ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ay dünya, nə yaman havalanmısan... -Tahir Rza
ƏDƏBİYYAT
13.12.2024, 18:00 Oxunub: 4191001info.az "Günün şeiri" rubrikasında şair Tahir Rzanın "Ay dünya, nə yaman havalanmısan"şeirini təqdim edir.
Ay dünya, nə yaman havalanmısan
Unudub yaxşını, isməti, arı,
Qanmaza vermisən dövləti, varı.
Urvata mindirib urvatsızları,
Ay dünya, nə yaman havalanmısan.
Talelər ümiddən asılıb qalıb,
Ümidlər bir küncə qısılıb qalıb,
Bəndimiz, bərəmiz basılıb qalıb,
Ay dünya, nə yaman havalanmısan.
Qurdu quzu ilə dost edən gündən,
Əhvalın dəyişib, küt gedib gündən.
Yaxa tutdurmursan, ötürsən gendən,
Ay dünya, nə yaman havalanmısan.
Haqq deyən dillərdə haqq daşa dönüb,
İnsan gözlərində bir quşa dönüb,
Nadanlar səninçün sirdaşa dönüb,
Ay dünya, nə yaman havalanmısan.
Üzünə gülənlər gülməz bir daha,
Dərdindən ölənlər ölməz bir daha,
Sevincli günlərin gəlməz bir daha,
Ay dünya, nə yaman havalanmısan.
Dərd-səri üstümə az əsdi, düşün,
Həsrətin, hicranın di bəsdi, düşün.
Qoynun qananlara qəfəsdi, düşün,
Ay dünya, nə yaman havalanmısan.
Aldanıb dilinə, düşüb felinə,
Ağıllı adamlar getməz dərinə.
Tahiri qoymusan uşaq yerinə,
Ay dünya, nə yaman havalanmısan.