ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sibel Canın gözəlliyi onun uğurlarında birbaşa rol oynadı
FOTOBAXIŞ, ŞOU
29.12.2022, 19:23 Oxunub: 4441Gizlincə evləndi, döyüldü, ərinə xəyanət etdi - Qaraçı qızı Sibel Can
1001info.az Lent.az-ın "Göz önündə" rubrikasını təqdim edir. Bu rubrikada hazırda səhnədə olan məşhurların şəxsi həyatları, onlarla bağlı maraqlı məqamlardan bəhs edilir. Qonaq məşhur türk müğənnisi həm səsi, həm gözəlliyi ilə ürəkləri ovsunlayan Sibel Candır.
Əsl adı Sibel Cangüre olan sənətçi 1970-ci il avqustun birində, Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və qaraçı qızı Əminə Gül Sezərin ailəsində doğulub. Ailənin böyük uşağı idi və ailə büdcəsinə kömək eləmək üçün 13 yaşında işləməyə başlamışdı.
Atası skripka ustası idi. Sibel Can atası ilə bərabər səhnəyə çıxır, qıvraq oriental rəqsləri ilə səhnələri coşdururdu.
Onun müğənni kimi ortaya çıxmasında məşhur sənətçi Nükhet Durunun böyük rolu olub. Sibel Can Nüket xanımın Fəxrəddin Arslana tövsiyəsilə məşhur “Maksim” kazinosunda səhnəyə çıxmaya başlayır. Bu kazinoda solistlik edən bütün müğənnnilər ulduz yolu ilə irəliləyir, şöhrət tapırdılar.
Sibel Can 17 yaşında şöhrətlənir, lakin azyaşlı olduğuna görə tezliklə işlədiyi kazino bağlanır. Sibel saxta yollarla yaşını 6 yaş artırır. Sonralar yenidən yaşını kiçiltmək istəyəndə medianın gündəmində xeyli söz-söhbət yaranır. Məhkəmədə şahid duran dayısı isə maraqlı bir söz işlədir: “Onun doğum tarixini 1964-cü il yazdırıblar, belə çıxır ki anasından cəmi 5 yaş kiçikdir”.
Sibel Canın gözəlliyi onun uğurlarında birbaşa rol oynadı. Türkiyə kimi bir ölkədə gözəl qızlar yapımçıların ov hədəfinə çevrilir. Pul yağışına tutuldu. Uğruna ərəb şeyxləri milyonlar vəd eləməyə başladılar və o zaman Sibel Can özünün məşhur “Padişah” mahnısı ilə cavab verdi.
O özünün də dediyi kimi, eşq qadını idi. 1988-ci ildə o zamanların məşhur simalarından olan Hakan Ural ilə Zərrin Özərin evində ata-anasından gizli evləndi. Müsahibələrindən birində demişdi ki, anası onun ərə getməyindən həftələr sonra xəbər tutur və Sibeli saçlarından turub sürüyür, əməlli başlı uşaq döyən kimi döyür.
Hakan Ural dövrünün ən yaraşıqlı aktyorlarından idi. Bu evlilikdən Engincan və Melisa adında iki uşağı dünyaya gəldi. Ailələri düz 11 il davam elədi. O vaxta qədər ki, Sibelin ərinə xəyanət iddiaları üzə çıxana qədər.
Uralın dediyinə görə bu iddialardan sonra evliliklərinin son 2 ili cəhənnəmi xatırladırdı. O hətta Sibel Canı möhkəmcə döydüyünü də etiraf etmişdi. Bu hadisələrdən sonra evlilikləri davam etmədi və ayrıldılar. Hər nə qədər bir-birlərini çox sevsələr də. O ərəfədə Sibel Can göz yaşları içərisində “Sevərək ayrılalım”, “Kanasın” kimi mahnılarında öz taleyinə ağlayırdı.
Hakan Ural bu günlərdə çıxdığı proqramlardan birində onu hələ də sevdiyini etiraf edib və Sibelin sənətini çox yüksək qiymətləndirərək, onu “canlı əfsanə” adlandırır.
1999-cu ildə Hakan Uraldan ayrılan müğənni bir il keçmədən milyonçu iş adamı Sulhi Aksüt ilə evləndi və bu evlilikdən Emir adında oğlu doğuldu. Bəs o qədər sevərkən niyə evləndi?
“Sülhi bəy çətin günlərimdə mənə ata qayğısı göstərdi, aşiq olduğumu sandım, evləndim. Uşaqlarıma yaxşı atalıq etdi. Amma bitdi. Mən həmişə evimin həm qadını, həm kişisi oldum. Bəzən “kaş ki, bu qədər məsuliyyətin altına tək girməsəydim, çiynimə bu qədər ağır yük almasaydım” deyirəm. 13 yaşımdan bəri əlim əməyə alışdı. Ona görə, kürəyimi heç bir kişiyə söykəməyi bacarmadım. Bəlkə də elə bu mənim ən böyük xətam oldu həyatda” demişdi müsahibələrinin birində.
Sibel Canıın ikinci evliliyi də bir şok qərarla bitdi. Mayamidəki evindən İstanbuldakı evinə anidən gələn Sibel əri Sülhi bəyi nə iləsə yaxalayıb. Bu müəmma hələ də açıqlanmır. Sonralar mediada Sülhi bəyin Sibel Cana məxsus kassaları yarıb, aradan çıxmaq istədiyi, buna görə yuvanın yıxıldıığı deyilsə də, Sibel Can iddiaları təkzib etdi.
“Bu sirri ölənə qədər qoruyacam. Ortada oğlumuzun xətri var. Mən ona cəsur adam deyirdim, amma Sülhi bəy hədsiz cəsur çıxdı. Onu evdə elə bir halda yaxaladım ki, bundan sonra evli qala bilməzdik. Bitdi. Maddiyyat mövzusu deyildi. Bizim onunla evlənməzdən öncə evlilik müqaviləmiz vardı”,- deyə Sibel Can bildirmişdi.
Bu gün uşaqlarının atalarıyla dost münasibətləri qalır və hərdən görüşürlər. Artıq böyük oğlunun toyunu edib. Həftə içi telekanalda apardığı şou-proqramla izləyici qarşısına çıxır.
Hər nə qədər haqqında qara iftiralar səslənsə də xanımlığını, xatınlığını qorumağı bacarıb dəniz gözlü Sibel Can. 51 yaşında yeni bir nəfəs, yeni bir gözəlliklə pərəsətişkarlarını valeh edir. Həmkarlarından fərqli olaraq Sibel Can estetik cərrahiyyənin xidmətlərindən istifadə etmir, təbii qocalmağı seçdiyini deyir.
Gözəl və güclü qadınların yalnızlıq alınına qədərinə yazılıb. O da 3 balasıyla öz taleyinin sükanı arxasında özü dayanmağı seçdi.