ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Əllərini və dodağını yandıran həyat yoldaşından şikayətçi olmadl...
HADİSƏ
04.03.2024, 15:44 Oxunub: 2001"Əllərimi və dodağımı özüm yandırmışam” deyib ərini bağışladı
Ötən ilin iyun-iyul aylarında Bakının Qaradağ rayonu Puta qəsəbəsində həyat yoldaşı Nigar Səmədovaya (ad-soyadlar şərtidir) işgəncələr vermiş 1983-cü il təvəllüdlü Elvin Səmədova hökm oxunub.
1001info.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə Elvin Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Elvin həyat yoldaşına qısqanclıq zəminində işgəncələr verib. Əvvəllər də ailəli olmuş və boşandıqdan sonra birinci həyat yoldaşına aliment ödəyən şəxs Nigar Səmədovanı mütəmadi olaraq döyərək sürüyüb, başını divara çırpıb. Son olaraq isə dağ edilmiş bıçaqla arvadının əllərinin içini və dodaqlarını yandıraraq ona xəsarətlər yetirib. Bundan sonra Nigar polisə müraciət edib.
İstintaq müddətində Nigar Səmədova ərindən şikayətçi olmadığını deyib. O, bədənindəki xəsarətlərin özü tərəfindən yetirildiyini iddia edib: “Həyəcanlı və emosional vəziyyətdə olduğum üçün Elvindən şikayətçi olmuşam. O, xalamın ögey nəvəsi ilə danışdığımı bilmişdi, amma aramızda heç nə olmayıb. Ona günahsız olduğumu sübut etmək məqsədilə özüm əllərimi və dodağımı yandırmışam. Ailədə Elvindən başqa pul qazanan yoxdur, həm də birinci ailəsindən olan uşağa aliment ödəyir. O həbs edilsə, çox çətin duruma düşəcəyik”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Elvin Səmədova 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və barəsindəki ev dustaqlığı qərarı da ləğv edilib.
qafqazinfo.az