ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Özbəkistan beyin mərkəzinin rəhbəri STM-də olub
CƏMİYYƏT
01.12.2023, 10:48 Oxunub: 844
Sosial Tədqiqatlar Mərkəzində Özbəkistanın tanınmış düçüncə mərkəzlərindən olan Demokratik Proseslərin Təhlili Mərkəzinin sədri Əzəmət Pardayevlə görüş keçirilib.
Azərbaycana səfər edən Əzəmət Pardayev Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin əhəmiyyətindən bəhs edib. Görüşdə bildirilib ki, Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi.
STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir də vurğuladı ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.
STM-in sektor müdirləri İlyas Hüseynov, Aytən Babayeva və Tural İsmayılov gələcək əməkdaşlıqla bağlı zəruri hesab etdikləri məqamlara toxunublar.
Qeyd edilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu baxımdan deməliyik ki, Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından olduqca önəmlidir.
STM və DPTM arasında əlaqələrin bundan sonra da davam etdirilməsi qərara alınıb.