ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Al bizləri qoynuna, al, bayrağım, dalğalan!
ƏDƏBİYYAT
13.05.2024, 15:04 Oxunub: 25241001info.az “Günün şeiri” rubrikasında müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Mahirə Nağıqızının “AL BAYRAĞIM ”şeirini oxuculara təqdim edir.
AL BAYRAĞIM
Xalqımızın gəldiyi yolun sinə dəftərin,
Göyərən arzuların, al bayrağım, dalğalan!
Yüksəlişin-əlacı sağalmamış dərdlərin,
O dərdləri yadına sal, bayrağım, dalğalan!
Min illərdir içimiz rənglərini göyərdir,
Yaşamaq haqqımızın əbədi rəmzisən bir.
Ruhumuz-qəlbimizdə asılan dirəyindir,
O dirəkdə uca dur, qal, bayrağım, dalğalan!
Qəlbimizdə oxunan türkülərlə yarandın,
Altaylardan salınan körpülərlə yarandın.
Sabahlara aparan ümidlərlə yarandın,
Al bizləri qoynuna, al, bayrağım, dalğalan!
Qılıncında Babəkin, Nizaminin şeirində,
Yaşadın susmayacaq vətən nəğmələrində.
Qarşında baş əyən var dünyanın hər yerində,
Oğulun var, qızın var, var, bayrağım, dalğalan!
Hopub, bağrına hopub, hopub şəhid qanları,
Sənə bürünüb gəlib min-min yurd qurbanları.
Dədə əmanətisən-qızları, oğlanları
Bu vətənin səninçün yar-bayrağım, dalğalan!
Azərbaycan əsgəri qanım halaldır-dedi.
Ucada dayanmağın bir cəh-cəlaldır-dedi.
Gücünün qarşında düşmən olan əyildi,
O bilir ki, olacaq xar, bayrağım, dalğalan!