usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycan Dövləti Qalibiyyət Dastanı yazdı ! YENİ ERA- AZƏRBAYCAN ERASI başlayır !.. - Məlahət İsmayılqızı yazır

details

TARİX

07.11.2023, 12:19 Oxunub: 3631

 
                                      YENİ ERA-  AZƏRBAYCAN ERASI

   Uyuyan millətlər ya məhv olur, ya da kölə olaraq oyanır – M. K. P. ATATÜRK
                               Milli birlik hər şeydən əfzəldir – İsmayıl Əliyev


   Yeni bir düzənə, yeni bir eraya qədəm qoyduq, bu yeni eranı Azərbaycan erası adlandıraq. Azərbaycanın, onun  Dövlətinin dayağı, güclü diplomat, qorxmaz sərkərdə, Vətən təəssübkeşi İlham Əliyev cənablarını dürlü- dürlü sözlərlə vəsf etmək mümkündür,  lakin bu vəsfdə qələm belə aciz qalır. Çünki bu Qəhrəman Azərbaycan Övladının qeyrətinə qeyrət çatmaz, tarixdə belə onu müqayisə üçün MÜASİR Azərbaycanın ŞAH İSMAYILI deyə tərənnüm etmək... Məhz Onun qeyrəti- qətiyyəti sayəsində itirilmiş torpaqlarımız geri qayıtdı. Qarabağ başda olmaqla qədim musiqi beşiyimiz, Qarabağın gözü Şuşanın  azad edilməsi... yaxşısı budur Bu Vətən Oğlunun gördükləri və heç bir kimsə ilə- dövlət başçısıyla müqayisə olunmayacaq şəxsiyyətini bir daha gözdən keçirək. Və Qalibiyyət dastanını yazan bu Müzəffər Sərkərdənin təkcə son üç illik fəaliyyətinə nəzər salanda, insan olan kəs göz yaşlarını saxlaya bilmir, Var Ol Mənim Prezidentim, Qeyrətinə qurban ! Sən bu xalqın əyilmiş qəddini düzəltdin, Xocalı adlı ağır qətliam yaşamış, faciələrdə beli sınmış, qüruru qırılmış bir xalqı əsarətdən, erməni adlı daşnak töküntülərindən xilas etdin, Sənin üçün nələr desəm, necə minnətdarlıq etsəm... yenə azdır. Sizin etdiyiniz fədakarlıqlarla müqayisədə sözlər belə aciz qalır.
 Siyasəti heç zaman sevməmişəm, lakin zaman və məkan bizlərin çoxunu istəyib- istəməməyimizdən asılı olmayaraq bir siyasətçi, bir tarixçi, hətta bəlkə də bir filosof kimi yetişdirdi. Bir növ hətta politoloq belə olduq. Çünki Vətən- Azadlığımız təhlükədə idi. Deməli məqsəd və amalımız ƏN BÖYÜK SEVGİMİZ olan Vətən AZƏRBAYCAN uğrunadır. Və bu müqəddəs işimizdə məqsəd terrorist ermənistanı sonacan diz çökdürmək...Deməli yalnız və yalnız güclü bir birliklə - dövlətimizin və xalqımızın birliyi ilə bu bəladan- gaciədən qurtara bilərdik. Əlbət ki, düşməni torpaqlarımızdan qovub çıxarsaq da hiyləgər erməni hayzminə qarşı hər zaman tətikdə olmalıyıq !
   Vaxtı ilə  Ulu M. Araz yazırdı “Məndən ötdü”... daha məndən, səndən ötmələr yoxdu Ustad, düşmənin atdığı bombalar- raketlər bütöv bir millətə- onun sabahına, onun geninə tuşlanıb. Artıq özünü müdafiədən əl çəkib hücum taktikasına doğru - Azərbaycan Prezidenti, Xalqı və onun Müzəffər Ordusu da məhz belə etdi. Dünyanı erməni daşnaklarına zindan etməli- bu bizim xalqın həyat devizi olmalıdır. 
  Bu gün Sən Qalibsən Azərbaycan Əsgəri- Ordusu, Sizinlə qürur duyuruq ! Rezidentimiz, xalqımız və Ordumuz- biz birlikdə güclüyük. Birlikdən doğdu bu Zəfər Qalibiyyəti !
  2020- ci il, iyul ayının 12 - sindən Tovuz sərhəd xəttində   erməni daşnak diversantları tərəfindən sərhədin pozulması, bir gün sonra isə səngərdə - sərhəddə General Polad Həşimov olmaqla polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, əsgər Elçin Mustafayev daxil  Azərbaycan Ordusunun yüksək çinli zabit heyətinin səngərdə vurulması Bütün Azərbaycanı- o cümlədən Bakını ayağa qaldırdı. Yüzlərlə insan küçəyə axışıb, “bizə silah verin” deyə tələb edirdi. Məhz həmin zaman karantin rejimi olmasına baxmayaraq xalq küçələrə axışıb dövlətinə dəstək nümüyiş etdirdi.2020- ci il iyul ayının 12- 13-də sərhəd Tovuz bölgəsində baş verənlər  Azərbaycan xalqının işğala qarşı tarixində sanki dönüş nöqtəsi oldu .     General- mayor Polad Həşimov kimi Oğulların ruhu bizləri Qarabağa apardı. Həmin bu Oğullar ki, M. Araz, X. Rza, B. Vahabzadə və s. kimi yaradıcı dühaların Vətən ruhundan qidalanmışdı. :


