ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Aygün Ağamalının rəhbərliyi ilə “Fashion Academy” layihəsinin həyata keçirilməsinə start verildi
MƏDƏNİYYƏT, FOTOBAXIŞ
07.11.2023, 14:51 Oxunub: 42371001info.az xəbər verir ki, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QİM), “Magen David International Center for Women” və məşhur modelyer-dizayner, sahibkar xanım, İtaliya markası olan Aygün Ağamalının rəhbərliyi ilə “Fashion Academy” layihəsinin həyata keçirilməsi yönündə ilk addımlar atılmağa başlayıb. Layihə çərçivəsində 6 noyabr 2023- cü il tarixində ilk məlumat sessiyası təşkil edilib. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi və Vətənimizin azadlığı uğrunda canından keçib ən ali məqama yüksələn şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Aygün Ağamalı layihənin əsas məqsədləri haqqında geniş məlumat verdi. “Qadınlara şəxsi moda brendlərini yaratmağa, kreativ dizayn, dəb illüstrasiyası, material və parça teksturaları, geyimin növləri, modellərin qurulması və digər istiqamətlər üzrə modelyer-dizayner dərsləri təqdim etmək, həmçinin, biznesə başlamaq istəyən və yeni ideyalarını həyata keçirmək istəyən qadınlar və gənc qızlar arasında sahibkarlıq mühitinin stimullaşdırılmasına dair maarifləndirmə işinin aparılması, mentorluq dəstəyi ilə yeni biznes təşəbbüslərinin yaradılması və dəstəklənməsidir” ideyası olduğunu nəzərə çatdırdı.
Sonra “Magen David İnternational Center for Women“nin direktoru Aygün Əhmədova çıxış edərək “layihənin əsas hədəflərindən birinin qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığına töhfə vermək olduğunu” vurğuladı.
Daha sonra QİM sədri Şəfa Əmirova çıxış edərək layihənin sonunda iştirakçıların , yeni əldə etdikləri bacarıq üzrə, karyeralarına müsbət təsir edəcək “İtaliya markası olan Aygün Ağamalı imzalı” sertifikat, həmçinin “Qadınların inkişafına və maarifləndirilməsinə dəstək” İctimai birliyindən biznesin inkişafına təkan verəcək ödənişsiz biznes konsultasiya əldə edəcəklərini” qeyd etdi.
İşgüzar mühitdə, müsbət emosiyalara köklənmiş, xoş ab-havada, səmimi ortamda baş tutan tədbirdə tanınmış insanlar, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə öz sözünü demiş qadınlar və gənc iştirakçılar iştirak edirdi.
Tədbirdən gəldiyimiz qənaət: Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verməkdə davam edir, ölkəmizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək bütün sahələrdə öz sözünü deyir. Əlbəttə, bu, bizim üçün fəxrdir.
.