ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Türkçülük nədir- inam, ümid və İŞIQ-dan doğan fəlsəfə... - Məlahət İsmayılqızı yazır
TARİX, ƏDƏBİYYAT
15.06.2023, 17:51 Oxunub: 3883
TÜRKÇÜLÜYÜN FƏLSƏFƏSİ...
Yaxud MİLLİ KİMLİK- MƏN KİMƏM
Uyuyan Millətlər ya ölür, ya da kölə olaraq oyanır- M. K. P. Atatürk
“Ey Ölümsüz Türk Ulusu, Özünə Dön, Sən Özün Olanda
Böyük Olursan – Bilgə Kağan “
Amerikanın kimə qarşı olduğunu bilməm, ama Mən Türk olmayan hər şeyə qarşıyım—C. Arkın.Əslində isə “Türk İslam sintezi imperialistlərin dəsgahıdır. Dinlə TURAN olmaz- Yusif Akçura”
Nədir Türkçülük- Türkçülük bir axın olaraq XIX-əsrin əvvəllərindən intişarda bulunmuşdur. Artıq XX- ci əsrin ilkin illərindən Türkiyənin Vətəsevər İnsanları Vətəni xarici işğaldan qorumaq uğruna müxtəlif yollarla mübarizəyə başladılar.
Ziya Göyalp – nasir, siyasətçi, tarixçi, sosioloq, publisist və bir Türk millətçisi olaraq bütün həyatını bu yolda qoyur. Məhz türkçülüyün bütün mahiyyətini bu türk ziyalısı öz əsərlərində, öz baxışlarında dönə- dönə ifadə edir : “Türkçülük nuru öz millətini yüksəltmək deməkdir”. Bu baxışlar yüz ildən çox əvvəllər bir türk ziyalısının öz millətinə sevgisivə parçalanmağa çalışılan bir xalqının cəfasını görən yerli və yadelli işğalçılara qarşı aparılan mübarizənin önündə gedən, bir qədər sonra Mustafa Kamalın müəllimi olacaq bir ziyalı.
Çox sonralar XX- ci əsrin 80- ci illərində Qədim Türk Oğuz eli Göyçə Mahalının yetirməsi, jurnalist, ictimai xadim, erməni daşnaklarına qarşı uzun illər mübarizə aparan İsmayıl Əliyev “Mən kiməm, Türk yoxsa Azərbaycanlı “ adlı məqaləsində yazırdı: “ Azərbaycan səcdəgahımız, Türkçülük isə Tacımızdır. Allah bizə vahid bir Azərbaycan bəxş etmişdir, iki yox. Onu imperiyalar bolüşdürsələrdə, əlimizdə qalanı göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq”.
Bax bunlardı türkçülüyün fəlsəfəsi, özünə məxsus olanı sevmək, qorumaq, müdafiə etmək, nə işğalçılıq var, nə də ki, millətçilik. Yəni sadəcə olaraq öz millətini yüksəltmək, bunun üçün təkcə maarifçilik kifayət etmir, ən əvvəl Vətəni yağılardan azad etməlisən. Və bu sənə məfkurə verir: Türk millətçiliyi məfkurəsi- yəni mübarizə məfkurəsi. Deməli türk millətini onu gözləyən bəlalardan qorumaq üçün məfkurə lazımdı. Bax belə hallardan doğdu Turan ideyası. Bütün Türk Uluslarının vahid bir nöqtədə birləşməsi. Ziya Göyalpa məxsus “Turan “ şeiri türkçülüyün məfkurəsini olduqca gözəl anladır :
Vətən nə Türkiyədir türklərə, nə Türküstan
Vətən böyük və müəbbət bir ölkədir: Turan
Onu da qeyd edim ki, Türkiyədə başlayan türkçülük ideyası ilkin olaraq Rusiyada yaşayan türklərin təsiri ilə başlamışdır. Krımda İ. Qaspıralı, Y. Akçura, Azərbaycandan Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu...
Türk milləti özünü gözləyən təhlükədən qorunmaq üçün meydana gəldi türkçülük məfkurəsi. Z. Göyalpa görə “Türkləşmək, islamlaşmaq, müasirləşmək” yəni Türkçülüyün qayəsi müasirləşmək- çağdaş, bir islam türkçülüyü.
