usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabı çapdan çıxdı

details

ƏDƏBİYYAT

13.05.2024, 14:10 Oxunub: 1497

 

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabı çapdan çıxıb.

1001info.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib. 
Kitabla bağlı məlumat verən Vaqif Abdullayev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri İsrail olub: “1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir.  Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirib, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirib.
Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verib, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürütüb. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür”. 
Professor kitabın ərsəyə gəlməsində mühüm rol oynayan tarixi hadisələrdən də bəhs edib: “Azərbaycanın İsraildə səfirliyinin açılması müəyyən geosiaysi səbəblərdən ləngisə də son 30 ildә iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə möhkәmlәnәrәk əsil dostluq zirvәsinә çatıb. 2023-cü il martın 29-da Təl-Əvivdə Azərbaycanın diplomatik korpusu fəaliyyətə başlayıb. Bu kitabın ərsəyə gəlməsində də bu mühüm tarixinin hadisə, eləcə də ötən ili mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri və imzalanan mühüm sazişlərdən meydana çıxan yeni reallıqarın böyük rolu oldu. Azәrbaycan-İsrail siyasi münasibәtlәrinə müxtəlif rakursdan elmi-politoloji təhlil və yanaşma əsasında müasir baxış ortaya qoyuldu.
Təəssüf ki, kitabın hazırlandığı bu il yarım ərzində İsrail və Fələstin Muxtariyyəti arasında baş verən münaqişə bölgədə sabitliyin pozulmasına səbəb oldu və hər birimiz bu münaqişənin tezliklə sülhlə başa çatmasını arzulayırıq”.
Qeyd edək ki,“Dostumuz, müttəfiqimiz” kitabının yaxın günlərdə təqdimat mərasimi keçiriləcək. “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində kitab həm də ivrit dilində nəşr edilib. 

Digər xəbərlər