usd-1.7000 eur-1.7604 rub-1.7617
Bakı 5°C 1.13 m/s
Son xəbərlər
12-02-2025
11-02-2025
05-02-2025
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlanacaq

details

TARİX

10.01.2024, 11:30 Oxunub: 2486


AMEA Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayacaq.


1001info.az 525.az-a istinadla xəbər verir ki,  bu barədə akademiyadan məlumat verilib.

Bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.
AMEA prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib.
Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
İclasda, o cümlədən AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb.

Digər xəbərlər