usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kişi papağı altındakı Qaçaq Gülsümün xilas etdiyi dustaq ...  Stalin ...

details

TARİX

10.06.2022, 22:09 Oxunub: 5535

Ermənilər tarix boyu Azərbaycana ən alçaq metodlarla, ən aşağılayıcı, altdan-altdan hiyləgərcəsinə mübarizə aparıblar. Yaxın tarixi vərəqlədikcə bu cür faktlara mütəmadi olaraq rast gəlmək olar.
Bu gün haqqında yazacağımız qəhrəmanımız Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Qaçaq Gülsümdür.
O, 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. 
Bir gün pristav və kəndxuda onların evinə gələrək atasından vergi tələb edirlər. Kasıb ailənin bu pulu ödəməyini gördükdə isə onlar Gülsümün atasının belinə qaynar samavar bağlayırlar. Buna hiddətlənən Gülsüm silahı götürüb onların hər ikisini də yerində güllələyərək qətlə yetirir.
Növbəti gün kəndi mühasirəyə alan Çar Rusiyasının əsgərləri Gülsümün təslim olmasını tələb edirlər. Altı qardaşının qətli üzərinə götürməyinə razı olmayan Gülsüm kişi paltarı geyinərək dağlara çəkilir və özünə “Qaçaq Süleyman” ləqəbini götürür.
Gülsüm o gündən xalqa zülm verən çar məmurlarına qarşı vuruşmağa başlayır və tezliklə qaçaq dəstəsinə başçılıq edir. Qaçaq Gülsüm, Qaçaq Kərəm ilə dostluq edir. Onlar dəstələrini birləşdirirlər. 
Bir gün Qaçaq Kərəm Tiflisdən Gəncəyə gedən qatarda bir siyasi dustağı xilas etməyi üçün ona müraciət edir. Gülsüm bu missiyanı yerinə yetirir və dustağı azad edir. Həmin dustaq 7 ay boyunca Gülsümün dəstəsində haqq yolunda vuruşur. Xilas edilən dustaq isə Soso Çuqaşvili yəni İosif Stalin olur.
Sovet hökuməti qurulandan sonra Gülsüm silahı yerə qoyur və kəndlərində dəyirmançı İsmayılla ailə qurur və onların 4 övladı olur.  
Lakin, ermənilər Gülsümə göz verib işıq vermirdilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm erməni milislərin dördünü də yerindəcə güllələyir.Törətdiyi qətlə görə, Gülsümü həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir.
Bu xəbər, Mir Cəfər Bağırova çatanda Stalinə məlumat göndərir. Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər.
Oğlunu da kolxoz sədri qoysunlar. Bunu eşidən erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan Stalinə deyir ki, azad etdiyi qadın qatildir və o, 300-dən çox ermənini öldürüb.
Stalin isə çətin günlərində 7 ay Gülsümün verdiyi çörəyə sadiq qalır və qərarından dönmür. Ondan sonra daha heç ona dəyib toxunmur.
Məlumata görə,  Gülsüm 1962-ci ildə 101 yaşında vəfat edib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.

 

Digər xəbərlər