Bu gün Türkiyə, Azərbaycan, Orta Asiya türkləri, Oğuz soyundan gələn türklərin mədəni birlikləri olsa da, siyasi birlik ideyası hələ ki, uzaqdır. Məhz Türk dövlətlər Birliyinin Özbəkistanda Səmərqənddə toplaşmaları xaç dünyasını, iran molla rejimini,rusları, fransanı, yunanları- yəni bir sözlə bütün türk düşmənlərini ayağa qaldırdı. Və bu təhlükəli düşmənlər birləşməyə çalışır. Türkçülüyün uzaq məfkurəsidir Türan ideyası, və onu ideya halından çıxarıb əməli işə keçməli, yəni bütün türklərin birləşməsi, məhz elə budurTürançılıq.
Ən əvvəl, Türkçülük nədir və bu məfkurənin yönü təbii nikbinlikdir. Yəni inam, ümid və işıqdan doğan yaşam, İnsanlığın fəlsəfəsi. Və yenə də türkün, türk millətinin ölməyəcəyinə olan inamdır türkçülük. Daşına, torpağına, gülünə, çiçəyinə, boz çöllərinə, qaratikanına olan sevgidir türkçülük. Bu məfkurənin pərvəriş tapmasında Z. Göyalpın rolu yüksək olsa da, 1908- ci ildən etibarən gənclərə, ziyalılara təsir edən ən güclü axın idi Türkçülük. Rusiyada yaşayan türklər məhz bu axın vasitəsilə qoşuldular türkçülük məfkurəsinə. Onu da qeyd edim ki, məhz Azərbaycan və Rusiya türkləri sayəsində bu məfkurənin fəlsəfi anlamı işləndi. Xüsusən İsmayıl Bəy Qaspıralı- Krımdan, Ə. Ağaoğlu, Ə Hüseynzadə, Ö. F. Nemanzadə, Azərbaycan...
Bizlərin nəyi var Vətən- Azərbaycan adlı sevdamızdan savayı... hardan bilə bilərdik bu çirkinlikləri, dünyalar dağılacaq, dəngil- divanlar pozulacaq, Vətən əsir düşəcək və bir amansız kim- kimi məsələsi ortada cövlan edəcək, Avropa, Amerika- ümumən isə xaçlı dünyası orta əsrlər vəhşilikləri kimi səlib yürüşünə başlayacaq, doğru əslində bu xaç yürüşüdür, xristianlığın müsəlmanlar dünyasına, daha doğrusu türk- müsəlman dünyasınıa olan müharibəsidir. Özü də çox amansız, dinsiz, Allahsızcasına başladılar şəri- şeytan aləminin düşünülmüş, planlaşdırılmış bir müharibəsidir. Və biz millətimizin belə yazıq, qaçqın- köçgün durumuna düşəcəyini hardan bilə bilərdik...
Dünya gözlərimiz önündə qara- boz rəngə büründü. Əvvəlki zamanların işıqlı simaları, bərq vuran saçları, şən qəhqəhələri, parlaq –sevgi dolu gözləri harda qaldı ? Müharibə adlı fəlakət, Qara- bağ adlı düyünü, Xocalı kimi heç bir zaman ovunmayacaq- yaddan çıxmayacaq genosidi- soyqrımı apardı içərimizdə İnsanlıq adlı bəşəri duyğuları. ... lakin yenə də “İnsan”, yenə də “İnsan-lıq” deyirik.
Və bizlərin belə amansızlıqla məhv edilib qırılmasına, soyqrım törədilməsinə dünya- qərb sakitcə seyr edirdi, səbəb məlumdu, çünki bizlər Uca Türk qövmünə mənsubduq. Türk adının əzəməti, böyüklüyü düşmənlərimizi- erməni daşnaklarını- hayları hər zaman qorxuda saxlayırdı. Xain xislət erməni- fars şovinizminin qanındadır. Böyük imperiyalar qurmaq arzusunda olan erməni- stan və iran fars- parslar neçə miniiklərdi beləcə düşmənçilik edir, fitnə- fəsadlardan əl çəkmirlər.
