usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hansı saatda içilən su faydalıdır?

details

SAĞLAMLIQ

06.02.2024, 12:59 Oxunub: 1327

 


 Çox su içmək yox, vaxtında suyu içmək lazımdır. Bunu kardioloqlar bildirir.


1001info.az Az medicina.az-a istinadən sağlamlıq baxımından sutkalıq su rejimini təqdim edir.


Əgər siz günün saatlarında lazımi qədər su içmirsizsə, çox keçmədən orqanizmin susuzlaşması, su-duz balansının pozulması, ciddi xroniki xəstəliklər qazana bilərsiz.


1. Səhər oyanan kimi su
Dərhal 1 stəkan su içilir. Bir çox həkimlər məsləhət görür ki, bu zaman ilk qurtumları udmayın, əvvəlcə boğaz, ağız boşluğu yaxalayın, çünki gecədən ağız boşluğuna bakteriya və müxtəlif qalıqlar, dilin üzərinə ərp yığılır. Onları su içməklə yenidən mədəyə qaytarmaq olmaz.


2. Yeməkdən 1 saat əvvəl
Bu metobolizmə kömək edir.


3. Yeməkdən 30 dəqiqə sonra
Əslində yeməklə su içmək olmaz fikri mifdir, alimlər bunu dəstəkləmir. Əksinə yemək zamanı, xüsusən quru qidalanmada orqanizmə həzm üçün daha çox maye lazımdır.
Xüsusən müasir insan öz mədə şirəsinə arxayın ola bilməz. Amma yemək zamanı içmək istəmirsizsə, mütləq 30 dəqiqə sonra için. Yeməkdən sonra çay olmaz.


4. Çimməzdən əvvəl
Duş, vanna qəbulundan öncə də 1 stəkan su lazımdır. Bu, təzyiqi stabil saxlamağa kömək edər.


5. Yuxudan əvvəl
1 stəkan su ürəyə düşən yükü azaldır, yaxşı yuxu gətirir, yuxuda ürək tutması riski azalır, yuxuda yenilənən orqan və sistemlərin işi yüngülləşir


6. Yorğun olanda və əhvalın pozulanda
Əhvalı qaldırmaq və enerjilənmək üçün mütləq həmin an bir stəkan su için. Xüsusən qadınlara əsəb və hormonal sistemi tənzimləmək üçün su lazımdır.


7. İdman və məşqlər zamanı
Mütləq fitnes zalında məşqə başlamazdan öncə su için. Yoxsa tərlə itirlən su itkisi ilə orqanizm susuzlaşar. Əzələlər də su ilə çalışır. İntensiv məşqlər zamanı 1 lirt suyu hər 15 dəqiqədən bir az-az içmək lazımdır.


Mədə toxdursa, doludursa, suyu məşqin ortasında için.

Digər xəbərlər