağ,
Xoşdur, mənə naz et, sula meydan, mənə naz et.

Əfsunlu o gözlərdəki süzgün o baxışıar,
Olsun məkanım çölü-biyaban, mənə naz et.

Dart qaşlarını, sal işə müjganları, ox at,
Şır-şır bu sinəmdən axa al qan, mənə naz et.

Mən xəstənin aləm də bilir loğmanı sənsən,
Naz et, nə gərəkdir mənə dərman, mənə naz et.

Şükr olsun o Allaha ki, qəmzən məni yıxdı,
Arzum budu eşqində verəm can, mənə naz et.

Hər gün sənə qurban kəsilim, bax mənə həzz al,
Çək məhşərə, et qəlbimi viran, mənə naz et.

Sal zülfünü zəncir eləyib boynuma ey can,
Davud dözəcək olsa da nalan, mənə naz et.

Digər xəbərlər