usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tarix həmişə İlham Əliyevi haqlı çıxarır... - İmamverdi İsmayılov yazır

details

TARİX

30.10.2023, 15:55 Oxunub: 2292

Şah və... Mat - İmamverdi İsmayılovun İkinci yazısı

Əziz oxucum!

"Şah və... Mat" silsiləsindən ikinci yazımdır ki, sizinlə əzəli duyğularımı bölüşürəm.
Əlbəttə, ötən yazının qəhrəmanı kimi, bütün coşquların, xoş sözlərin, sevinc təəssüratlarının ünvanı da, müəllifi də bir İNSANDIR... 
Zamanların Böyük SƏRKƏRDƏSİ!..
Baxın, qürurla, fərəhlə baxın bu şəkilə...
Sevə-sevə baxın: Bu təlatümlü dünyada öz öncül yerini tutan müstəqil bir ölkənin PREZİDENTİNƏ!
Qalib KOMANDANA!
Möhtəşəm ZƏFƏR TARİXİNİN yaradıcısına!
...Və həm də al-əlvan çələngdən toxunmuş bu şükranlı sətirlərin müəllifinə - məmləkətin qalibiyyət tarixini özü yazan USTADINA!
Bütün bunların müəllifi - ODUR!..
İLHAM HEYDƏR OĞLU ƏLİYEV!..
 
Bizi bu günlərə yetirmiş Müzəffər Ali Baş Komandanın çinar boyuna, Xankəndidə vüqarlı addımlarına, hərbi geyimdə daha da əzəmətli görünən qalib Sərkərdə duruşuna, dilə gətirdiyi hər fikrin  sanbalına, gözlərindəki, səsindəki sevincə, fərəhə, sevgiyə, şəhid itkilərimizin hüznünə və ağrısına, bu günə və gələcəyə baxışının aydınlığına yaraşan dürlü kəlmələr axtarıram söz saxlancımdan...
Bu ad Qarabağı, Şərqi Zəngəzuru azadlığına qovuşduran, son bir neçə əsrdə Azərbaycanın itirilmiş torpaqlarına qələbə bayrağı sancan, böyük güclərin bu torpaqlarda başımızın bəlasına çevirdikləri iki əsrlik erməni layihəsinin kitabını birdəfəlik bağlayan DÖVLƏT ADAMININ ismi kimi tarixə əbədi həkk olundu!   
Bu, mənim fəhmimin gücü deyil, haqqında yazılan Şəxsiyyətin Əzəmətidir...
Verdiyi bütün sözləri tutmaq ərdəminə, insanların ona olan etibarını, inamını doğrultmaq comərdliyinə sahibliyidir...
lll
İndi dünyanı başına götürmüş qarışıqlıqları, gərginlikləri, münaqişələri izlədikcə, Azərbaycan Prezidentinin dəqiq qrosmeyster gedişlərinə, qərarlarındakı sərrastlığa, zamanlama ilə bağlı heyrətamiz intuisiyasına heyran olmaya bilmirsən...
Tanrım, bu, necə bir mükəmməllikdir?!
Bir dövlət adamı strateji planlamada necə bu qədər dəqiq, korrekt, ən əsası isə, fürsət anları yetişən kimi, ani tərəddüd belə etmədən, qətiyyətli və qərarlı ola, bu qədər qeyri-müəyyənliklərlə, mürəkkəb oyunlarla dolu dünyamızda üzərinə böyük risklər, dağ boyda məsuliyyət götürməyi bacararmış?! 
Epizodlar ardıcıl şahmat kombinasiyaları kimi bir-bir göz önündən keçir, onları bir yerə toplayanda dünyamızın ən müasir tarixinin son dərəcə qəliz, gərgin, həlledici mənzərəsi alınır.
Bir dövlət rəhbərimizin böyük qalibiyyətlə başa çatdırdığı Vətən müharibəsinin nəticələrinə baxırsan, bir də, bu gün ərazisi, insanlarının taleyi param-parça olmuş Ukraynada baş verənlərə...
Bir Azərbaycan dövlətinin saatlar içində uğurla tamamladığı antiterror tədbirlərinin tarixi nəticələrinə diqqət yetirirsən, bir də, bu əməliyyatdan qısa müddət sonra yenidən qan çanağına dönmüş Yaxın Şərqdəki dəhşətli mənzərəyə...
Görürsən ki, nələrdəsə, bir neçə ay, gün, hətta bir neçə saat gecikmək, qərarsızlıq göstərmək, yaxud nələrdəsə də, eyni şəkildə, tələsmək, vaxtı qabaqlamaq Azərbaycanı can atdığı əsas hədəfdən iraq salarmış!     
 
