19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
20:33 Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ən gözəl və dərin yalvarışlarda insan Allahdan sonsuz məhəbbət və mərhəmət gözləyir
CƏMİYYƏT
09.07.2022, 13:40 Oxunub: 3751Fərabinin böyük duası
İbrahim Kalının "Daily Sabah" qəzetində çıxan 07.01.2017-ci il tarixli məqaləsi.
İslam düşüncə ənənəsinin ana axınlarını birləşdirən Əbunəsr Fərabinin bu duası təkcə İslam fəlsəfəsi ardıcılları üçün deyil, mənəvi təmizlənmə və saflıq duyğulu, məntiqi dəqiqlik ehtiyacı hiss edən hər kəs üçün xüsusi bir əhəmiyyətə malikdir.
Bir filosof Tanrıya necə yalvarır? İlk baxışda bunun digər hər hansı bir yalvarışdan fərqi yoxdur. Məsləyimiz, təhsilimiz, sənətimiz nə olursa olsun, hər birimiz Allaha mənəvi cəhəttən yaxın olmağı arzulayırıq. Digər tərəfdən, edilən hər dua əslində bizim kim olduğumuza dair bəzi məqamları ortaya çıxarır.
Dua dua edənin özünü tamamilə ona verməsini tələb edir. Tanrı ilə qurulan ünsiyyətin ən məhrəm və ülvi halıdır dua. Sonsuz və ya məhdud olan, fani və ya uzunömürlü olanın, qulun Allahla olan görüşməsidir dua.
Bütün dini ənənələr insanın mənəvi həyatında duanın əhəmiyyətini vurğulayır. Tanrıya niyaz ən zəngin xəzinələrdən biridir.
Ən gözəl və dərin yalvarışlarda insan Allahdan sonsuz məhəbbət və mərhəmət gözləyir.
Məhəmməd Peyğəmbər deyir: "Dua ibadətin özüdür."
Dualar ümumi olaraq üç mərhələdən ibarətdir. Birincidə insan Tanrının mütləq gücü və sonsuz mərhəmətini qəbul etdiyini etiraf edir. İkinci mərhələdə adam Tanrıya olan möhtaclığını dilə gətirir. Sonra isə insan birbaşa Allahdan lütf, güvən və qorunma diləyir.
İnsanlar bir-birindən fərqli olduğu kimi, Tanrıya etdikləri yalvarışlar da müxtəlifdir. Bu vəziyyət Tanrını həm fərdi Varlıq, həm bütün səbəblərin Səbəbi və həm də bütün varlıqların qaynağı olaraq görən filosof üçün də diqqət çəkicidir.
Bəzi filosoflar dualarını kağızlara əks etdiriblər. Hər bir dua onu yazan filosofun özünəməxsus dünyagörüşünü və Allahla xilqət aləminin bağını necə gördüyünü göstərir.
Hər şeydən əvvəl, adamın öz "var olması" üçün duyduğu minnət və şükrün bir dəlilidir.
Müsəlman filosoflar kainatın əfəndisi olaraq Allah və bütün səbəblərin Səbəbi Tanrı arasındakı həssas tarazlığı mühafizə edə bilmişlər. Onlar dua etdiyimiz Tanrının 99 adı, Onun sonsuz əzəməti və gözəlliyini ortaya çıxarır və bizə öz mənəvi yaxınlıq və təminində yol göstərir.
Böyük filosoflardan biri olan Əbunəsr Fərabi (872-950) bizə gözəl dualar miras buraxmışdır.
Aristoteldən sonra İkinci Müəllim olaraq tanınan Fərabi filosof, məntiq alimi, siyasi mütəfəkkir və musiqini dərindən anlayan bir insan idi. Onun yazdığı "Böyük Dua" (Du'a əzm) M.Mehdi tərəfindən İstanbuldakı Süleymaniyyə kitabxanasından götürülərək "Əl-Farabi, Kitabu'l-Mille və Nusûsun Uhrâ" adıyla Beyrutda 1986-ci ildə kitab olaraq çap edilmişdir.