Qeyd etdiyim kimi burda türk kimliyimiz təbii ki, kimliyimiz böyük amil daşıyırdı. Və bizlər Türklərik. Heç bir digər xalqı aşağılamadan, hörmətlə yanaşaraq bizlərin də öz milli kimliklərini- Türk olduqlarını bəyan etmək haqqı vardır. Türk məfkurəsinin yaradıcılarından olan Ziya Göyalp- “Məfkurəçiliyin təbii fəlsəfəsi nikbinlikdir”.
Türkçülük nədir- inam, ümid və İŞIQ-dan doğan fəlsəfə. Türkün, Türk millətinin ölməyəcəyinə olan inamdır türkçülük və yenə də daşına, torpağına olan sevgidən qaynaqlanır.
Tarixçi, siyasətçi, şair – nasir olan , bir sözlə böyük Türkçü Z. Göyalp zamanında türk xalqlarının, türk dünyasının bətnində doğmuşdu Türkçülük. Türkçülüyün əsası – türkçü ideyaları XIX əsrdə daha da güclənməyə başlamışdır. Doğru, çağdaşlıq- müasirlik Türk həyatının qərb modeli əsasında müasirləşdirməyi əsas tuturdu, lakin bu ifrat Qərbçilk idi. 1908- ci ildən ziyalılara, gənclərə təsir edən ən böyük axın olmuşdur türkçülük- Türançılıq ideyaları. Rusiya Türklərinin təsiri ilə Türkiyə türkləri axın halında başlanğıcların bu türkçülərdən aldılar. Digər xalqları Osmanlı adı altında toplayan və yerli Türk millətinə qarşı çıxanlara cavab olaraq Türkçülər türkçülük yolunu işıqlandırmaq üçün meydana çıxmışdılar. Yəni 1908- ci ildən etibarən osmançılığa qarşı çıxan Türkçülük daxili və xarici düşmənlər qarşısında yalnız qalmış türkləri müdafiə etmək və onların bir millət olaraq qurtuluş yolunu işıqlandırmaq üçün meydana çıxdılar. “TÜRKLÜK QƏDƏRDİR, DİN SEÇİMDİR- Ə. YASƏVİ”.
Türk dilində nəşr olunan ilk mətbu orqan İsmayıl bəy Qaspıralının çıxardığı “Tərcüman “ qəzeti, 1883-cü ildə rus və türk dillərində Krımın işğalının 100 illiyinə düşür. İ. Qaspıralının apardığı mübarizə türk- müsəlmanların dil birliyi siyasətinin nəticəsi idi. Ortaq türk dili ideyası – “Tərcüman “ qəzetinin “Dildə, fikirdə, işdə birlik”loqosu ortaq yazı, qadınlara azadlıq, təhsil- tədris üçün xeyriyyə cəmiyyəti yaratmaq. İ. Qaspıralı həyatının 25 ilini ortaq türk dilinin intişarına sərf etdi. Türk dilini daha tanıtmaq və inkişaf yolunda xarici olkərə səfərlər etdi və bütün bunlar ona həyatı bahasına başa əldi.
İsmayıl Bəy Qaspıralı türk qövmlərini ruslaşdırmanın qarşısını almaq, ortaq Türk dilinin yaradılması yolunda yorulmadan mübarizə apardı. Nəhayətində 1883- cü ildə türk və rus dillərində “TƏRCÜMAN” qəzetinin nəşrinə nail oldu. Qəzetin başlıca qayəsi müsəlman- türk millətinin ağrıları və məzlum millətin səsi olmaqdı. Ortaq Türk dilinin mükəmməlliyi uğrunda mübarizə aparan, dilimizi artıq ərəb- fars sözlərindən, tərkiblərindən, yersiz şivələrdən xilas üçün yaradılan “Tərcüman “ qəzetinin LOQOSunda “Dildə, fikirdə, İşdə birlik” şüarı əks olunmuşdu. Və bu qəzetin çox maraqlı təməl əsası vardı : Təhsili Avropa metodlarına islah etmək, türk aləmi üçün ortaq yazı dili, qadınlara, qızlara azadlıq və təhsilin mükəmməl aparılması üçün xeyriyyə cəmiyyətləri təsiri.
