usd-1.7000 eur-1.8297 rub-0.0185
Bakı 12°C 13.09 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Vətən kəlməsi Kəmalə xanımın bütün yaradıcı dünyasını sarır... - Məlahət İsmayılqızı yazır
 

details

MƏDƏNİYYƏT

24.02.2024, 17:52 Oxunub: 2347

Bu gün həmkarımız, əziz dostumuz, telejurnalist Kəmalə Mirzəyevanın doğum Günüdür. Kəmalə Mirzəyeva Azərbaycan mediasında öz dəsti-xətti, iti qələmi olan jurnalistlərimizdəndir. 2002-ci ildən fəaliyyətini AzTv-də başlayan Kəmalə xanım 22 il ərzində rəngarəng verilişlərin, 30-dan çox sənədli filmin ssenari müəllifi, redaktoru, rejissoru və aparıcısı qismində öz yaradıcı məharətini göstərib. 1001info.az yazıçı-publisist Məlahət İsmayılqızının telejurnalist, rejissor, ssenarist Kəmalə Mirzəyeva haqqında düşüncələrini təqdim edir. 

 

      MƏNİ MƏNDƏ DEMƏ...
    İÇİMİZDƏKİ  HƏSRƏT...


 
   Ürəyinin alovunun işığında adamlar yürüsünlər deyə yaşayan adam Tanrı kimidir.
                                                                                                                      Rüstəm Behrudi


 Bu heç də azacıq olmayan ömürdə çox yəqin ki, az insanlar görməmişəm, hər bir insan özlüyündə bir fərd olsa da, bəlkə də yanımızdan ötüb keçən birisinin bir şəxsiyyət olduğunu bilmək qədər mükəmməl olmayan bəşər, əslində etdiyi sürprizlərlə bizi heyrətləndirməyi asanlıqla bacarır. Biz insanlar heç də baxıcı deyil, lakin yaşadığımız həyat bizə analiz etməyi, müşahidə aparmağı və gördüklərindən nəticə çıxarmağı öyrədir...
         Kəmalə xanım heç bir kimsəyə, yazı əhlinə bənzəmir,  yaradıcı – düşündürücü və böyük Ürək sahibi - belə bir Azərbaycan Türk  Xanımı ilə ilk dəfə Onun simasında rastlaşdım. Bir yaz günü şərtləşdik, görüşdük. Təbiət və təbiilik harmoniya yaratmışdı, baharın ən gözəl çağı aprel ayı... əslində çoxdan tanıdığım Kəmaləni demə heç tanımırmışam... O danışdıqca düşünürdüm ki, bəlkə də Kəmalə xanım bir çoxlarının həyatı boyunca Onun elədiyi, böyük zəhmət tələb edən işin - özü də şərəfli işin heç bir hissəsini belə etmək arzusu ilə yəqin ki, çoxları yaşayıb. 
  Şanslı və Xoşbəxt bir Ömür deyək...Əslən Qərbi Azərbaycandan olan valideynləri və Onun torpağa bağlılığı, torpaq, Vətən, yurd, Ocaq sevgisi... və danışdıqca Kəmalənin içərisində sakitliyə çəkilən, məqamı gələndə kükrəyən və dünyaya yaşamaq yanğısından anlıyaraq - iç dünyasından baxan “içimizdəki həsrət”i görürdüm.
                                          İçimizdəki Uşaq hənuz böyümədi - N. Hikmət 
Elə ən gözəli də içimizdəki “Uşağın “böyüməməsidir, böyüsə saf- təmiz Uşaqlıq dünyamız param- parça olar, gəlin bu aspektdən baxaq bu mənəvi saflığa. 
 Qədim yurd yerlərimizə bağlılıq, kökünə, kötüyünə bağlılıq və erməni daşnak ayaqları altında inləyən Yurdlarımız... həsrətin özü dünya böyüklüyündədir...Bundan böyük nisgil olardımı... Ulularının gəzdiyi, yollar- izlər saldığı torpağını, elim-obam deyərək bağrına basdığımız Ana Vətənimiz!
