ŞƏHİDLƏR -Qazilər

"Qarabağın açarını gətirəcəyəm"... - Kamalə ABİYEVA yazır
Qarabağın açarını gətirəcəyəm İlqar Elçin oğlu İbrahimov 2002-ci il iyun ayının 25-də Astara rayonunun Təxtənəkəran kəndində ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
AGF-nin sabiq vitse-prezidenti: “Hacı kimi güləşçi 50-100 ildə bir yetişir”
jpg-1695129698.jpg)
İDMAN
19.09.2023, 17:16 Oxunub: 520Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Elçin Cəfərov sərbəst güləş üzrə yığmanın üzvü Hacı Əliyev barədə danışarkən deyib.
O, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 65 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı idmançının məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsini adi qarşılayıb. Mütəxəssisin fikrincə, üçqat dünya çempionunun hələ şansı qalır:
“Hacı sıradan idmançı deyil, yığmanın kapitanı, lideridir, adlı-sanlı güləşçidir. Bizdə bir məğlubiyyət olan kimi tənqidlər başlayır. Ancaq bunu normal idman nəticəsi kimi qəbul etmək lazımdır. Hacının lisenziya almaq şansı var. Gələn il Bakıda və İstanbulda lisenziya xarakterli turnir keçiriləcək”.
Mütəxəssis sərbəst güləşçilərin mundialın geridə qalan günlərindəki çıxışlarına da qiymət verib:
“Güləşçilərimizin dünya çempionatında bu günə kimi çıxışlarını normal hesab edirəm. Dünən Osman Nurmaqomedov (92 kq) gümüş medal qazandı. Maqomedxan Maqomedov (97 kq) bu gün final görüşünə çıxacaq. Dünya çempionatı ölüm-dirim yarışıdır. Lisenziya xarakterli olduğundan çox gərgin və ağır keçir”.
E.Cəfərov idmançıların hər birinin qarşısına qoyulan məqsədin olimpiadaya lisenziya qazanmaq olduğunu vurğulayıb:
“Federasiya rəhbərliyinin bütün idmançıların qarşısına qoyduğu məqsəd medallar və lisenziyalar qazanmaqdır. Təbii ki, bu, asan deyil. Yarışa hazırlaşmaq, çəki salmaq, püşkün nəticəsi, hakimlik kimi amillər var. Bəziləri hətta zədəli vəziyyətdə yarışa yollanırlar. Belə bir deyim var: bütün dünya sənə qarşı olur. Dünya çempionatında vəziyyət məhz belədir. Planetin ən yaxşılarına qarşı mübarizə aparmaq isə asan deyil”.
Qeyd edək ki, Azərbaycan sərbəst güləşçilərindən yalnız Maqomedxan Maqomedov olimpiadaya lisenziya əldə edib.