Təbii ki, İsmayıl Bəyin hədəfi ortaq Türk dilinin yaradılması idi:” Millətimizin əsəri olan dilimiz ədəbi dil olaraq işlənməmiş isə də, təhsilə və qaydalara uyğun gələ biləcək bir dildir” Bu böyük maarifpərvər türklərin ortaq bir ünsiyyət dilində danışması anlaşması üçün öz həyatından belə keçmişdi.
“İnsanları ayırd edən üç əsas amil, üç əsas şey vardır. Biri məsafə uzaqlığı, biri din, digəri isə dilsizlikdir”- İ. Qaspıralı. Bu günümüzlə səsləşən fikirləri olduqca çox olan bu Vətən- Azərbaycan fədaisinin sözləri bu xalq yolunda canını- sağlamlığını belə qoyan İsmayıl Bəy kimi şəxsləri, onların bu yolda həyatlarından keçdiklərini unutmaq belə mümkün deyil. “Ümimi ədəbi dili olmayan millət, millət sayılmır”- İ. B. Qaspıralı.
Qaspıralı kimi millət fədailərinə ən gözəl qiyməti verənlərdən biri də Tatar xalqının qeyrətli oğlu R. Fəxrəddinə görə “Türk dilinin birinci islahatçısı Əlişir Nəvai isə, ikincisi isə heç şübhəsiz İ. B. Qaspıralıdır”.
Yəni bu gün belə mükəmməl halına gətirilənədək dilimiz, kimliyimiz yolunda can qoyan möhtərəm ədibləri hörmətlə yad etmək borcumuzdur. İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Yusif Akmura, Z. Göyalp, Əhməd Bəy Ağaoğlu, və bütün bu Vətən fədailəri türkün milli kimliyini neçə- neçə minilliklərdən qazıyıb çıxararaq bizlərə arınmış dil, türkçülüyü məfkurə olaraq təqdim etdim, qoruyun və sevin bu Vətəni dedi! Qoruyun Atatürk Türkiyəsini, Qoruyun Azərbaycan adlı Türk dünyasının ən gözəl varlığını... qoruyun !
Bir haşiyə çıxmasam olmaz, Türkçülük bir axın olaraq yetişənədək, XIX- cü əsrin təqribən 70- ci illərindən etibarən Böyük İslam filosofu, alimi Cəmaləddin Əfqani öz millətini xarici işğaldan qorumaq üçün “islam birlikçiliyi” adı ilə müsəlmanları işğalçılara qarşı birliyə, birgə olmağa- mübarizəyə çağırdı.Təbii ki, bütün bunlar bir qədər sonra Türk Millətinin Birliyi- Türk Millətçiliyi halında daha mükəmməl formada intişar etdi.
Sovetlər zamanında Azərbaycan ədəbi dili bəlkə də zaman nöqteyi nəzərindən ən yüksək səviyyəyə çatdırılsa da, Azərbaycan ədəbi dilinin formalaşmasında klassik yazarlardan tutmuş məs. Aşıq Ələsgər yaradıcılığı, koloritli, özünəməxsus dil qanunlarına uyğunluq səni heyran edir hər bir oxuyan, eşidəni, axıcı, musiqili bir dilin- şirin türk dilinin cazibəsi... bir qədər sonra S. M. H. Şəhriyar, sadəcə onun öz ifasında “Heydərbabaya Salam”... dinlədikcə dinlər insan, dil eyni, şivə- ləhcə eyni, tərtəmiz Türkün Ana dili. Əlbət ki, dilimizin ədəbi cəhətdən formalaşmasında M. F. Axundovdan tutmuş M. Cəlil, Sabir, Nemanzadə, Ü. Hacıbəyov, N. B. Vəzirov, Haqverdiyev, A. Şaiq, C. Cabbarlı kimi ədiblərimiz böyük işlər gördülər. 37- ci il qurbanları- Salman Mümtaz, H. Cavid, Ə. Cavad, Müşfiq və s. kimi A. Zamanov, M. Rəfili, R. Rza, C. Xəndan, Feyzulla Qasımzadə, Afat Qurbanov və s dilin türk – Azərbaycan türkcəsinin ən mükəmməli məhz bu zamanlara təsadüf edir. Sovetlərin süqutundan sonra bu mükəmməl ədəbi dili zamanın tələbi ilə bir qədər qəlibdən çıxarmaq, daha sərbəstləşdirmək fikri gözəl olsa da, bu qəlibdən çıxarılma bir sıra insanlara necə gəldi yazmaq, etikadan çıxmaq, durğu işarələrinə əhəmiyyət verməmək və ilan- qurbağa yazıları, hər halda kim nə deyir desin hüsnüxətt də bir savad, bir etika deməkdir.
Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır. Türkçülük bir inancdır, saflıqdır, əxlaqdır, ədalətdir, sevgidir, bir sözlə TANRIÇILIQdır. Bu anlamda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qaqauz, Yakutlar, Türkməneli, Uyğur və başqa türk dövlətlərinin bayrağındakı göy və mavi rəng yalniz milli kimliyimizi deyil, həm də inanclarımızın atributudur.
Deməli Türkçülük və Tanrıçılıq bizim özümüz və yenə də özümüzdür. Ancaq Türkün öz inancı ilə yanaşı ona yaxın digər dinləri, xüsusilə də islam dinini qəbul etməsini ifratlaşdırmaq lazım deyil... daha doğrusu doğru deyil.
Doğru bu günlər Türk xalqlarının böyük əksəriyyəti İslam dininə mənsubdur. Bu isə o demək ki, Türklər öz inanclarına- Tanrışılığa İslamı yaxın bulmuşlar, yaxın bilmişlər. Təbii Türk bilginləri, Türk Xaqanları bu seçimi edərkən amil və dövrün şəraitini nəzərə almışlar. Əhməd Yasəvidə oxuyuruq : Din seçimdir, Türklük qədərdir”. Biz türk olaraq doğuluruq, dinimiz doğuluşumuzdan sonra gəlir. Məhz bu anlamda Azərbaycan bayrağındakı məfkurəyə və ardıcıllığa əməl etmişik.
Bu günlər bir çoxları Azərbaycanın mövcudluğunu dövlət kimi qəbul etsələrdə, bu dövlətin aparıcı milləti olan- böyük əksəriyyəti təşkil edən Türk milli varlığına- milli birliyinə qarşı çıxışlar etməyə çalışırlar. Əlbət bunlar mənasız və cılız absurdlardır. Hər bir etnik qruplar ucadan öz milli kimliklərini söyləyə bilirsə və fəxr edirəm kimliyimlə deyirsə... öylə isə nədən Mən Türkəm deyəndə ağızlar əyiilir, yox, azərbaycanlıyıq deyir və mövcud olmayan bir şeyi isbata çalışırlar... İsbata ehtiyac belə yoxdur, sadəcə bunlar paxıllıq- xəbislik adlı xainlikdən qaynaqlanır. Türk adının, qövmünün ucalığı, fəlsəfi gedişatı o qədər böyük və əzəmətli ki, artıq bunlar aksiomadır. Hətta bu etnik qruplardan bir nümayəndə açıq bildirdi ki, türkçülük nədən önə keçməlidir, biz qəbul etmirik... etsəniz də, etməsəniz də Biz Şanlı Türk Millətiyiz ! Və fəxr etməyə ixtiyarımız var.
Və məsələ də bunda ki, “artıq xırda adamların böyük kölgələri əmələ gələndə, günəş batır”,bəlkə də “Yağışlar dəniz və qayalıqlara yağır”... bu bəlkələr o qədər çox ki. Dünya artıq məhvərindən çoxdan dönüb.
Mənim gözlərimdə yaş...
Mənim ürəyimdə Vətən boyda daş...
Mən həsrətdən büküldüm,
Ürəyim, sən ədalətsiz qanunlardan...
“Unutma cocuq, bir caddə adı deyildir “İstiqlal”- M. A. Ersoy.