   Orta məktəbi Bakıda - Qaraçuxurda 104№-li orta məktəbdə bitirən gözəl Kəmalə İqtisadiyyat Universitetinin İdarəetmə ixtisası üzrə mütəxəssis kimi yetişsə də, könlüm-qəlbim məni ayrı səmtə aparırdı -deyir. Bir neçə il Moskvada işləsə də yenidən hamımız kimi dünyanın Parisi adlanan Bakıya qayıdır. Və həyatının ən məhsuldar dövrü də məhz bu çağa düşür. Təsadüfən bizlərin sevimlisi, günü bu günün özündə belə Azərbaycan jurnalistikasının korifeylərindən olan Telli xanımla rastlaşanadək...Telli xanım Kəmaləyə təkcə yol göstərmədi, əlindən tutan bu əli heç buraxmadı. Elə əsl İnsanlıq və İnsan da bu:
                  Var təkan verəni cəhdin, həvəsin,
                  Bir gözəgörünməz köməyindədir...
                  Səni yedəyində aparan kəsin, 
                  Özü də kiminsə yedəyindədir – M. Araz
   Bəli,  zamanımızda çox az bulunan təmənnasız və iddiasız Böyüklük deyə adlanmağa layiq bu. 
Və nə yaxşı ki, Kəmalə Telli xanımla  rastlaşır. Buna istər şans deyək, istərsə uğur...Televiziya ilə bağlı öz fikirlərini Telli xanıma danışan Kəmaləni bu xanım  televiziyaya gətirir. Elə bu gəlişlə də həyatımın bütün axarı dəyişdi -deyir. İlk baxışda bir qədər sadə, lakin əzəmətli Kəmalənin daxili dünyası olduqca zəngindi, dünya içərisində dünya deyək : 
                    Bir Mən vardır Məndə,
                    Məndən içəri- Y. Emrə
 Mənə əslində Onun içərisində, xoş gülüşünün arxasında asanlıqla gizlətdiyi  “O Məni” görmək lazımdı və Mən nə yalan deyim, “O Məni” gördüm. O “MƏN “ Azadlıq yanğısı və onu əldə edən bir Türk xanımının Vətən boyda aşiqliyi idi. Və M. Müşfiqin təbirincə desək:
                      Mənim Azadlığım dünyaya sığmaz,
                      Yer Mənəm, Göy Mənəm, Kainat Mənəm!
 Kəmalə xanım çox zəngin mənəviyyat dünyasına, güclü müşahidə qabiliyyətinə malik ziyalı xanımdır. Cavan olmasına baxmayaraq zəngin həyat yolu və yaradıcı dünyası var. Rejissor, ssenarist, publisist—özü də qeyd etdiyi kimi iqtisadiyyat ı- idarəetməni qurtarsa da, əslində hər zaman bir ruh, yaradıcı insan dayanmışdı qarşımda. İntellekt səviyyəsi yüksək, duyğulu, təbiət- təbiilik aşiqi və bütün heyvanlara- Tanrının yaratdığı canlılara Məhəbbət. Yəni anlayacağımız Kəmaləyə yaxşı anlamda qibtə etməyə dəyər. 
    Yaradıcı dünyamda ikinci böyük dəstəkçim dəyərli jurnalist, publisist Qulu Məhərrəmli oldu- deyir Kəmalə xanım. Və daha bir şəxs - Bəxtiyar Qaraca, Azərbaycan televiziyasında “Gənclik” redaksiyasında onunla birgə işləmək mənə teleməkanda böyük dəstək oldu. Və bu üç böyük İnsan əmənim həyat yollarımda düzgün və dürüstlüklə addımlamağıma səbəb oldu.
  Bir müddət Xəzər TV-də “Qaliblər” idman proqramında işlədim, həm ssenari müəllifi kimi, həm də aparıcı kimi, özünün də qeyd etdiyi kimi əhatəm olduqca böyük idi.  Sözsüz ki, bu həm də Kəmalə xanımın bir sıra görkəmli idmançılarla və idman dünyası ilə tanışlığına təkan verir. Təkcə tanışlıq deyil, bu mərd insanlarla dostluq da mənə dünyamın daha da zənginliyinə gətirib çıxardı. Fərid Mayılov, Ehram Məcidov və s. kimi ünlü simalar ... və gözəl dostluqlar qazandım. Ən gözəl dostlar idi bunlar. Və özünü tanımaq – özü olmaq, belə şanslar verildi mənə.