Harınlamış, gözünü qan örtmüş dünya (və ona sahiblənmək istəyən bir neçə dövlət) yeri-göyü silahlarla, mərmilərlə, raketlərlə doldurub yenə, boşaltmağa, atmağa yer, qaraltmağa talelər axtarır, maraqlar uğrunda bir-birini didir.
lll
Polemikaya nə ehtiyac?!
Belə gərgin bir dünyada, dünya güclərinin maraqlar münaqişəsinin, demək olar ki, tən ortasındakı coğrafiyada Azərbaycanı bu qədər böyük hədəfə çatdıra bilmək heyrətamiz bir iş deyilmi?! 
İndi dünyanın bu nizamsız cərgəsində siz bu möcüzələrə inanardınızmı?!
Düzü, mən inanmazdım bu möcüzəyə, çünki möcüzə yalnız xəyallarda olur. Amma nəhəng dövlət xadimi cənab İlham Əliyev bütün bunları arzulamaqla bahəm, həm də məqsədinə, məramına çevirdi, həyata keçirdi...
...Və böyük tarix yazdı!..
Qarabağın tarixi xilaskarı kimi!..
Bu arzuları, bu möcüzəni, bu təntənəni, bu qalibiyyəti özündə ehtiva edən və vurğulaya bilən bir söz tapmaq olarmı?!
Çox qısa zamanda bu qədərini kim təsəvvürünə gətirə bilərdi ki?!
Vətən müharibəsinə hələ aylar qalmış tezliklə Qarabağın, Zəngəzurun qədim-qayım torpaqlarının alınacağına qəlbimizdə suallar yaranardı...
Kim inana bilərdi ki, tezliklə nisgilli yurdlarımızda üç rəngli, aylı-ulduzlu bayrağımız ucalacaq, ot basmış yollarımıza insanlarımızın ləpiri düşəcək, qaralmış ocaq daşlarımızın yenidən işaran közündə, istisində yurddaşlarımızın doğma həniri eşidiləcək?!
Buna kim inanardı - Şuşadan, Cıdır düzündən əsrlərdən boy götürüb gələn muğam sədasının yenidən göylərə bülənd olacağına...
Ermənilərin illər boyu vandalcasına tar-mar edib virana qoyduqları yurdlarımızın böyük bir tikinti-abadlıq, inkişaf meydanına çevriləcəyinə...
Torpağın bağrını çatladan minaların zəhərli tikan kimi bir-bir çıxarılıb atılacağına, yerində bərəkətli toxumlar əkiləcəyinənə...
İllərin tamarzısından sonra süfrələrimizdə dadlı-ləzzətli Qarabağ, Zəngəzur nemətlərinin görünəcəyinə...
lll
Bax, budur bizim Prezidentimiz İlham Əliyev!..
...O, Torpağını sevir, Tarixini sevir, bu torpağın qalibiyyət tarixini qızıl hərflərlə yenidən yazır.
Millətini sevir, dilini, inancını sevir, məmləkətinin, dövlətinin adını uca tutur.
Azad olunmuş yurdlarımızın zirvələrində sağlam və əyilməz biləyi ilə Zəfər bayrağımızı qaldırır və qürurla dalğalandırır...
Əzəli və əbədi qalibiyyət bayrağımızı!..
Bu qalibiyyətin müqəddəs rəmzi kimi ucalan dəmir yumruq heykəlləri əbədi qələbəmizə keşik çəkirmiş kimi buradan ta İrəvana, qədim torpaqlarımızacan düşmənə göz dağı verir. Dovşan xislətli və dovşan taleli düşmənin yuxusuna haram qatır.
Fikir vermişəm, qalib insan, müzəffər sərkərdə kimi ayağını doğma yurda qoyanda, o yurdların sakinləri ilə görüşəndə gözləri doluxur, kövrəlir. Bu torpağın, bu yurdun, bu məmləkətin qurucu sahibi kimi kövrək göz yaşlarını saxlaya bilmir.
