usd-1.7000 eur-1.7825 rub-1.5962
Bakı 9°C 3.21 m/s
Son xəbərlər
03-12-2024
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib

details

CƏMİYYƏT

03.12.2024, 17:30 Oxunub: 575

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr olunan tədbir keçirilib.

1001info.az xəbər verir ki, tədbirdə RİH başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Suraxanı Rayon Təşkilatının sədri, RİH başçısının müavinləri və şöbə müdirləri, sağlamlıq imkanları məhdud sakinlər, ictimai təşkilatların nümayəndələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Adil Əliyev dövlət tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib.

O, bildirib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən fiziki məhdudiyyətli vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır.

Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da fiziki məhdudiyyətli sakinlər diqqət və qayğı ilə əhatə olunub.

Həmçinin, Respublika Reabilitasiya Mərəzinin direktoru Nabat Abdullayeva, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri, Para Velosiped idman növü üzrə Paralimpiya Milli komandasının baş məşqçisi, ARB telekanalının aparıcısı, jurnalist Amid Həsənquliyev çıxış edərək respublikamızda fiziki məhdudiyyətli şəxslərin sosial rifahının daha da yaxşılaşdırılması aistiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların və sevilən müğənnilərin təqdimatında bədii hissə nümayiş olunub, eləcə də doğum günü olan fiziki məhdudiyyətli sakinlərə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Digər xəbərlər