                                             Siz kim idiniz qardaş...
                                                    Ruhun bizləri Qarabağa apardı !


    İstər Heydər Əlirza oğlu, istər  İlham Heydər oğlu Əliyevlər, Siz bu xalqa Tanrı hədiyyəsisiniz. Açılacaq yeni gecələrin sabahı Qalibiyyət olur... YENİ ERA—AZƏRBAYCAN ERASI SƏNİNLƏ başlayır, bu eranın əsası 2020- ci ilin sentyabrında Sizin fəaliyyətinizlə Azərbaycanın Müzəffər Qalibiyyət dastanı yazan Ordusu tərəfindən, məhz Prezidenti və Ordusunun yanında dayanan Azərbaycan xalqı tərəfindən, eyni zamanda bizim haqq işimizi müdafiə edən dostlarımız sayəsində Qalibiyyət dastan yazdı Ordumuz!”Biz elə bir Vətən Oğulları tərbiyə etmişik ki...Biz təkcə erməniyə qalib gəlmədik, biz sizlərin sayəsində bütün Avropa- xristian dünyasına qalib gəldik. Bu günlər biz Azərbaycan xalqı olaraq Uca Yaradandan Sizləri qorumasını istəyirik. Sizlər bu xalqi məhv olmaq fəlakətindən, kölə olmaqdan qurtardınız! Nəhayətində Xocalının, Meşəlinin, Malibəylinin, Kəlbəcərin- qətliamın, Bağanıs- Ayrımın, Spitakda borulara doldurularaq məhv edilən körpələrin  intiqamı alındı. Ama erməni adlı fitnəkara bu hələ azdır. Xristian – xaç dünyasına, səlibçilərə, erməni- faşist havadarlarına onu da çatdırmaq istəyirik ki, Tanrının- İlahinin, Yaradanın- Allahın ədalətindən kimsə qaça bilməyib, günahsız bir xalqı  türk- müsəlman olduqları üçün belə məhvə məhkum etmək şərəfsizlik idi. Ama harda idi sizdə şərəf, sizlər onun nə olduğunu belə anlamaq iqtidarında deyilsiniz. 