Çox güclü yaddaşı var. Tariximiz kimi mədəniyyətimizi, etnoqrafiyamızı, milli kimliyimizi, bu yurdun, kənd-kəsəyin toponimlərini, adlarda yaşayan həqiqətlərini dərindən bilir, keçmişin danılmaz faktlarını yaddaşındakı sübutlarla isbata yetirir.
Vətən müharibəsini üç cəbhədə - döyüş meydanında, diplomatiya səngərində, informasiya savaşında ustalıqla aparan bu insan mükəmməl bildiyi neçə dildə Azərbaycan gerçəklərini müxtəlif kanallarla dünyaya yetirməyi və sübut etməyi bacarır...
Bu gün Qarabağda, Şərqi Zəngəzurda yerinə yetirilən bərpa-quruculuq işlərinin hər birində el-obamızın, insanlarımızın, adət-ənənələrinə uyğun böyük xeyir-duasını verir.
Qədim yurdları, kəndi-kəsəyi, Qalib Ordumuzun qəhrəmanlarını, döyüşçülərini, milli qürurlarımızdan olan idmançılarımızı adbaad tanıyır, dəyər verir...
Əhatəsindəki insanların duyğularını, auditoriyanın tələbini və üslubunu həssaslıqla duyub ona görə davranır. Bəzən ana dilimizdə elə sözlər, ifadələr səsləndirir ki, dayanıb təkrar-təkrar dinləyirsən, səsinin və sözünün sehrindən doymursan... 
Bax budur bizim Prezidentimiz İlham Əliyev!
lll
Əsl Lider kimi o, zamanla çalışır, vaxtını tarixə çevirə bilir.
Liderlik, əslində, zamanla işləmək sənətidir, onu dərindən duymağı bacarmaqdır, hər addımın öz vaxtını-vədəsini zərgər dəqiqliyi ilə hesablamağı bilmək və ona uyğun addım atmaqdır.
"Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!.."
Vətən müharibəsinin simvollarından birinə çevrilmiş bu kəlmələri unutmaq olarmı?!.
Bu, siyasətdə, diplomatiyada, idarəetmədə illərin təcrübəsi ilə bişib-bərkimiş dövlət adamının kamillik məqamıdır.
LİDERİN zamanla bağlı mühüm məsuliyyətinin ifadəsidir həm də... Nəticələrin tez başa gəlməsinə tələskənlik göstərənlərə, səbrsizlənənlərə, vaxtı qabaqlamaq istəyənlərə, ya da xəbis niyyətlərlə yanlış rəy formalaşdırmağa can atanlara verilmiş ustad dərsidir!..
lll
Siyasətdə ZAMAN çox qiymətlidir, onun düzgün hesablanması, qərarların, atılan addımların, gözləntilərin öz vədəsinə görə müəyyənləşməsi xalqın, dövlətin, cəmiyyətin həm də tale məsələsidir.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü 20 illik tarix kimi nəzərdən keçirdikdə, bu illərin müxtəlif hadisə və proseslərini, qərarlarını, tədbirlərini kino lenti kimi göz önündə canlandırdıqda, indi bu həqiqəti anlamaq çox asandır.
Azərbaycan Prezidenti neçə əsrin problemini cəmi 44 gün içində yoluna qoydu. Bundan ötrü isə illərlə hazırlıq gördü.
Özü də necə hazırlıq!!!
Ölkənin ictimasi-siyasi sabitliyinin təmin olunmasından, sosial-iqtisadi inkişafından tutmuş, ordu quruculuğuna qədər...
Diplomatik fəaliyyətdən gənc nəslin yetişdirilməsinə, cəmiyyətdə milli vəhdətin təmin olunmasına və başqa belə mühüm işlərə qədər...
Belə bir hazırlıq prosesi üçün tutulmuş yolun, götürülmüş xəttin ardıcıllığı, həyata keçirilən tədbirlərin davamlı islahatlarla zaman-zaman kamilləşdirilməsi tələb olunurdu.
Cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yola sadiqliyi və  zamanı, vaxtın çağırışlarını son dərəcə həssaslıqla duyması, bu çağırışlara çevik reaksiyaları ilə lazımi hazırlıqları böyük məharətlə apardı.
Tarixi reallıqlara həssaslıqla yanaşdı...
Hər bir addımının öz məqamını səbrlə gözlədi...
Azərbaycan üçün heç bir fürsəti fövtə vermədi və bizi xalq olaraq əsrlərdən bəri ürəyimizdə göyərən ən böyük arzumuza qovuşdurdu!..
Şükür, min şükür!..
lll
...Və belə bir məqamdaca, Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradıb ərazi bütövlüyünü bərpa etdiyini bütün dünyaya duyurur, illərlə bizə rişxənd edən, barmaq silkələyən ermənilər boyunlarını bükə-bükə dövlət bayrağımızın altından, Azərbaycan əsgərinin yoxlamasından keçərək gedib-gəlməli olurlar.
Bu yolla illər uzunu silah daşıyıb siçovul kimi yuvalarını doldurmuş separatçıların basaratı bağlanır daha...
Azərbaycan dövlətinin kosmosdan quş uçuşunu belə görən gözləri və dəmir yumruğunun zərbi-dəsti onlara əl-qol açmağa belə imkan vermir.
Dövlət rəhbərimiz Şuşadan görünən Xankəndini Türkiyə Prezidentinə göstərir. "Oradakı yer ki var, dağın arasında, ora da Xankəndi şəhəridir" - deyir...
Sayın Ərdoğan isə özünəməxsus arifliklə "Otel oradamı?" - deyə  soruşur.
Cənab İlham Əliyev də eyni arifliklə dərhal söhbəti tutur, səmimi gülüşü ilə "Orda da olacaq!" - deyir...
Və  "İnşallah" duası!!!
Adətən, təsəvvürlər, xəyallar reallıqlardan böyük olur...
Bu günlərinsə reallıqları təsəvvürlərimizdən, xəyal etdiklərimizdən böyükdür, onların sərhədlərini aşır...
Çünki bu reallıqları yaradan Liderin miqyası, əzəməti də görə bildiklərimizdən boy-boy ucadır.
lll
Antiterror tədbirlərində Azərbaycan dövlətinin dəmir əlinin suyunu növbəti dəfə dadandan sonra separatçıların dizinin yerə gəldiyini, Azərbaycanın istəkləri ilə razılaşdıqlarını gördük. Amma ermənilərin xaricdəki havadarlarının haray-həşirini də eşidəndən, dövlətimizə qarşı min bir həyasız təzyiq üsullarına şahid olandan sonra yenə kim inana bilərdi ki, Azərbaycan təkbaşına bütün bunlara duruş gətirə biləcək, illərlə Xankəndidə yuva qurmuş separatçı rejimin özünü buraxmasına, separatçıların silahı yerə qoyub torpaqlarımızdan rədd olub getmələrinə nail olacaq.
Amma Azərbaycan duruş gətirdi, bunu bacardı!
Dediyini etdi, istədiyini aldı!..
Haqqı, ədaləti öz ünvanına çatdırdı!..
Hələ bir vaxtlar Xankəndidən Azərbaycana barmaq silkələyən petroslar, rubenlər, araiklər, yanlar...
Ax bu yanlar... Zəhrimar yanlar... Gorbagor yanlar..
Hə, indi necədir halınız?!
Alın a, yana-yana!..
Qalın a, yana-yana!..
lll
İndi Azad Xankəndidə də asayişə Azərbaycan polisi keşik çəkir... 
Xankəndidə millətimin oğlunu, milli komendantımızı görəndə gözlərim doldu.
Xoş gördük, milli polisim, əziz polisim!
Şərəfli və müqəddəs xidmətin mübarək, əziz qardaşım!..