Farabinin duası Yaradanın nəzəri və fəlsəfi-kosmik qanunlarını bir araya sığdırır. Tanrı Məcburi Varlıq və bütün səbəblərin Səbəbidir. Öz sonsuz mərhəmətindən xilqət aləminə varlığını bəxş edən və beləliklə, var olması ilahi olaraq müqəddəs olan Odur. Ediləcək hər hansı bir dua bu təməl gerçəyin təsdiqlənməsi ilə başlayır çoxu zaman:
"Ey Məcburi Varlıq! Ey səbəblərin Səbəbi, Əzəli və Əbədi olan Allahım! Məni səhvlərdən qorumağı, mənə sənin razı qalacağın hərəkəti nəsib etməyi istəyirəm!
Ey Şərqin və Qərbin Rəbbi olan Allahım! Mənə gözəl xasiyyətləri bəxş et, işlərimdə xeyirli nəticələr ver, qayə və istəklərimi müvəffəqiyyətli et!"
Şeir:
Kainatda çayların coşğun axdığı yeddi ulduzu verən, İşıqlandıran Rəbb!
O ulduzlar Onun yaxşılıqlarıyla, bütün cövhəri əhatə edən iradəsiylə işlərini edərlər.
Zuhal, Utarit və Erendiz kimi ulduzlardan heç bir şey gözləmirəm, xeyiri və hər şeyi Səndən gözləyirəm."
Bu ontoloji və kosmik qanunlar havada asılı qalmış deyil, insanın Böyük Yaranma Zəncirinə bağlıdır. Tanrıdan hər şeyin qaynağı kimi bəhs edən Fərabi müəyyən bir niyaz edir, gözəllik, bağışlanma və ucalıq diləyir:
"Allahım! Mənə gözəllik paltarları geyindir, yaxşılıq və xeyir ver. Peyğəmbərlərin ucalığı, zadəganlığı, mənəvi zənginlərin səadəti, müdriklərin elmlərini əskik etmə.
Allahım! Məni bədbəxtlik və yoxluq aləmindən qurtar, pisliyə bulaşdırma, sədaqətlə bağlı olanlardan, doğru insanlardan və şəhidlərlə birlikdə göydə yaşayanlardan et!"
Fərabi həqiqət olmadan qurtuluşun mümkün olmadığına əmin idi. Buna görə Allahdan ona həqiqətləri olduğu kimi göstərməsini və onu həqiqətə yönəltməsinə istəyir:
"Sən elə uca bir varlıqsan ki, Səndən başqa ibadətə layiq olan məbud yoxdur! Varlıqların yeganə səbəbi, yerin və göyün nuru Sənsən. Hörmət və İzzət sahibi Allahım mənə Ağıldan bir feyz bəxş et! Ey ululuq və yaxşılıq sahibi Allahım! Ruhumu hikmət nuru ilə bəzə! Hədiyyə olaraq mənim üçün təqdir etdiyin şükrünü mənə bağışla! Mənə haqqı haqq olaraq göstər və ona tabe olmağın yolunu göstər! Məni batilə inanmaqdan və ondan qoru! Nəfsimi təmizlə!"
"Ey bütün varlıqların səbəbi olan Haqq, bütün varlıqların feyzindən qaynaqlanan mənbə.
Qat-qat göylər verən və onların ortasına torpaq və dənizləri yerləşdirən Rəbb, bir günahkar olaraq Sənə sığınır və bağışlamağını diləyirəm. Bu günahkar və səhlənkar qulunun səhvlərini bağışla!
Ey hər şeyin Sahibi! Uca qatından bir feyzlə nəfsimi maddi və mənəvi kirlərdən təmizlə."
Allah sonsuzdur və mərhəməti boldur, ancaq qulu, yəni filosof Fərabi zəifdir və dünyaya aid həsrətlərin cazibəsinə qapılmamaq üçün ilahi təlimata və mühafizə olunmağa ehtiyacı vardır:
"Ey uca kəslərin, ulduzlar aləminin, səmadakı ruhların sahibi Allahım! Bu qulunun alçaq dünyanın arzularını boğ. Məni səhvlərə düşməkdən mühafizə et. Sənə olan qorxum və çəkinməyim hər cür ifrata qarşı mənə qalxan olsun. Şübhəsiz, sən hər şeyi görənsən.