  Vaxtılə AĞ ATLI OĞLAN- lar gəzərdik... bu milləti,  Ana- bacıları, bu Vətəni dardan qurtarmaq, yağılardan azad edəcək Babəki, Koroğlunu Şah İsmayılı səslərdik! Əzizlərimiz, Qəhrəmanlarımız- İgidlərimiz, Siz gəldiniz, Ana- bacılarınızın namusunu qorumaq üçün, körpələr bələkdə boğulmasın deyə bu Vətəni bir az da dikəlsin deyə, qaməti düzəlsin deyə ! Bu OĞLANLAR ölümə gülə- gülə gedirdilər ! Öz Şəhid Ucalığınızla haqqınız ödənməz, Siz Cənnətin Özüsünüz ! Ruhlarınız ŞAD olsun Əziz Şəhidlərimiz, nə Sizlərin, nə də Qazilərimizin - Haqqınız ödənməz Əzizlərimiz !
 35- ildən artıq bir müddətdə Qərbi Azərbaycan, 30- il idi Qarabağ erməni fitnəkarları bu millətə uşaqlı- böyüklü qan uddururdu. Son 200 ildə isə nə erməni daşnakları, nə də xaç dünyası – Qərb səlibçiləri hələ belə cavab almamışdılar. Türkmənçay ( 12 oktyabr 1813) və Gülüstan (1828) müqavilələri iran- rusiya arasında  bağlanandan bu yana biz Azərbaycan türkləri olaraq öz torpaqlarımızda- öz ərazilərimizdə Azad gəzmək hüququnu belə itirmişdik. Hər zaman gah iranın, gah rusun təəbəsi olaraq ya farsca- ya rusca nəinki danışmalı, həm də onlar istədiyi sayaq düşünməli idik. 
      Mənim Prezidentim- Mənim Ordum, Mənim xalqım Azərbaycan Avropa xristian dünyasına qalib gəldi. Bu qələbəni elə- belədən hesab etmək olmaz, bu yenilməz Ordunun şərəfli Qələbəsi idi, biz Qalib Xalqıq !
 “Qarabağ Azərbaycandır”- bunu Tanrı istədi, bunu Şəhidlərin torpağa axan al qanları istədi, bunu ANALAR istədi! Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi- bu birlikdən doğan Qələbə, Qalibiyyət Qələbəsi, Zəfər Qələbəsi ! 2020- ci il 8 noyabr Şuşa, 2023 – cü il 19 sentyabr  Xankənd başda olmaqla Azərbaycanın ərazi bütövlüyü bərpa olundu . 15 Oktyabr 2023- cü il Xankəndi şəhərinin mərkəzində Ali Baş Komandan, Prezidentimiz Azərbaycan bayrağını qaldırdı.  “Qələbəni əldə edən əsgərdi, zabitdi, Onların qəhrəmanlığı yaddan çıxmayacaq, unudulmayacaq- İlham Əliyev”. 


 Qələbəni Qazanmaq- Onu qorumaqdan asandır, biz bir xalq olaraq məkrli düşmənlərimizi tanıyırıq, Sərkərdəmizi-  Ordumuzu və Xalqımızı qorumalıyıq ! Tanrı bizimlədir, Azərbaycanladır! Sən Əziz Prezidentim, Mənim xalqımı, bizim xalqımızı erməni adlı həşəratlardan xilas etdiniz, 2020- ci ildə Fizuli şəhərinin erməni işğalından azad edilməsi zamanı çıxışınızda dediyiniz “Xocalı cəlladları, Azərbaycan xalqının qatilləri – biz sizi məhv etdik, biz sizlərə qalib gəldik”... Əziz Prezidentim bilirsiniz bu sözləri biz 30 il idi gözləyirdik, və bu çıxışları eşitdikcə mənim xalqim ağlıyırdı, çünki, SİZ BİZLƏRDƏN idiniz ! Siz 60 milyonluq bir xalqın və bütün Türk dünyasının və bəşəriyyətin şərəfli İnsanlarını ucaltmışdınız, SİZ TÜRK DÜNYASININ FƏXRİSİNİZ !
 Artıq Azərbaycan xalqı- Azərbaycan dövləti, onun Qalib Ordusu ZƏFƏR QALİBİYYƏTİNİ dünyaya bəyan etdi. Xaç dünyasına meydan oxumaq,  qalib gəlmək asan gəlməsin sizə, erməni haylarının arxasında xaç- xristian dünyası dayanmışdı. Bizim xaçlılardan əlavə də iran pars- erməni adlı daha bir məkrli düşmənimiz var Bu şərəf nə olduğunu bilməyən həşəratlar sürüsünə qalib gəlmək üçün həm gücdən- Ordumuzdan, həm də ağıllı Diplomatiyamızdan istifadə etdi Azərbaycanın Cəsur Sərkərdəsi ! Xankəndi də Prezidentimiz tərəfindən ucaldılan Azərbaycan bayrağı daim olsun! Azərbaycan xalqı- xalqımız öz ərazi bütövlüyü uğrunda 30 qocaman il mübarizə apardı və nəhayət erməni daşnak əclaflarını darmadağın edən yolu bizlər öz qeyrətimizlə, igidlərimiz- zabit- əsgər heyəti ilə minlərlə qeyrətli Vətən Oğlunu qurban verdi bu Vətən üçün! AZƏRBAYCAN ƏSGƏRİ- SƏN DASTANLAR yazdın. Sənin hünərin, qeyrətin, Vətən sevgin nə dastana sığar, nə könüllərdən çıxar, ƏZİZ ŞƏHİDLƏRİMİZ qarşınızda dönə- dönə başlar əyilir, min illər sonra belə bu vəsfəgəlməz mərdliyiniz, qoçaqlığınız, Vətən sevginiz dönə- dönə xatırlanacaq ! Anılacaq və Analar yeni doğulacaq körpələrə Sizlərin adını verəcək, Sizlərdən yana- yana, lakin qururla danışacaqlar . Ruhlarınız şad olsun. 