  Lakin harada işləməyindən asılı olmayaraq Kəmalə xanım əsir düşən torpaqlarımızı, işğal olunmuş doğma Qarabağımızı, Zəngəzuru, Göyçəni bir an belə unutmadı. Məhz həyatında ən böyük dönüş də Qarabağla, əsir  Vətənimizə, Ölümsüz Şəhidlərə - borclu olduğumuz Şəhidlərə həsr edilən fəaliyyəti gözlər önünə gəlir.
    Elə bu zamanlardan başlayır biz insanların Özünüdərki və Özünütəsdiqi – hünər istər, asan məsələ deyil bir müsəlman mühitində - o mühit nə qədər sivil olsa da, özünütəsdiq etdirmək. Hansı işdən yapışdısa sevərək, məsuliyyət və ürəklə girişdi işinə. İstər filmlərə yazdığı ssenarilərdə, istərsə də rejissor kimi, aparıcı kimi nə yoruldu, nə də əziyyətli işinin əziyyətindən usandı. Lakin harda olursa olsun Kəmalə xanım Qarabağı, nə də ki, Vətənin itkin Ocağı olan Qərbi Azərbaycanı, minillik Türk Ocaqlarını unutdu  və bu nisgilli sevgi Onun yaradıcı dünyasına açılan pəncərə oldu. Və gördüyü bütün işlər Ona, özü söylədiyi kimi Özü Olmaq şansı verdi. Bu isə teleməkan kimi geniş auditoriyaya malik tamaşaçı kütləsi üçün böyük risk, cəsarət tələb edirdi.Məhz bu çağlardan da müstəqil həyat yoluna qədəm qoyan Kəmalə ssenarilər yazır, rejissorluq edir, filmlər üzərində çalışır. Bu o zamanlar idi ki, hələ doğma Qarabağımız, Ulu Türk Yurdları düşmən tapdağında idi. Təbii Kəmalə xanımın  da  milyonlarca insan kimi Azərbaycanın əzəli- əbədi torpaqlarının düşməndən azad olması mövzusu ən başlıca qayəsi idi. Qarabağın azadlığı başlıca məqsəd və mövzu idi. Elə bu mövzularla da onlarla filmin ssenarisini yazdım, rejissoru oldum - deyə qeyd edir.  İlk işlərindən olan Milli Qəhrəman Mübariz İbrahimovun silahdaşı, yaxın dostu olmuş Fərid Əhmədovun haqqında çəkilən film “Hay ver mənə, Cənab Leytenant” - bu çox ağrılı olsa da, bunu həyata keçirmək Şəhidlərimizə ehtiram, bizlərin borcu idi. Ananın məğrur duruşu və... bu gözəl Ananın göz yaşlarını silməyə çalışdım... əgər bilsəm ki, bu Azərbaycan Anasının acısını azacıq da olsa yüngülləşdirə bildim... 
   ...İnanın əziz Oxucum, bu sətirləri yazmağın özü belə ağırdır, bundan o yanası yoxdur, bundan o yanası son dayanacaqdır. Bu sondur və sən bunu bilirsən,  lakin ürəyi qubar Anaya necə  təsəlli verə bilərsən...
   Allahın, Tanrının, Yaradanın lənətinə gələsən qarı düşmən.
   Onların dərdinə şərik olmaq, göz yaşlarını silmək başlıca qayəm oldu... 
   Bəli, Kəmalə xanım belə bir zamanda gülümsəmək də, yazmaq da, pozmaq da hünər istər. Kəmalənin ürəyinin necə böyük olduğunu əslində bilirdim, söhbət əsnasında yeni bir filmin ssenarisini yazmalı olduğumu da dərk edirdim. 
  Özü filmlər çəkən, ssenari yazan, rejissor Xanımın həyatı özü də bir Qəhrəman – işgüzar və mətin bir xanımın – Kəmalə bu zamanlar çiynində daşıyırdı Şəhidlərimizin Ölməzliyini, Qazilərimizin Qəhrəmanlığını. Vətən Azərbaycan uğruna fəda olanları yaşatmaq – bu bizlərin qayəsidir. Bu Oğulların birinin  o biri ilə müqayisəsi, söz mövzusu belə ola bilməz. 
