ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ərdoğan da Əliyevə zəng etdi
GÜNDƏM
24.12.2025, 16:33 Oxunub: 71Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
1001info.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Digər xəbərlər