  17 Oktyabr 2020- ci il Füzuli şəhərinin azad edilməsi günü – tarixi bir gün əslində, strategiya və taktikanın mükəmməl bilicisi  Yenilməz Sərkərdəmizin bu sözləri çox əvəzsizdir : “ Biz bu gün həmrəyik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Ermənistan, ermənilərin faşist mahiyyətini dünyaya bəyan etmək, göstərməkdir məqsəd. 2020- ci ildəki hərbi  təxribat planlaşdırılmış təxribat idi. Təcəvüzkar ermənistanı yalnız Azərbaycan dayandıra bilərdi. Biixtiyar dönə- dönə Prezidentimizə qulaq asıram, bu Hünərvər şəxsiyyətin də bizlərdən biri olduğuna inandıqca inanmaq istəyirəm, bu mənə deyil, inanın bütün millətə- İnsanlara zövq verir : Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etdik. Artıq heç kim Azərbaycan xalqı ilə , bizimlə ültumatüm dili ilə danışmayacaq!Srategiya və taktikanı gözəl bilən Baş Komandan Azərbaycan Ordusunun müasir tələblərə cavab verəcək səviyyədə  hazırlanmasına nail oldu.Yeni texnologiyalar, ondan istifadə edəcək əsgər, zabit heyətш, mütəxəssis və hərbi kadrların hazırlanması ən yüksək səbiyyədə idi.   
 Elə bu yerdəcə xalqa məxsus bir aforizm yadıma düşür: “Yarasalar çaxmaqdaşını daşa basdılar, bu işıq yuvasını uçurmaq lazımdır dedilər, daş- daşa dəydi, qığılcım qopdu... yarasa erməni sürüsü sizləri məhv etdik biz, çünki qarşınızdakının Türklər olduğunu unutmuşdunuz, yəqin artıq xatırlıyarsınız . 
   Elə bu yerdə bir haşiyə : Əlbəttə ki, bizim torpaqlarımız uğruna Şəhid olan bütün İgidlərimiz bizlər üçün hər birinin xatirəsi əzizdir. Və baş tacımızdır. Bu igidlərdən biri- Xocalı qətliamı zamanı beş gün erməni vandallarına qarşı ac- susuz döyüşən Natiq Qasımovu xatırlamaq, ruhu qarşısında bir daha dönə- dönə baş əymək gərək. Günahsız Xocalıların qətliamını görən, son gücü tükənəcən vuruşan Vətən Övladı, SƏN MİLLİ QƏHRƏMAN adını daşımağa layiq  qeyrətli bir  Əsgərsən, inanıram ki, bu ad sənə veriləcəkdir. Əslində bizim bütün Oğullarımız Aqil Quliyev, İlqar Mirzəyev,  Mübariz İbrahimov, Natiq Qasımov, .... və digər Şəhidlərimiz bu xalqın Qəhrəmanlarıdır ! Bizim gözəl səsli Xudayarımız... Sizi unutmaq olarmı...Azərbaycan Oğullarının Qəhrəmanlıq səlnaməsi tamam ayrı bir dəsgahdır. Belə comərd Oğullar Azərbaycan xalqının Qəhrəmanlıq Səlnaməsində saysız- hesabsızdır. .. Və torpağa axan bir gilə qanınız belə müqəddəsdir, Qarabağ Uğruna atılırdı döyüşlərə İgidlərimiz !
