ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Xərçəngdən qoruyan QIRMIZI ÇAY
SAĞLAMLIQ
31.01.2024, 12:42 Oxunub: 1541Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar.
Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçinin "Sudan qızılgülü" adlandırırlar.
Qibiskus isti ölkələrdə bitir. Qədim ərəb elmi əsərlərində karkade çayını "bütün xəstəliklərin dərmanı" adlandırırlar.
Karkade çayı antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların təsirindən qoruyaraq orqanizmdə şişlərin əmələ gəlməsinin qarşısını alır, orqanizmi cavanlaşdırır.
Qırmızı çay antosian maddələrlə də olduqca zəngindir. Bu maddələr damarların sağlamlığını qoruyur. Bu səbəbdən karkade çayı damar xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün olduqca faydalıdır.
Orqanik turşularla zəngin olan karkade çayı qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.
Sidikqovucu təsirə malik olan qırmızı çay arterial təzyiqi aşağı salmağa kömək edir.
Karkade çayı mədənin turşuluğunu artırır və bu səbəbdən qastrit və mədə xorası xəstəliklərindən əziyyət çəkənlərə bu çayı qəbul etmək tövsiyə edilmir.