ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Akimovun günahı sübuta yetirilmədiyindən ona bəraət verilib
HADİSƏ
24.11.2023, 11:44 Oxunub: 1584Akimova bəraət verildi
“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı Kamal Akimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
1001info.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, K.Akimovun günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.
Prokuror ittiham nitqində 11 il həbs cəzası tələb etmişdi.
İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.
K.Akimova qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun “Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.
Qeyd edək ki, Kamal Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olduğu iddia edilir.