Bəli unutmayaq İstiqlalı, unutmayaq Azadlığımız- Vətən İstiqlalı uğrunda can qoyanları. Türkçülüyün inkişaf və intişar tapmasında ən böyük xidmətləri olan Azərbaycan ziyalısı Əli Bəy Hüseynzadənin rolu çox önəmlidir. “XX əsrin əvvəllərində Türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, O da Əli Bəy Hüseynzadə idi – Amerika tarixçisi Tadeuş Svyatoxovski.” Unutmayaq Milli kimliyimizin bizə aşılanmasında belə kişilərin xidmətini.
Azərbaycan xalqına sözüm, azərbaycanlı adında millət yoxdur. Bu olsa olsa Azərbaycanda yaşayan digər millətlərin cəm halında adlandırılmasıdır. Və əhalınin 93, 4 % təşkil edənlər türk milli mənsubiyyətinə mənsubdurlar. Bu günlər tez- tez Turan birliyindən danışılır. Bu coğrafiyanı götürsək Orta Asiyada, Çində, Rusiyada, iranda və s. bir sıra ölkələrdə yaşayan Türk qövmünə, kimliyinə malik əhali nəzərdə tutulur. Və bunlar türk şivəsi ilə, özünəməxsus türk dilində qanışırlar. Sözsüz sərhədlər nöqteyi- nəzərindən götürsək bu birlik heç də vacib amil deyil. Çünki, bu Türk xalqları artıq Turan mənəvi birliyini əldə ediblər. Nədən ki, bu mənəvi birliyi heç bir vəchlə qoparmaq mümkün də deyil.
Bir haşiyə: 14 aprel 2023- tarixi bir sənəd imzalanmış, London və Vilnüsda Başqırd və Tatar Türkləri tarix kitablarına düşəcək tarixi bir sənəd imzaladılar. Bu sənəd Başqırd və Tatar milli hərəkatlarının bir- birini qarşılıqlı tanıma və əməkdaşlıq haqqında əyannamədir. Olduqca önəmli bir ittifaq deyək, Türk dünyasının Turanı belə qurulur. Düşmənlərimizə ölüm, Tanrı Türkü qorusun !
Ancaq incə bir amili unutmayaq, biz türk xalqları böyük- böyük zaman qayb etdik.Bir qədər fəlsəfi təbircə desək, oğurlanmış zaman və qayğı, dərdlər- problemlər içində çabalayan İnsan. Və Türk İnsanına qarşı hər vəchlə mane olmağa çalışan xaç- xristian dünyası.... nəhayətində başlayan səlib yürüşləri. Zaman bunu göstərir. Zaman bizdən əldə qılınc saxla desə də ağıl, dilomatiya, siyasət amili deyir. Əslində Avropa, Şərq –Qərb, heç bir milli məfhum olmadan hərəkət etməli, yanaşı yaşamaq amilinə, qonşuluq münasibətlərinə əməl etməlidir. Hazırda bəşəriyyət müharibə, nüvə adlı fəlakətlərl deyil, təbiət də baş verən zəlzələ, sudaşmalar, sunamilər və s kimi fəlakətlərlə üz- üzə dayanıb. İnsanlıq bu amillərdən nəsibini almalı, nəticə çıxarmalıdır.Sözüm Xaç dünyasınadır: “İstədiyiniz qədər dağlara xaç qoyun, səmaya hər baxdığınızda AY və Ulduzu görəcəksiniz- A. İzzetbekoviç”
Bir haşiyə! Bu günlər deyil əsrlər öncə, doğulan, yaradan Bethoveni, Motsartı, Baxı dinləyib zövq alırdıqsa, bu günlər D. Russos, F. Merkuri, Co Desen, Albano, İqlases və s əsrarəngiz Avropa musiqisinə, italyan mahnılarını, “Şəbi- hicranı”- Füzuli Şəbi- hicranını heyranlıqla dinləyirsə, Ü. Hacıbəyov, C. Cahangirov müsiqisi, muğamlarımız dünyada dolaşa bilirsə... bəs bu yürüşlər nə, bu qovğalar nə ? Və bu İlahi Gözəlliklər şərq- qərb demədən İnsanlığı düşündürür, heyran edirsə.... minilliklərlə qorunan bu mədəniyyətlər biri- o birinə sintez edilmədən sevilirsə, onda bu səlib yürüşləri nə demək ? Dalida, Co Dassen, Rafael, Müslüm Maqomayev, Zeki Müren...və bu gözəlliklərə dil bilmədən, eyni dinə mənsub olmadan da seviriksə, vurğunuqsa... bu məhv etmə arzusu haradan doğur... Xocalı adlı faciəni kim və necə unutdura bilər bu xalqa. Avropa, ələlxüs da Fransa ... əgər düşünə bilirsə... ?!...Onu da qeyd edim ki, musiqinin dili olmur...”