 Məhz 2020- ci ilin sentyabrın 27- də başlanan Azərbaycanın Vətən müharibəsi və xarici dövlətləri öz diplomatiyası ilə heyrətləndirən Prezidentimiz və Onun xarici dövlət teleməkanlarına verdiyi saysız- hesabsız müsahibələr... ilkin intevünü Azərbaycan Prezidenti “Rossiya- 1”telekanalında “60 dəqiqə” proqramında cavablandırdı, yəni 29 sentyabr 2020- ci il. Adından da məlum olduğu kimi 60 dəqiqə sürən söhbət suallar və ağıllı, məntiqli cavablar- “Türkiyə bizə qardaş ölkə və bizim mütəfiqimizdir. Beynəlxalq hüququn özü bizi dəstəklədi, həm Türkiyə dövləti, həm də digər rəhbərlər birmənalı olaraq Azərbaycanı dəstəklədilər. İstər ATƏT, istər Minsk qrupun işlənib hazırlanmış prinsipləri ondan ibarət ki, Dağlıq Qarabağ başda olmaqla ətraf ərazilər Azərbaycana verilməlidir”. 
 Daha bir telemüsahibə- “Əl- Cəzirə” televiziya kanalına verilmişdir, 02 oktyabr 2020- ci il, aparıcının sualı maraqlıdır “Nəyə görə bu münaqişə bu qədər uzun çəkir”... Prezidentimizin cavabı: Əsas səbəb odur ki, ermənistan sülh istəmir... Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər!
 Hər addımda biz deyil, dünyanın bütün sivil insanları  Azərbaycan xalqının haqlı davasının yanında idi, çünki istər Azərbaycan Ordusunun belə mükəmməl hazırlanmasında, Vətən dərsləri keçməsində Analarımızın südü ilə gəlirdi bu qorxmaz ruh, onlara dəstək verən həm Möhtərəm Prezidentimiz və hər zaman Ordusunun yanında olan Xalqımız var. Və bu Möhtəşəm üçlük dünyaya tarixən çox az nəsib olan Vətənpərvərlik dərsləri ilə meydan oxudular. Təbii İlham Əliyev Cənabları saysız- hesabsız intervüləri ilə xalqının, Ordusunun yanında olduğunu, məqsəd və məramlarının nə olduğunu açıqladı, dünyaya bir daha bəyan etdi. Xristian Avropa dünyası Atatürk Cümhuriyyətindən sonra nə belə Vətən sevgisi görmüşdülər, nə belə qətiyyət... Ağıl, qətiyyət, məntiq- zəka və Heydər Əliyevin Oğlu – Nə yaxşı ki, Varsınız, nə yaxşı ki, BU XALQIN- Azərbaycan Xalqının Sərkərdəsisiniz ! Siz Bizləri yenidən ayağa qaldırdınız, yaşamaq eşqini təkrar qaytardınız bu millətə !
 Vaxtilə 1941- 45-lər müharibəsi zaman Hitler Almaniyası – alman faşizmi  tərəfindən bəşəriyyətin 20 milyondan artıq dinc sakini, əsgəri, insanı  məhv edilmişdir. Bu günlər isə, 35- ildən çoxdur ki, erməni faşizmi meydana çıxmışdır, xaçlılar dünyası tərəfindən hər cürə maddi- mənəvi-  maliyyə dəstəyi alan erməni faşizmi- daşnaklar Azərbaycan xalqını türk deyə, “böyük ermənistan “ deyə “dənizdən- dənizə” xülyası ilə hər nöqteyi- nəzərdən eybəcərləşərək bizlərə divan tutdular. Uşaq- böyük demədən, qoca- cavan demədən, Ana- bacı demədən divan tutdular... Xocalını, Meşəlini, Bağanıs- Ayrım, Kəlbəcəri  və s unuda bilərikmi, Spitakda borulara doldurularaq ağzını bağlayıb od vurduqları körpələri unuda bilərikmi- ƏSLA ! Bağrı qan olan binəva millətimizi, qar- boranda dağ aşrımları ilə Gədəbəyə üz tutan GÖYÇƏ- liləri unuda bilərikmi... Şişqaya kəndindən 1941- 45-ci illər müharibə