ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Cəsarət- o elə bir qüvvə ki, Qalibiyyət yetirir
CƏMİYYƏT, YAZARLAR
02.06.2022, 15:28 Oxunub: 5287 ƏSARƏTİN BİTDİYİ YERDƏ BİTƏN CƏSARƏT !
Nələr baş verir, əslində çox şeylər. Düzənə düşməyə başlayan dünyanı yenidən fəlakətə sürükləyən , bəşəriyyəti sonsuz boşluğa yuvarlamaq istəyən yeni bir hitlerizm...
O yerdə mavi səmanı qaranlıqlar bürüyüb, uçan quşlar nədi, uşaqlı- böyüklü insanlıq qoca, cavan demədən güllələr atılır, bombalanır, bəşəriyyətin gözü qarşısında insanlıq dramı- faciəsi yaşanırsa və bütün bir xalq məhvə məhkumsa... sözün və qanunların bitdiyi yer burası.
Dini- irqi eyni olan bir millətə güllə- boran yağdırılırsa... səbəb çox sadədir – dünya ağalığı. Dünyaya meydan oxumaq iddiası, pul- para ambisiyaları, ehtirasları, acgözlük, yenədəmi sadalayım...
İmperialist ambisiyalarının toqquşduğu nöqtələr, onlar üçün fərqi yoxdur ukrayinalılar ölür, ya ölmür, qırılır, məhv edilir. Gözlər önündə sivil bir xalq məhv edilir, şəhər- kəndlər xarabazarlığa çevrilir. Hardandır bu qədər nifrət, kin- kidurət ?.. Vaxtılə bütün Şərqi məhv eədən imperialist ağalar sivilzasıyanın əsası qoyulan bütün Şərqi- qədim Mesapotomiyanı yerlə yeksan etdilər. Və bütün dünya sakitcə seyr edirdi. Dünya ağaları Suruyanı, Liviyanı, Əfqanıstanı sadəcə bütün Şərqin məhv edilməsinə, insanların müharibə, aclıq və fəlakətlərlə üzləşməsinə süküt halında seyr edirdilər.
İşğalçı, onu da bil ki, taxıl zəmilərinin – çörəyin bol olduğu, günəbaxanların günəşə doğru boylandığı bir ölkədə - Ukrayinada, ukrain xalqının əzmi- iradəsi ilə, bütün sülhsevər insanlar hamısı bu xalqın yanındadır.
Və bu xalq yenidən ayağa qalxacaq, yenidən Günəşə doğru inam və məhəbbətlə gülümsəyəcək. Ancaq işğalçı unutma ki, sən bu xalqın köksünə öz əllərinlə əkdin nifrət, intiqam və qisas toxumlarını !
Slava UKRAİNE !
İntiqam- qisas elə bir toxumdur ki, əsarəti məhv edir. Əsarətin bitdiyi yerdə isə CƏSARƏT bitir.
Cəsarət- o elə bir qüvvə ki, Qalibiyyət yetirir.
MƏLAHƏT İSMAYILQIZI
AYB-nin və AJB- nini üzvü