Ü. Hacıbəyovun “Koroğlu” uverturası İnsanlığı lərzəyə gətirən bir musiqisə, “Füzuli” kantatası İlahi bir Eşqin tərənnümü, yaşanmış minilliklərdən qopan haqsızlıqlara qarşı üsyan arzusu doğurur insanda... Və Qədim Mesapotomiyanın- Babilin qədim kitabxanalarının, Müqəddəs kitabimizin yandırılmasına rəvac verənlər, nədən Şərqin Böyük Mədəniyyətini oğurlayıb aparırsınız, bu mədəniyyəti məhvinə çalışdığınız xalqlar yaradıb... Əgər Şərqi məhv plansa, onun mədəniyyəti, abidələri, arxitekturası, əlyazmaları nəyinizə lazım, çünki özünüzdə nələr olsa da, Mənəviyyat yoxdur, onun həsrətini çəkirsiniz...
Z. Göyalpda oxuyuruq: “Heç bir mədəniyyət heç bir dinə bağlı deyildir. Bir xristian mədəniyyəti olduğu kimi, bir islam mədəniyyəti də yoxdur.Qərb mədəniyyətini bir xristian mədəniyyəti saymaq doğru olmadığı kimi, Şərq mədəniyyətini də islam mədəniyyəti adını vermək yanlışdır”. Şərq mədəniyyətindən Qərb mədəniyyətinə keçmək – Şərq mədəniyyətinin tərəqqiyə mane olması, Qərb mədəniyyətinin isə tərəqqiyə, inkişafa, texnikaya – texnologiyalar kimi irəliləyişə aparan bir amil olduğu artıq çoxdan isbat olunmuşdur. Elə bu yerdə Ulu Sabir necə xatırlamayasan:
Dindirir əsr bizi, dinməyiriz...
Açılan toplara diksinməyiriz,
Əcnəbi seyrə balonlarla çıxır...
Məncə elə bu misralarda Şərq- Qərb anlayışını dərk etmək nəzərindən olduqca qiymətli bir nümunədir. Və bu günkü həyat mübarizə meydanıdır, Qərblə- Şərq arasında , təkcə texnikalar deyil, iqtisadiyyatın, incəsənətin, sənaye və hərb sənayesinin və s bütünlüklə inkişaf və təşəkkül tapması. Çünki, Vətən təhlükədə isə bu sahələr- Ordu, Xalq və dövlətin birliyi vəhdət halında olmalı. Hüquq dövləti təşkilatlarında Avropalılar qədər irəliləmək, əslində isə mədəniyyətdə bərabər olmaq, Avropa təhsil üsulundan, metodlarından istifadə bizim mütəxəssilərimizin meydana gəlməsinə səbəb oldu. Avropa yönümlü olmaq əslində bizim tərəqqimizə meydan verir. Lakin bir Türk olaraq dünya bizi danmaq istəsə belə... əldə silah, dildə diplomatiya... Müşfiqin təbirincə desək, mübarizə bu gün də var, yarın da!
Millətçilik- Türkçülük... yoxsa öz Vətənini, sərhədini, ailəsini- ona məxsus olanı qorumaq millətçiliksə, onda qoy mən Millətçi olum. Atatürk kimi bir şəxsiyyətin öz ölkəsini yağılardan qovlayıb qurtararaq qurduğu Türkiyə Cümhuriyyəti – xalqına, torpağına və Azadlıq yanğısından qopmuşdu bu sevda . Tanrı Türkləri yaratdı və onlara “Mənim Ordum” dedi... Atatürk kimi Lider indən belə min illik tarixin LİDERİ olaraq yaşıyacaq.