  İkiyə bölünmüş Vətən... Arazbarı və Vətən uğruna yanan fədailər, qaçqın və köçkünlük ayları, illəri...
                  Yarı bülbül, yarı xarı,
                                             Arazbarı,
                  Şuşa, Göyçə, Təbriz dərdi...
                  Köhnəldikcə təzələndi,
                                              Arazbarı!
   Və içdən yüksələn “Qarabağ” şikəstəsi, güclü rejissor işi.  Könlümüzdən-qəlbimizdən keçən alqış: O tay da Vətəndir! Sözləri Sona xanım Vəliyevaya, musiqisi Tahir Əkbərə məxsus film çox incəliklə Vətən adlı böyük dəyərin aramıza atılan  ayrılıqlar adlı yanğısının olduqca mükəmməl təntənəsidir Kəmalə xanımın rejissorluq işi.
   Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Raquf Orucov,  Əhməd Abbdullayev, “Aprel şəkilləri” adlı film, Bitməyən Müharibənin Qəhrəmanları – mayor Orxan Vəlizadə, Əbubəkr İsmayılov, Təbriz Musazadə və Azərbaycan səmasının Qartallarına həsr edilən film, ürəyimiz ağrısa da yaddaşlarımız üçün ən gözəl vasitə. Torpaqlarımız belə igidlər sayəsində Vətən oldu... Bu sənədli filmlərdə Vətən uğrunda əziz canlarından keçən Vətən  Oğullarını 25- 30 dəqiqəlik filmə sığışdırmaq asan deyildi. Və bu filmlərin əksəriyyətində Kəmalə ssenarist-rejissor kimi fəaliyyət göstərib. Milli Qəhrəman, polkovnik-leytenant, briqada komandiri  Raquf Orucov... bu yerdə bir daha başlar köksə əyilməlidir, Qəhrəmanımızın Anası da Şəhid olub...
   Daha iki böyük  layihəni isə Kəmalə xanım TRT Avaz kanalında ərsəyə gətirmişdir. “Bizim uşaqlar” və “Həyat hekayələri” adlı layihə TRT Avaz vasitəsilə bütün Türk dünyasına yayımlanmış və özünün də qeyd etdiyi kimi çox maraq və coşqu ilə qarşılanmışdır. 
   Həm də təvazökar olan bu gözəl xanım özü haqqında qısaca danışdı : Anam Gülzar xanım əslən Zəngilandan, atam Əvəz müəllim Qarakilsədən - Qızılcıqdandır. 70-ci illərdə Bakiya elm- təhsil ardınca gəliblər. Cəmi bir neçə dəfə o  Ocaqlarda  olsan da, o yerlər ömürlük yaddaşımıza həkk olunur Kəmalə xanım. Çünki, neçə- neçə  minillik köklərimiz gözəgörünməyən rişələrlə bağlıdır Ocaqlarımıza. Halal olansa gec ya tez öz sahibinə qayıtmalıdır. 
  Əslində Kəmalə xanım da bütün Azərbaycan xalqı kimi Zəfər Qələbəmizi – 44 günlük Zəfər Qalibiyyətini bizlərə yaşadan güclü diplomat, uzaqgörən siyasətçi İlham Əliyev, Azərbaycan Ordusu və Xalq-  Sizinlə fəxr edir. Zəfər Qalibiyyətini  bizlərə yaşadan, Xocalı acısından beli əyilən bu Millətin qəddini Sən düzəltdin Əziz Prezidentim, Var OL İlham Heydər oğlu. Biz Sizinlə fəxr edirik! Və 30 illik işğala son, Qarabağla bağlı mücadilə davam edir, düşmən sonunadək yenilməlidir.   Qarabağla bərabər “İstiqlal Mücahidləri” silsiləsindən M.Ə. Rəsulzadə, Ə.B. Hüseynzadə, Ö.F. Nemanzadə, M.A. Şahtaxtlı, Xədicə Əlibəyova - ilk qadın jurnalist, publisist və alim, “İşıq” jurnalının yaradıcısı və maraqlı bir adla müşayiət olunan “İşığın düşmə bucağı”... ,Ceyhun Hacıbəyli haqqında film... və s. Əmək sərf olunan, Azərbaycanın şanlı dövlətçilik ənənələrinin tərənnümü və bu Milli Mücadilənin yaradıcıları - biixtiyar güclü rejissor işi və güclü də ssenari - diqqətimi ilk öncə “İstiqlal Mücahidləri”ndən Cümhuriyyətimizin yaradıcısı və qurucusu M.Ə. Rəsulzadə cəlb edir:
 “Biz Türklər tarix yaradırdıq, lakin tariximizi yazmadıq”. 