veteranı  Cavad kişini, onun iki yaşlı nəvəsini və hamilə gəlinini- dağlarda donaraq məhv edilənləri unuda bilərikmi... ƏSLA!.Təbii sülh gözəl anlayışdır, sülh şəraitində, əmin- amanlıqda yaşamaq olduqca gözəldir, lakin qəsbkar, alçaq erməni ilə biz sülh şəraitində yaşamaq qeyri- mümükündür, əlbəttə barışıq ola bilər, ama unutmayın bunlar daşnak zibilləridir, onlara etibar olmaz, hətta işlətdiyim ifadə belə acizdir onların murdarlığını təsvir etmək üçün. Azərbaycan xalqı əlindən silahını yerə qoymamalı, ehtiyatını əldən verməməlidir. Çünki, Azərbaycan qutsal bir torpaqdır, OD Diyarı – ODLAR DİYARI adını boş yerə almamışdır. Bu torpağa təcavüzlə - qəsblə gələnlər nəhayətində öz qanlarında boğulacaqlar .
  Elə bu yerdə bir haşiyə çıxmasam olmaz... Azərbaycan xalqının Qəhrəman Oğlu Ramil Səfərovu xatırlayıram, sözsüz ki, xalqımız bu igid Oğulu daim əziz bilir. Vaxtilə Prezidentimiz tərəfindən 2004- cü ildə  hərbi təhsil almaq üçün Macarıstana göndərilən Ramil Səfərov erməninin başını elə- belədən kəsmədi, ən əvvəl Azərbaycanın qeyrətli Oğlu erməni üfunətinə dözməyə çalışdı, lakin bu daşnak üfunətinə dözmək olmur və o anda sən əlinə silah- balta alırsan ! Və Bizim Prezidentimiz Ramil Səfərovun daşnak və xaçlı dünyasının hay- küyünə baxmayaraq İgid Oğlumuzun Vətənə gəlməsinə- Vətən dönməsinə nail oldu. Bax, əziz xalqım belə- belə atılırdı erməni faşizminin kökünün məhv edilməsinə gedən yol ! İlham Əliyev – Biz bu Qələbəni çoxdan gözləyirdik, bizim xalqımız bu qələbəyə layiqdir. Bizim Xalq Qalib Xalqdır !
  2020- ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində  Azərbaycanın haqq işini dəstəkləyən  qardaş Türkiyə dövləti tərəfindən xalqımız və dövlətimizə verilən dəstək yüksək qiymətləndirilmişdir. Önəmli bir məsələni də qeyd etməliyəm ki, Azərbaycan xalqına divanlar tutan bu əclaf erməni daşnakları artıq tarixdə ikinci NÜRİNBERQ məhkəməsinin şahidi oldular.  Daşnak cəlladları özləri də inanmazdılar ki, Müzəffər Ordumuz, xüsusi xidmət orqanları tərəfindən- DTX tərəfindən bir- bir tutulub cinayət stoluna oturdulub mühakimə olunacaqlar, əclaf daşnak- qınçaqlar, görürsünüz Tanrı necə ədalətlidir. Araiklər, arutunyanlar, vardanyanlar... daha nə qədər yan- yanlar, daha doğrusu yam- yamlar... Əslində isə bu daşnak tör- töküntülərinin sayı üç milyondur və onlar insanlığın üz qaralarıdır ! Nahaq qan yerdə qalmaz deyərdilər, millətimizi qırdıqlarınız, basdırdıqlarınız- məhv etdiyiniz yerlərə qədər hər bir cinayətkar addımınız aşkardır artıq. Onu da bilin ki, erməni əclafları, onların qaniçən havadarları nə torlar hörürsünüz hörün, lakin Uca Yaradan, Tanrı sizin kimi xəbislərə nələr “hədiyyə” edəcəyini bilə bilməzsiniz. Sizi məhv edəcəyik, məhv etdik də ! Tanrı da, Yaradan da, Allah da, İlahi də,  Boq da həqiqətin- doğrunun və ədalətin yanındadır. Unutmayın bizlər Türklərik. Türkü öldürə bilərsən, lakin diz çökdürə bilməzsən !
