ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin doğum günüdür
CƏMİYYƏT
26.11.2024, 15:49 Oxunub: 1130Bu gün filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin doğum günüdür.
Görkəmli alim Həsən Mirzəyev milli ziyalı, nəcib, səmimi və xalqını sevən vətəndaş olub. Onun kitabları dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinədir.
Mərhum professor Həsən Mirzəyev Azərbaycanın elm tarixində öz yeri və rolu olan görkəmli alimlərdən biri kimi dəyərləndirilir. O, əsl pedaqoq idi. Həsən müəllim həqiqi mənada öz işinin mirzəsi idi. Öz işində olduqca hərəkətli, dinamik, hər kəsə yardım etməyə çalışan insan idi. O, təkcə dilçi alim kimi deyil, həm ədəbiyyatşünas, folklorşünas alim kimi, həm də bir şair kimi yaddaşlara həkk olunub. Həsən müəllim kimi şəxsiyyətlərin həyat yolundan, elmi irsindən bir çox məqamları öyrənmək, bunu gənc nəsillərə ötürmək lazımdır.
El ağsaqqalı, yurd təəssübkeşi Həsən Mirzəyev 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə o, dərin məsuliyyətlə yanaşaraq, fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirmişdir.
Tanınmış pedaqoq, dilçi alim və xeyirxah insan Həsən İbrahim oğlu Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayır.
Allah rəhmət eləsin!
1001info.az illər öncə mərhum alimin həyat və fəaliyyətinə həsr olunmuş və TRT AVAZ kanalında yayınlanan “Həyat hekayələri-Həsən Mirzə” filmini təqdim edir.
Qeyd edək ki, filmin ssenari müəllifi Kəmalə Mirzəyeva, rejissoru Əli Fərhad oğlu, layihə rəhbəri Bəxtiyar Qaracadır.