Və bu fikir həm M.Ə. Rəsulzadə, həm də Ə.B. Hüseynzadə də eynidir. Cümhuriyyətin tarixini ilk Məhəmməd Əmin yazıb. Siyasi publisistika və tarixi publisistika - M.Ə. Rəsulzadədən başqa qeyrisi yoxdur. 
   Azərbaycan ziyalıları - aydınları haqqında həm ssenari yazmaq, həm rejissorluq... bu işlərin öhdəsindən gəlmək zəhmət və peşəsinə - jurnalist  sənətinə vurğunluqdan və öncəsi Vətənə olan böyük sevgidən  irəli gəlirdi. Onu da qeyd edim ki, bu, Azərbaycan Mətbuat Şurasının layihəsi idi. Bu filmlərdə əsasən baş məsləhətçi olaraq Cavanşir Feyziyev, məsləhətçilər isə Mətbuat Şurasının sədri Əflatun Amaşov və Bəxtiyar Qaraca idi. 
   AZAD RUH-lu İnsan - Kəmalə xanım budur. Mənim Qəhrəmanım olan Xanımlar, qadınların comərdliyindən, Özü deməli “Dağ kimi Uca, Zirvələrə doğru özündə güc hiss edənlərdir”- belə düşünür Kəmalə xanım, onu da qeyd edim ki, Kəmalə xanımla xarakterlərimiz necə də üst-üstə düşür. 
  Yəni özünüdərkdən özünütəsdiqə gedən şərəfli yol və Kəmalə bunu bacardı.
    Sevdiyi mahnısını mənə atdı: Amansızdı zaman Dağlar...nədən sormuram, çünki biz xislətli insanların içində yatan təlatümü elə bizlər özümüz görürük!.. Mən bu inci İnsanın içərisində zərif bir qüssə gördüm, pessimist yox, dağ əzəmətli bir İnsan və O böyük İnsanların içərisində - bir küncdə gizlənən dəlicəsinə Vətən sevgisi və bu sevgidən doğan – Vətən Aşiqliyindən doğan , Vətənin taleyindən narahatlıq... Türk dünyasının, Azərbaycanın sabahına olan İnam və əbədi- əzəli düşməni yenmək, məhv etmək - diz çökdürmək arzusu. Bu isə QALİBİYYƏT deməkdir! Şanslı Xanım , qoy bütün uğurlar Sizinlə addımlasın. Çünki Siz buna layiqsiniz. Ən böyük ləyaqət isə İnsanın dürüstlüyüdür. Mövlanənin təbirincə desək “Dürüstlük elə bir mülk ki, onu para- pul ilə satın almaq olmur”. 
  Hal- hazırda “1001 info. az” saytının təsisçisi və baş redaktoru kimi sevdiyi işlərlə uğraşmaqdan zövq alan  bu xanım – mərd və mərdanə, kişi qeyrətli, zəhmətkeş və ilk öncəsi böyük Ürək-Qəlb sahibi... 
