usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakıda “Abrau-Dürso Sparkling Night” şənliyi keçirilib

details

FOTOBAXIŞ

02.12.2022, 18:58 Oxunub: 3313

İvan Urqant Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan etdi - FOTO

Dekabrın 1-də Rusiyanın aparıcı şərab və oynaq şərab istehsalçısı “Abrau-Dürso”nun Azərbaycan bazarına daxil olması şərəfinə Bakıda “Abrau-Dürso Sparkling Night” şənliyi keçirilib. Tədbir brendin parlaq üslubunda keçirilib - məşhur ulduzlar - şoumen İvan Urqant və “Uma2rman” musiqi qrupu şənliyin aparıcı simaları olublar. 

“Abrau-Dürso”nun möhtəşəm şənliyi dekabrın 1-də Odlar şəhəri - Bakının heyrətamiz panoramik mənzərələri ilə məşhur olan “Ruby” restoranında böyük təmtəraqla baş tutdu.  Tədbirin stili elə “Abrau-Dürso Sparkling Night”ın adına uyğun seçilmişdi və gecə, həqiqətən, olduqca parlaq keçdi! Gecənin qonaqları isə parlaq “Abrau-Dürso” atmosferinə qərq ola bildilər.

Oynaq şərab hər zaman sehrin və bayramın xüsusi əhval-ruhiyyəsidir. “Abrau-Dürso Sparkling Night” şənliyinin aparıcısı, ən məşhur şoumen İvan Urqant da gecənin qonaqlarını bu əhval-ruhiyyə kökləməyi bacardı. İvan Urqant qonaqlara “Abrau-Dürso” oynaq şərablarını şəxsən təqdim etmək, Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan etmək və gecənin bayram ab-havasını dəstəkləmək üçün Bakıya səfər edib.

Qonaqları “Abrau-Dürso”nun birinci şəxsləri – “Abrau-Dürso” şirkətlər qrupunun əsas səhmdarı Boris Titov və “Abrau-Dürso”nun prezidenti Pavel Titov qarşıladılar. Gecənin ən möhtəşəm anı İvan Urqant, Boris və Pavel Titovlar tərəfindən unikal 6 litrlik “İmperial Brut Vintage” – “Mafusail”ın şüşəsinin açılışı və süzülməsi oldu.

Gecənin sonunda şirkətin çoxdankı dostları - Bakıya ilk dəfə gələn məşhur pop-rok qrupu “Uma2rman”ın parlaq və hərarətli çıxışı oldu.

Tədbirə tanınmış azərbaycanlılar - Nailə Əliyeva və həyat yoldaşı Ədalət Əliyev, Murad Qulubəyli, Nigar Muradi, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Zamiq Hüseynov, Abbas Bağırov, Azad Şabanov, Səmra Rəhimli, Fərid Məmmədov, Hüsniyyə Məhərrəmova, Ranar Musayev, Kamilə Babayeva, Cəlal Kəngərli, Hüseyn Qəribov, Elnur Həsənov və bir çox başqaları qatılıblar. 

Azərbaycanda əfsanəvi “Abrau-Dürso” brendinin tarixində yeni səhifə başladı. Bu səhifə İvan Urqantla birlikdə hərarətli və parlaq əhval-ruhiyyədə start götürdü.

“Abrau-Dürso” şərab evi Rusiyada oynaq şərab və digər şərabların aparıcı istehsalçısıdır.

“Abrau-Dürso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın şəxsi fərmanı ilə yaradılıb. Ötən ilin nəticələrinə görə, Rusiyanın “Abrau-Dürso” Şərab Evi 45,9 milyon şüşədən çox alkoqollu məhsul satıb. 2021-ci ildə “Abrau-Dürso” oynaq şərab və şampan şərabları üçün ən prestijli beynəlxalq dequstasiya müsabiqəsi sayılan “Сhampagne & Sparkling Wine World Championships”də “Rising star” nominasiyasında çempion olub. Bu müsabiqədə ekspertlər hər il dünyada oynaq və şampan şərablarının ən uğurlu istehsalçısını qeyd edirlər. 

Əlaqə üçün:

“Abrau-Dürso” Şirkətlər Qrupunun Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktoru Olqa Firstova: +7 (926) 904-97-54, +7 (495) 933-33-33
[email protected]

 

Bizimlə əlaqə saxlayın

Digər xəbərlər