usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 18°C 6.09 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı atıbmış

details

HADİSƏ

01.02.2024, 16:57 Oxunub: 480

Aytən şantaj edildiyi üçün intihara cəhd edibmiş...


Bərdədə intihara cəhd edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı atıbmış.


1001info.az “Qafqazinfo”ya istinadən bildirir ki, ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “İnstagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
  


 

Digər xəbərlər