   Həyat davam edir. Elə keçən il - 2022- ci ildə daha bir uğura imza atır Kəmalə xanım. Mədəniyyət Nazirliyinin layihəsi olan “Müharibə Qəhrəmanları Qadın rejissorların gözü ilə” silsilə filmlər çəkilişinə dəvət alan  Kəmalə xanım  Goranboy rayonu Tapqaraqoyunlu kəndindən olan Milli Qəhrəman Niyazi Aslanov  haqqında çəkdiyi  “Mən həmişə Sizinləyəm” sənədli filmi Nizami Kino Mərkəzində  26 noyabrda ictimaiyyətə təqdim olunur. Qəhəmanımızın keçdiyi həyat yolu, Vətənin Azadlığı uğrunda həyatından keçməsi bizləri bir daha düşüncələrə qərq edir. Zəfər Qalibiyyətini bu Şəhid Oğullar və Şahid Qazilər qazandı. Qeyd olunan bu filmlər” Salnaməfilm”  studiyasında ərsəyə gəlmişdir.Qəhrəmanın keçdiyi həyat yolunu , Qəhrəmanlıq səhifələrini rejissor qadın gözü ilə görməyə çalışıb. Kəmalə xanımın  bu filmlərdə kədər-qüssə deyil,  Qəhrəmanımızın şücaətindən doğan qürur hissi köks qabardır. Kəmalə xanımın dediyi kimi İnsan qəhrəman doğulmaya bilər, lakin Qəhrəman kimi Vətən uğruna deyərək ölə bilirsə, bu əsl Qəhrəmanlıqdır. Belə yüksək dəyərlərdən doğdu “Mən həmişə Sizinləyəm”, Azərbaycan adlı bu gözəl məmləkət uğruna can qoyan- baş qoyan Adlı və Adsız Qəhrəmanlar, Yeriniz Cənnətdir!
  Sevdiyi işlərlə  uğraşan Kəmalə xanım işindən zövq almaqdan heç də yorulan deyil, ən əsası isə o ki, artıq doğma torpaqlar işğaldan azad olunur. 44 günlük Zəfər Qalibiyyəti bütün Türk dünyasını, Azərbaycansevərləri sonsuz sevinclərə qərq etdi.  Zəfər Qalibiyyətinin Şəhidlərindən olan Muxtar Qasımlı haqqında “Yolun düşsə bu dünyaya bir də gəl” adlı oçerki “Yada düşdü” jurnalında dərc olundu. Və nə qədər ağır- acı olsa da Muxtarın valideynləri ilə söhbət etmək, dərdlərinə şərik olmaq özü də çətin idi, lakin bu Qəhrəmanlarla fəxr etmək, unutmamaq bizlərin vicdan borcudur.  
 Yaradıcı dünyamın ən özəl çağı “İstiqlal mücahidləri” silsilə filmlər seriyasından qocaman jurnalist, tarixçi, publisist, alim Şirməmməd Hüseynovla olan görüşlər, alınan müsahibələr və Azərbaycanın  istiqlalı yolunda cəfalar çəkən fədailəri öz dərin biliyi, zəkası sayəsində ayırd edən bu cəfakeş alimin zəhməti, verdiyi müsahibələri – bunların özü də bir xoşbəxtlik, xoşbəxtlik o ki, bu insanları canlıca görmək, qulaq asmaq nə qədər gözəl şans deyək. Və Şirməmməd müəlllim danışdıqca onun qeyrətinə, Vətən təəssübkeşliyinə heyrətlənməmək qeyri- mümkün idi. Şirməmməd müəllimdən  həm ata yurdu Şəkidə, həm də Bakıda müsahibələr almaq özü bir dərs almaq demək. Və belə-belə insan özü də müdrikləşir, ləyaqətli ziyalılardan , Azərbaycanın keçmişi və gələcəyinin güzgüsü olan bu aydınlardan nələrsə əxz etmək və əxz etdikcə - öyrəndikcə bir boy daha ucaldığını hiss etmək - nə gözəl duyğu bu! Sözsüz ki, Kəmalə xanım bu möhtəşəm dünyadan, zəngin mənəviyyatlardan dürr- gövhər, incilər çıxaranlardan olur. Azərbaycan Mətbuat Şurasının “Ustad” filmi məhz Şirməmməd müəllim kimi Ustadlara - onun min bir məhəbbətlə bəhs etdiyi  dövrümüzün Zərdabisi, R B. Əfəndiyev, M.F. Axundov, İsmayıl Bəy Qaspıralı,  M.Ə. Sabir, A.Səhhət,  Salman Mümtaz, A.Şaiq və s. kimi Vətən fədailərindən etdiyi tarixi söhbətlər, faktlar, tədqiqatlar nəhayətində Şirməmməd müəllimin məktəbi adını almışdır. Şirməmməd müəllim ömrü boyu öz prinsip və əqidəsinə sadiq qalan böyük, əvəzolunmaz  Şəxsiyyət - Ruhu şad olsun.
