usd-1.7000 eur-1.8896 rub-0.0193
Bakı 22°C 3.03 m/s
Son xəbərlər
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024
14-07-2024
10-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ancelina və Bredin malikanəsi 2,8 milyona satıldı - Foto

details

ŞOU

18.01.2024, 11:37 Oxunub: 1079

 

Hollivud ulduzları ANcelina Coli və Bred Pittin Yeni Orleanın tarixi Fransız məhəlləsindəki malikanə hərracda 2,8 milyon dollara satılıb.
1001info.az Axşam.az-a istinadən  xəbər verir ki, bu haqda "Forbes" məlumat yayıb. Qeyd olunub ki, evin satışı üzrə sövdələşmə 2023-cü ilin dekabrında baş tutub.
1830-cu illərdə tikilmiş malikanə bir vaxtlar "Microsoft"un həmtəsisçisi Paul Allenə məxsus olub. Ümumi sahəsi 715 kvadratmetrdir. Ancelina Coli və Bred Pitt 2006-2016-cı illərdə, aktrisa boşanmaq üçün ərizə verənə qədər evə sahib olublar. Məlum olub ki, malikanə ötən ilin noyabrında hərraca çıxarılıb.
“Satış kampaniyası potensial alıcılardan və 12 qeydiyyatdan keçmiş iddiaçıdan təxminən 1000 sorğu ilə nəticələnib” deyə, satışı idarə edən şirkət bildirib. Malikanənin satış məbləği 2023-cü ildə Fransada rekord qırıb. 
Coli və Pittin keçmiş malikanəsi klassik üslubda dizayn edilib - evin döşəməsi parket, hündür tavan, Venesiya gipsi ilə bəzədilmiş divarlar, spiral pilləkən və bir neçə kamin var. Köşkdə beş vanna, yeddi yataq otağı, həmçinin idman zalı, lift, atelye və mərmər anbarı var. Ərazidə hovuzu və fəvvarəsi olan həyət, həmçinin ikimərtəbəli qonaq evi də yerləşir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Coli Bred Pittdən boşanmasının səbəbinin 2016-cı ildə ailənin Kaliforniyaya şəxsi təyyarə ilə uçuşu zamanı baş verən münaqişə olduğunu bildirib və keçmiş ərinə qarşı məişət zorakılığı iddiası ilə məhkəməyə müraciət edib. İddiaya görə, Pitt uçuş zamanı onu uşaqlarına qarşı kobud olmaqda günahlandırıb, təyyarənin vanna otağında ona qışqırıb, şiddət göstərib. Cütlüyün övladlarından biri aktrisanın müdafiəsinə qalxıb, nəticədə Pitt iddiaya görə ona sillə vurub. 

Digər xəbərlər