  Bu gün əslində bəşəriyyət bizim dövlətimizə minnətdar olsun ki, biz onları erməni faşizmindən xilas etdik. Artıq Azərbaycan Dövləti Qalibiyyət Dastanı yazdı ! YENİ ERA- AZƏRBAYCAN ERASI başlayır ! Tanrı da, Allah da sevir Azərbaycanı, bu qələbə Xeyirin şər üzərindəki qələbəsidir. Böyük işlərə imzalar atır Azərbaycan! Qarabağ artıq yenidən inşa edilir, yollar çəkilir, yeni qəsəbələr, ağıllı kənd layihələri timsalında Ağalı kəndini, Laçın şəhərinə doğma ocaqlarına qayıdan insanlarımız, bu torpaqlar, bu yurdlar sizindir, onu qoruyun, onu sevin !Artıq  Azərbaycan Bayrağı Əziz Prezidentimiz tərəfindən XANKƏNDİ də ucaldıldı.Cəmi iki gündən sonra QƏLƏBƏ PARADI ƏZİZ PREZİDENTİMİZ tərəfindən MÜZƏFFƏR ORDUMUZun iştirakı ilə XANİN KƏNDİN də keçiriləcək !200 illik bir tarix ərzində Azərbaycan ilk möhtəşəm qələbəsini qeyd edəcək , uğurlar olsun. ŞANSLAR SƏNDƏN YANADIR AZƏRBAYCAN !
  Noyabr ayının 3- də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk dövlətləri Təşkilatının “TÜRK ƏSRİ” çağrışı altında 10- cu yubiley Zirvə görüşü keçirildi və bu görüşün mahiyyəti böyük önəm daşıyır. TURANın mənəvi birliyi demək əslində bu. İstər Azərbaycan Prezidenti İlham Əliyev cənabları, istərsə də Türkiyə Prezidenti R. T. Erdoğan bu təşkilatın ən hörmətli qonaqları idi. 
  Və bir gün... özü də tezliklə ULU GÖYÇƏMƏ gedən yolların açılacağını bilirəm... Azərbaycanın Yenilməz Sərkərdəsinin qüdrətli siyasəti və Onun Müzəffər Ordusu Kəlbəcərdən üzüaşağı enəcəyi gün ümidi ilə... Bax məhz onda minillik türk yurdları bayram edəcək, Göyçənin ziyalısından tutmuş sadə insanınadək dünyasını dəyişənlərin ruhu şad olacaq ! Nənə- Babalarımızın ruhları şad olacaq. Miskin Abdalların, Aşıq Alıların, Dədə Əlsgərlərin ruhu şad olacaq...
                                         Göygözlü Atam- Anam,
                                                  Göygözlü Göyçəm...
                                        Elə bu gün, bu gün...
                                               Vətənə dönmək zamanıdır !
                                         Ölmək deyil... qisas zamanıdır !
Və bir gün, bir gün... İnanın o gün uzaqda deyil ! Qərbi Azərbaycan başda olmaqla Ulu Göyçəmizə yollar görünür !

MƏLAHƏT İSMAYILQIZI
         AYB- nin, AJB- nin üzvü, Qızıl Qələm media mükafatı,                  
                         Zərdabi ad. diplom
                           05. 10. 23. Bakı

Digər xəbərlər