  Azərbaycan Mətbuatının son magikanı deyən Ə. Amaşov Şirməmməd müəllimin yüksək və əvəzsiz dəyərini verir. Onu da qeyd etmək yerinə düşər, məhz Azərbaycan İstiqlalının Qurucularını bizlərə yenidən qaytaran Şirməmməd müəllim olmuşdur. “Müasirləşmək, Türkləşmək, İslamlaşmaq” deyə dönə-dönə bəyan etmişdir. Və bu müsahibələri bizə Arazbari musiqi sədaları altında təqdim edən rejissordan bacarıq, bilgi və zövq tələb edir.  
  Ömür adlı bu gözəl həyatın içərisində məhsuldar bir jurnalist xanımın, ssenarist, rejissor, redaktor və bir sıra kitabların redaktorluğu - zəhmət dolu həyat yolu. “Həyat hekayələri” adlı kitabını əməkdar mühəndis, elm xadimi, neft- qaz sənayesində əvəzsiz xidmətləri olan alim Rizvan Hüseynova həsr edib. Kəmalə xanımın ssenarisi əsasında Az TV-də Azərbaycan- Türkiyə dostluğuna həsr edilən və bu dostluğun əbədi olduğunun bariz nümunəsi olan “Məlahətli qonaqlar “adlı iki illik fəaliyyət proqramı istər Türkiyədə, istərsə də Azərbaycanda sevilən, gözlənilən proqramlardan idi. Əslən Azərbaycan Türkü olan sevimli aktrisamız  Məlahət  Abbasova və onun qonaqları ilə aparılan mükalimələr, əvəzsiz musiqi inciləri  xoş ovqat yaratmaqla, “Bir Millət, İki  Dövlət- H. Əliyev” bu əslində bir millətin  birgə varlığı idi. 
  Jurnalistika ixtisası üzrə ixtisaslaşan, saysız kurslar keçən, sertifikatlar alan və mükəmməllik yolunda inamla irəliləmək arzusu - ən əsası isə fəaliyyətdə olmaq istəyi. Özünü və yerini həyatda tapmaq istəyi. Əslində Kəmalə xanım özünü tapıb, sevdiyi yaxın əhatəsi ilə,  dostları ilə, öncəsi isə Ata- Ana varlığı ilə. Qoş Kəmalə, qaç tayı- bərabəri olmayan varlıqların varlığı - Ata, Ana adlı İlahi sevgin sənin dayağın, Onları bərk- bərk qucaqla! Nə yaxşı varsınız Əzizlərim! Və nə yaxşı ki, varsan Kəmalə xanım! Sənin simanda mükəmməl, sərbəst düşüncəli, Azad ruhlu bir Azərbaycan – Türk xanımını tanımaq neçə də xoşdur. Bu qədər gözəllikləri ruhunuzun içərisində qoruduğunuza görə, dünya boyda sevginizə görə Sizə təşəkkürlər və yenə də cansağlığı diləyilə.
  Kəmalı xanım tale, şans deyərək sarıldığı sənəti - yaradıcı yolu - qadın rejissor, ssenarist sənəti bir müsəlman mühiti üçün , əlbəttə o mühit nə qədər sivil olsa da, əziyyətlərdən, qayğılardan keçir. Elə bu sivil mühitin içərisində də gizlənən “müsəlmançılığa” dözmək , yolunu azmadan cızmaq, irəliləmək hünər istər... Dediyim kimi Kəmalə xanım bunu bacardı. 
  Gözəl qəlbi, zəngin-coşqulu həyatı, yaşam dolu istəkləri və üstəgəl bir ruh insanına məxsus düşüncə tərzi - müşahidə və analiz, gördüklərindən nəticə çıxarıb dərslər almaq , yəni öyrənmək bu gözəl xanımın həyat kredosudur. 
 Öz Azərbaycan adlı evindən, əhatəsindən - mühitindən və dağ sandığı Ata- Anasından zövq alaraq – məftun olaraq yaşamaq! Nə gözəl qayə bunlar!  Xoşbəxtlik onda ki, bu İnsan- bu Xanım hər gün bizlərlə addımlayan birisidir. Sadəcə olaraq bir az həssas olmalıyıq, belə insanlarla dünyamızı, İnsanlığın dünyasını bölüşmək... 
“Xanım rejissor mənim üçün sənətinin fədaisidir- Ə. Mədətoğlu”.
