ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Məcid Məmmədov heç kimdən təmənna güdmədən xeyirxah əməllərini davam etdirir...- Vüqar Əsgərov yazır
FOTOBAXIŞ, ŞƏHİDLƏR -Qazilər
24.01.2023, 13:35 Oxunub: 5063Öz amalına sadiq insan
Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, . hansı ölkənin doğma olması əsasdır
Əbu Turxan
Nədənsə həmişə görkəmli şəxsiyyətlərin aforizmlərini, müdrik kəlamlarını oxuyanda mütləq gözlərim önünə yaxşı və pis insanlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Məhz həmin kəlamları da o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaşadığımız bu həyatda yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir:” Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir”.
Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Haqqında danışdığım insan Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədovdur. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq bizim üzərimizə düşər. O insanın ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaqdırsa, heç kəsi naümid qaytarmırsa nədən biz onu cəmiyyətimizə çadırmayaq, etdiyi əməlləri təbliğ etməyək?
Onu çoxdan tanıyıram. Bir çox tədbirlərdə iştirak etmişik. Tanıdığım ilk gündən bəri onu daim qazilərin, Şəhid Ailələrinin yanında görmüşəm. Elə Şəhid Ailələri, qazilər də bu təşkilatı özlərinə doğma bir yer bilir. Ölkəmiz pandemiya ilə mübarizə aparanda Məcid müəllim təmsil etdiyi təşkilatı ilə birlikdə dəfələrlə yüzlərlə imkansız ailəyə dəstək oldu. Onların az da olsa dərdinə şərik çıxdı.
Vətən Müharibəsi başlayandan son günə qədər bu təşkilat boş durmadı, əzmlə çalışdı. Həmin vaxtlar təşkilatın qarşısı sanki bir qərargahı xatırladırdı. Məcid müəllim daim hərəkətdə idi. Ora-bura hərəkət edir, ordumuzun yanında olmağa çalışırdı. Yuxarı instansiyalarla əlaqə saxlanılır, harada nəyə ehtiyac vardısa, tezliklə təminat həmin yerə çatdırılırdı. Elə bu günün özündə də Məcid Məmmədov heç kimdən təmənna güdmədən xeyirxah əməllərini davam etdirir. Belə insanlar bir ev üçün, bir doğma üçün deyil, bir el üçün, bir oba üçün çalışır! Başqa sözlə desək, bu cür adamlar el adamı adlanır. Çünki onlar həmişə həm yaxşı gündə, həm də kədərli anlarda el-obanın arasında olurlar. Kiminsə göz yaşını silirlər... kiminsə dərdinə şərik olurlar... kiminsə də ağrısını, acısını artmağa qoymurlar... Bu məqamda Məcid Məmmədovun qardaşı, Hollandiyada yaşayan Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədovun adını çəkmək yerinə düşərdi. O da Hollandiyada yaşamasına baxmayaraq ürəyi daim Azərbaycanla döyünür. Tez-tez qazilərimizi, Şəhid Ailələrini ziyarət edir, onların problemlərini öz problemi bilərək, maddi yardımlar göstərir.
Əgər bütün insanlar xeyirxahlıq hissi ilə yaşasaydılıar, dünyada kin və nifrət olmazdı, baş verən müharibələr tez bir zamanda bitərdi. Təəssüflər olsun ki, xalqın malına göz dikən nə qədər nadürüst insanlar var bu həyatda. Onları gördükcə belə barmaqla sayılan əməli saleh insanları qorumaq bizlərin üzərinə düşür. Nə qədər ki, belə insanlar var, insanlıq ölməyəcək.
Vüqar Əsgərov