Hələ də adama elə gəlir ki, bütün bunlar şirin bir yuxudur, qısa müddət içində bu qədər böyük bir tarixin içində yaşadığına, bu misilsiz günlərə canlı şahid olduğuna özünü hələm-hələm inandıra bilmirsən..
Əsrlər keçəcək, gələcək nəsillər bu günlər haqqında əfsanə kimi danışacaqlar...
Amma bunlar - əfsanə deyil, reallıqdır, haqq savaşındakı qalibiyyətdir, doğru yolun gətirib çıxardığı müqəddəs evimizdir, tarixi haqqımızdır..    
Tarix həmişə İlham Əliyevi haqlı çıxarır.
Bu tarixi yaradan, istiqamətləndirən, vaxtın axarına yön verən ODUR axı.
Başqa necə ola bilər ki?!
Bu, Azərbaycan Prezidentinin öz ustadından - Ulu öndər Heydər Əliyevdən əxz etdiyi ən parlaq keyfiyyətlərdəndir.
Bu böyük sərkərdənin, qrosmeyster ustalığına sahib diplomatın, qəlbində hələ nə qədər müqəddəs arzular var...
Yenə inanılası deyil düşünürsünüz?!
Yenə inanan və yeni möcüzələrin gerçəkliyə çevrildiyini görən günlərimiz olacaq!
Bu əminliyi - dahi sərkərdənin inamlı əməlləri verir bizə!..
lll
DÜNYANI Böyük Şahmat Taxtası kimi təsəvvür edirəm...
Onun bir tərəfində Azərbaycandan kənardakı dünya görünürdü, burada əllərində qara fiqurlar, düşüncələrində qara niyyətlər, qarşılarında qara planlar dəstə ilə üstümüzə gəlmək istəyənlər oynayırdı. Yerbəyerdən bizə doğru fəndgir gedişlər edilirdi. Kimsəyə boyun əyməyən bu müstəqil gücü sarsıtmaqdan ötrü ağlasığmaz kombinasiyalar qurulurdu...
Bir tərəfdə isə AZƏRBAYCAN idi!..
Müstəqil və sabit AZƏRBAYCAN!..
Burada xalqın sevgi dolu nəzərləri, etimad və milli ruhu ilə əhatə olunmuş Prezidentimiz diqqətini qarşısındakı ağ fiqurlara, ölkənin və xalqın süd kimi ağ gələcəyinə cəmləmişdi.
Qarşısındakı rəqiblərin bütün gedişlərini səbrlə izləyir, təhlil edir, nəticə çıxarırdı.
Və əlverişli məqam yetişən kimi, cəmi bircə tutarlı gedişlə, bədxah rəqiblərin hamısını mat vəziyyətinə salıb oyundan kənarlaşdıraraq, bu bəsirətə, bu zəkaya, bu Vətən sevgisinə alqışlarını əsirgəməyən, öz Liderini yeni zəfərlərə ruhlandıran xalqa doğru gülümsünürdü...
Bu mənzərə indi bir az da mürəkkəbləşib, dünya daha gərgin dünya, rəqiblər daha fəndgir və həyasız, oyun qaydaları daha çətin olub...
 
Amma nə qəm?!
Ağ fiqurlar yenə biz tərəfdə, bu işin bilicisinin əlində...
Azərbaycanın, yaşadığımız coğrafiyanın, bu torpaqlardakı insanların ağ bəxti, xoşbəxtliyi naminə mübarizə aparan, əsl qrosmeystr gedişləri edib rəqiblərini mat qoyan Lider - yenə həmin Lider...
Hünəri - daha böyük hünər...
Zəfəri - daha böyük Zəfər...
Qalibiyyət tarixi daha möhtəşəm!..
Allah Azərbaycanımızı və Sizi qorusun, Cənab Prezident!
Bu çətin, qarmaqarışıq dünyaya və... qısqanc liderlərə baxıram...
Və millət olaraq, hamılıqla, bir dua ilə, üzümüzü SİZƏ tutub rica edirik: Siz də, Siz də Özünüzü qoruyun, Cənab Prezident!..
Allah Amanında!..
İmamverdi İSMAYILOV 
Millət vəkili

 

Digər xəbərlər