Allahım! Məni dörd ünsürün əsarətindən qurtar və məni geniş qatına və uca hüzuruna al!
Allahım! Hikməti, ruhumu ilahi aləmlərə və uca ruhlarla birləşdirməyimə səbəb ol.
Allahım! Mənim ruhumu Uca Ruh vasitəsiylə işıqlandır, ağlıma və duyğularıma ən uca hikmətlə təsir et və Mələkləri mənə yoldaş et!
Allahım! Mənə doğru yolu göstər, imanımı təqva ilə sağlamlaşdır və nəfsimi dünya sevgisinə qarşı könülsüz et.
Allahım! Mənə müvəqqəti şəhvətlərə qarşı güc ver, ruhumu qalıcı ruhlar yurduna çatdır və onu uca cənnətlərin qiymətli, şərəfli varlıqlarlarından et."
Filosof Tanrının bütün gözəlliyi və hikməti üçün Ona şükür edir və Onun sonsuz mərhəmətini ucaldır. Bütün məxluqat Allaha həmd edir, ancaq insanlar bu kosmik duanı anlamaqda qeyri-kafi qalır.
"Ey söz diliylə danışan varlıqların qarşısında olan Allahım! Sən varlıqların hər birinə hikmətinlə layiq olduğunu verənsən. Səni tanıyan bütün varlıqlar Sənin lütfünə layiqdir və nemətlərinin gözəlliklərinə həmd edirlər.”
“Allahım! Sənə şükür edirəm. Sən Bir, Tək və Əbədisən. Sən doğulmayan, doğmayan və tayı-bərabəri olmayansan. (Quran, İxlas 3-)".
Fərabini ruhunun təmizləməsi, onu səhvlərdən qoruması və həqiqətə istiqamətləndirməsi üçün Tanrıya etdiyi duasının sonunda yalvarışlar daha güclüdür:
"Allahım! Ruhumu dörd ünsürdən ibarət bir zindana həbs etdin. Ruhumu parçalara ayırma işini içi şəhvətlə dolu yırtıcı heyvanlara həvalə etdin. Allahım! Məni yenilə, Sənə yaraşan şəkildə mərhəmət et. Səndən gələn və Sənə layiq olan ucalığınla kömək et! Göydəki yerinə çatdıracaq tövbəni ona lütf et! Uca mövqeyinə geri dönüşünə sürətləndir. Nəfsimin qaranlıqları üzərinə Ağıl günəşini doğdur. Ruhumu cəhalətin qaranlığından çıxarıb hikmətin aydınlığına və ağılın işığına çatdır.”
"Allah iman edənlərin dostudur, onları qaranlıqdan aydınlığa çıxarar” (Quran, Bəqərə 257).
İnsan nə qədər ağıllı və nə qədər qabiliyyətli olursa olsun, bədənin tələblərinə müqavimət göstərmək üçün ilahi təlimata ehtiyac duyur. Ağıl təkbaşına kafi deyil. Əxlaqi möhkəmlik və mənəvi təmizlənmə üçün adama güclü iradə lazımdır.
Fərabi böyük duasını bu şəkildə sona çatdırır:
"Allahım! Görünməyən gerçək surətlərini ruhuma yuxuda göstər və ruhumu kabuslar görməkdən saxla, yaxşılıqları və doğru müjdəni görən hala gətir. Duyğularıma təsir edib pozan çirkabdan ruhumu təmizlə. Ruhumdan fiziki aləmin bulanıqlığını uzaqlaşdır. Ruhumu uca ruhlar aləmindəki mövqeyə qonaq et.
Allahım, Sən mənə hidayəti nəsib edən, mənə hər şeydə kafi olan, məni mühafizə edənsən!
Həmd yalnız Allaha məxsusdur və Allahın rəhməti və salamı özündən sonra heç bir peyğəmbərə gəlməyəcək, bu, yalnız Məhəmməd Peyğəmbərə aiddir.
Digər xəbərlər