  Maraqlı bu ki, bu xanımın bütün gördüyü işlərin qayəsində Azərbaycana sevgi, bütövləşmək, Şəhid- Qazilər, Vətənin Qarabağ boyda dərdi və Zəfər Qələbəmiz – Kəmalə xanımın rolu əvəzsizdir. Çəkilişlər, insan xarakterləri və bütün bunlar hünər deyil, üstəlik də qeyrət istər. Hünər də, qeyrət də bu gözəl xanımda sonsuzdur. Milli-mənəvi dəyərlərinə dəyər və Vətən, Torpaq və Qəhrəmanlıq- bu gözəl Vətən uğruna ölməzlik! Qayə bu idi. Filmlərini seyr etdikcə Onun haqqında məhz -  sevdiyi peşəsinin  Sənət Fədaisi necə də yaraşır.
   Azərbaycan xalqının yaddaşıdır bu filmlər, özü də şərəfli, nəcib və mərdlik dolu ömürlər... Və yenə də Vətən üçün döyünən- çarpan ürəklər.
   İçimizdəki həsrət - hər an ailəmiz, istəkli birindən, Vətənimizdən- sevdiklərimizdən narahatlıq ən xoş halında, ən xoşbəxt zamanında belə İçimizdəki həsrət bitib- tükənmir, Üsyankar qüssə də deyə bilərik, yollara dikilən baxışlar və ömrü boyu ən gözəl olanı gözləmək və onun eşqinə yaşamaq .
  Kəmalə xanım gəncdir, cavandır, hələ həyatın al- yaşıl rənglərindən, əlvanlığından kameranın gözü ilə deyil Qəlbinin hökmü ilə Qalibiyyət dastanı yazan Qazilərimiz haqqında yaşamağa səsləyən gözəllik adlı dəyərlərdən hələ çox söhbətlər açacaq. Bu günümüzün deyil, bütün zamanların, sabahımızın Simvoludu Vətən adlı İlahi sevgimiz, həyatımızın Ana xəttidir. Kəmalə xanım sənətdə  də, yaradıcılıqda  da hələ öz sözünü deyəcək, ən gözəl filmlərini çəkəcək: 
                 Ən Gözəl dəniz...
                        hənuz  keçilməmiş olanıdır- N. Hikmət
 Və o filmin də, sənətin də yaradıcı dünyasının da ən Gözəlinin “Azərbaycan adlı İlahi sevgi” olacağını bilirəm.
  Vətən adlı Eşq digər bütün sevgilərdən Uca, dağlar başına qaldırılan Azərbaycan bayrağı kimi əziz, qiymətli və ən gözəl dəyərimizdir. Bütün qayəmiz, amalımız Vətən adlı Dünya -  hər şey fəda olsun Ona! 
             Vətən eşqi məktəbində
             can verməyi öyrənmişik biz... S.M.H. Şəhriyar
 Vətən eşqi və insanın bir fərd olaraq özünütəsdiqi və hər iki halda Azadlıq meyarına söykənir. Və dərk edən insan Ucalıqlardan baxmağı bacardığı kimi özünə sual da verir: bəs Mən nə etdim bu Gözəlim Vətən üçün ... 
 Vətən kəlməsi Kəmalə xanımın içindən, ruhundan axır və bütün yaradıcı dünyasını sarır. Atdığı hər addım, gördüyü hər iş Vətənin varlığından,Vətən sevgisindən doğur. 
     Hər şeyin doğalı  gözəl, O ki  ola Azərbaycan adlı Müqəddəs Vətən, vurğunam sənə Vətən!
            Yolum dürüstlük adlı mülk, dinim İNSAN dinidir.  Cansağlığı diləyilə.
                                                                                           
   P. S.
      Və nə üçünsə mənə elə gəldi ki, Sən Mənim Ana Ocağım Göyçək Göyçənin də, Gökcə dənizin lacivərd sularının gözəlliyini , həsrət adlı göy gözlərin nisgilini, yol gözləyən yurd həsrətli bir dünyanın  dünyasını  unukal bir rejissor işi ilə...təkcə səni sevənləri deyil, üzü Qərbə doğru olan bütün İnsanlarımızı sevindirəcəksən. 
 
MƏLAHƏT İSMAYILQIZI
   AYB- nin və AJB- nin üzvü

Digər xəbərlər