ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
30 ildən sonra eşidilən məktəb zəngləri
CƏMİYYƏT
13.09.2023, 15:52 Oxunub: 2042
30 il əvvəl ağlaya-ağlaya məcburi tərk etdiyimiz ocağımıza şükürlər olsun ki, sevinə-sevinə qayıtmaq da varmış qismətimizdə.. . Ümidlərimizin sönüb öləziyən bir vaxtda qüdrətli ordumuz umid işığımızı yenidən yandırdı. Fəxrlə deyə bilərik ki , daha Azərbaycanı zəfərə, qalibiyyətə apara bilən güclü bir dövlət başçısı, yenilməz bir sərkərdəmiz var.
Şəhərlərimizi, kəndlərimizi viran qoyan düşmənin başı əzildikdən sonra yurd yerlərimizə bir qayıdış başlayıb. Obalarımız firavanlığa , yuvalarımız işıqlı günlərə çıxıb. İşğaldan azad olunmuş bütün ərazilərdə Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yenidənqurma, bərpa işlərinə start verilib. Kəndlər, şəhərlər yenidən qurulur. Tariximizin 30 illik qəm vərəqlərini yeni səhifələr əvəz edir. Mərhələli şəkildə ailələr öz yurdlarına qayıdırlar, həyat öz axarına dönür.
Köçkünlərimiz uzun illər arzuladıqları xəyalı ilə yaşadıqları yurda dönüş sevincini yaşayırlar . Artıq bu yerlərdən uşaq gülüşləri, ağsaqqal xeyir-duası, ağbirçək anaların alqışları eşidilir . Qarabağ yenidən toy-büsatlı günlərinə qayıdır . İllərdir səssizliyə qərq olan məktəblərdə ilk zənglər çalınır. Cəbrayılda, Zəngilanda, Laçında, Fizulidə çalınan məktəb zəngləri isə təkcə uşaqlara deyil, həm də bütün ailələrə bir çağırışdır. Mən də 10 il təhsil aldığım öz doğma məktəbimi xatırladım. Kəndimiz işğaldan azad olunsa da, üç tərəfdən ermənilərin yaşadığı kəndlərlə sərhəd olduğu üçün hələlik gedib - gəlmək mümkün deyil. Ağdam Rayon Qalayçılar kənd orta məktəbi istər təhsildə, istər təlim - tərbiyə məsələlərində həmişə fərqli bir məktəb olub . Məhz buna görə Qonşu kəndlərdən həmişə bizim məktəbin sorağına gələn şagirdlər vardı. Hər birimizin mənəvi beşiyi sayılan məktəbimizdə müəllimlərimiz bizə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirdilər, həmçinin yaşamağı, Vətəni sevməyi və müdafiə etməyi də öyrədirdilər. Bunun nəticəsiydi ki, məktəbin məzunlarının sorağı həkim, müəllim, mühəndis, hüquqşünas və s. peşə sahibləri kimi ölkəmizin müxtəlif yerlərindən gəlirdi... Bunun nəticəsiydi ki, Qarabağ savaşları başlayanda məktəbimizin məzunları ilk silaha sarılan igid döyüşçülərdən oldular...
Təəsüf ki, mənfur düşmənin xarabalığa çevirdiyi məktəbimizdə indi nə şagird var , nə müəllim var, nə də valideyn... Sevimli müəllimlərimizdən, sinif yoldaşlarımızdan ayrılmağımız üzun illər oldu... Qaçqınlıq, köçkünlük, Vətən, yurd itgisi, doğulduğu eli, obanı itirmək bir çox insanın ömür yollarını daha da qısa etdi. Bir zamanlar məktəb direktorumuz olan Zülfiqar Hüseynov , Nemət Hüseynov, İsmayıl Məmmədov , İdris Məmmədov, Bəylər İsmayılov, Hüseyn Əliyev, Surxay Həsənov, Məhərrəm Hüseynov, Əziz Gülməmmdov, Xosrov Əhmədov, Şirin Nəsirov, Osman Hüseynov, Mətləb Məmmədov, İdris Adıgözəlov, Zakir Hüseynov, Məcid Əhmədov, Mobil Əliyev,Musa Əliyev, Sənubər Məmmədova, Leyla Məmmədova, Şəfiqə Məmmədova, Mahirə Hüseynova, Minarə Cəfərova, Məlahət Nəsirova, İsgəndər Nəsirov, Nəcibə Məmmədova və digər müəllimlərimiz artıq dünyalarını dəyişiblər. Müharibədə sevimli müəllimimiz Yusif İsmayılovun da, sinif yoldaşlarımızın da şəhidliyi gözümüzün önündə oldu...
Bu yeni dərs ilində müəllimlərimizi və sıralarımızı bizdən əvvəl tərk edən sinif yoldaşlarımızı sayğı ilə anırıq. Bu gün Laçında, Fizulidə 30 ildən sonra çalınan məktəb zəng səsləri bizi kövrəltsəə də, həm də bizə böyük ümid, qürur hissi bəxs edir . Bu yerlərdə yenidən şagirdlərin hay-küyü eşidilir, müəllim təbəssümü, valideyn sevinci görünür, həyat canlanır...
Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə bildirib ki,
İşğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. Şagirdlərin sayında isə artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.
Bütün bunlara baxdıqca biz də əmin oluruq ki, vaxt gələcək bütün köçkünlərimiz yenidən doğma ata- baba yurdlarımıza qayıdacaq . Qalayçılar kəndində uşaqlarımız bizim yarımçıq qoyduğumuz işləri tamamlayacaq və yenidən o torpağı gülüstana çevirəcəyik. Doğma məktəbimizin zəng səsini eşitmək ümidi ilə
Zəkurə QULİYEVA,
"Qarabağ" qəzetinin redaktoru