usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 18°C 5.77 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şanlı qələbəyə həsr edilən kitab çin dilində - Fotolar

details

ƏDƏBİYYAT

12.03.2024, 14:47 Oxunub: 884

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib.
1001info.az xəbər verir ki, əsas məqsədi bu kitab vasitəsi ilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğı olan və birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim edilib.
Tədbirin əvvəlində 44 günlük savaşda əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən video çarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki, hər zaman verdiyi sözə əməl edən cənab Prezident İlham Əliyev xalqına hansı vədi verdisə, onu sona kimi yerinə yetirib. Odur ki, gənclər də cənab Prezidentin dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək olmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində 7 dildə nəşr edilən ilk nəşrdir. Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz hadisə iştirakçılarının dilindən nəql olunmasıdır. Kitabda Şanlı Qələbənin əldə olunmasının ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində mümkün olduğu xüsusi vurğulanıb.
Gənclərin müzakirəsinə çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilində tərcüməsi üzərində işlər davam edir.
Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları bildiriblər ki, kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və ölkənin öz torpaqlarını işğaldan azad etmə istiqamətində həyata keçirdiyi işlərin geniş təhlili verilib. Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə təqdim edilib

 

Digər xəbərlər