Türkçülük- Azərbaycan türkü, türk millətinə mənsub , öz millətini, evini, ona məxsus olanı , Vətənini sevmək demək. Bəs nədən qorxulur bu Türk adından ...
Millət, millətçilik, milli mənsubiyyət, milli kimlik... “Bu günün siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür- Ö. F. Nemanzadə. Nədir millətçilik, axı bu türkçülük ruslarda olduğu kimi şovinist- işğalçı baxışlar deyil, özünü qorumaq, Vətənini qorumaq demək Türk millətçiliyinə. Vətən sevisindən qaynaqlanır, Vətənin hüdudlarının toxunulmaz olmasını arzulayır, Azadlıq istəyir, heç bir kimsədən, heç bir dövlətdən asılı olmamağı tələb edir. Biz türklərin Millət və Vətən sevgisi bir ayrı dürlü olur. Türk millətinin Vətən sevgis bir ərmağandır, hər millətə xas deyil belə atəşin Vətən sevgisi. 27 sentyabr 2020- ci il Zəfər Qalibiyyəti məhz Azərbaycan xalqının öz torpaqları uğrunda Mübarizəsi Milli sevgidən doğdu.
Milli kimlik- türk adının, Türkçülüyün XIX- əsrdən etibarən formalaşması, əlbəttə Türkçü deyərək çox canlar yaxıldı. XVIII- ci əsrin sonu, XIX- cu əsrdən etibarən başlayan ağrı- acılı günlər, zamanlar keçdi, Milli kimlikdən danışarıqsa onda “millətçi, din, əxlaq və bütün gözəl cəhətlər- estetika baxışından ortaq olan yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir. Türk kəndlisi ona dili dilimə uyğun, dini- dinimə uyğun deyərək tərif verər.
TÜRKÇÜLÜYÜN – məfkurəsi TURANdır. Məfkurə Turan olsa da , əsas məqsəd və məram- yəni dahilik XALQdan gəlir. Osmanlı dövründə türklərin öz qövmünə malik olmasını – yəni mən Türkəm demək qadağan edilmişdi. Yəni belə deyilərsə Osmanlı imperatorluğunun yıxılmasına səbəb olarsan deyərək milləti qorxutmuş, hər addımda hədə ilə üzləşən türkün öz kimliyini etiraf etməsi hünər istər... Gerçək şəxsiyyəti Türk olduğu halda , gerçək dili Türk dili olduğu halda, süni dildən istifadə edər, fars- ərəb dilində şeir söyləyərdilər.
Məhz belə bir zamanda Türkçülük onların Türk, dillərinin isə Türk dili olduqlarını beyinlərinə TÜRK olduğuna inandırdı, artıq Xalqa doğru ilk addım atilmışdı.”Xalqa yeritdi.Və bu addım sadəcə beyinlərə yeridilmədi, türk İnsanını inandırdı Özü olduğuna, Türk Oğlu doğru getməyin ikinci addımı isə mədəniyyət aparmaq idi- Z. GÖYALP”.
2021-ci il iyun ayında Qalib Azərbaycanın Türkiyə kimi bir müttəfiqlə imzaladığı “Şuşa bəyannaməsi”- əslində Azad Azərbaycanın Azadlığının- suverenliyinin qarantı idi, İlham Əliyevin hüdudsuz, ənginlik tanımayan siyasi uzaqgörənliyi idi, məhz Türk millətinin – Türkiyə və Azərbaycanın birliyi və Orta Asiya – Turan ideyası güclənməkdədir. Və Türkün iki Böyük Oğlunun- Azərbaycan Prezidenti İlham Əliyev Cənabları və Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Tayyib Ərdoğanın apardığı dönməz siyasət məhz Türk Birliyinin- Türanın mənəvi birliyinin təzahürüdür !
TANRI TÜRKƏ YAR OLSUN !
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü