ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azadə Novruzova-50
MƏDƏNİYYƏT
18.01.2026, 11:10 Oxunub: 346GÜNƏŞ QADIN
Həyat sevgi, ünsiyyət, sədaqət, etibar, etiram hissi ilə ürəyə yatımlı, zövqlü, həvəsli olur. Yaşadığın illər boyu ürəyin pozitiv notlara yüklənəcək ortamda, çevrədə olmağa, özünü tapmağa, görməyə tələsir. Çünki pozitivlik insan həyatını ən gözəl anlarla cilalayır. O gözəl anlar sədaqətli dost, əllərini tutduqda ürəyini hiss edəcək rəfiqə ilə canlanır. Yaşadığın illərində sədaqətli, etibarlı dosta ehtyac duyursan.O dostla sevincini, kədərini, yalnışını, doğrunu bölürsən, paylaşırsan. Yaxşı ürəkli dost qazanmaq, dostu olmaq o da bir bəxtdir, bir şansdır deyillər. Bu doğrudur! Şeirləri ürəkləri riqqətə gətirən, duyğuları könülləri oxşayan, düşüncələri insanı fikir burulğanına aparan günəş simalı bir dostum var. O dost zərifdən də zərif amma güclüdür, o dost incədən incə amma polad kimi əyilməz doğruya-doğru düzə düzdür, o dost sədaqətdir, o dost etibardır. Günəş qadın deyərdim o dostuma çünki nuru heç zaman əsgilməz, yorulmaz sevgisini paylaşmaqla, öz nurundan dostlarına dünya boyda sevinc bəxş edər, özünü şam kimi əridər sədaqəti ilə dostlarının uğurlu olmasına. O dost mənim ömür illərimə 38 ildir ki, öz sədaqətini etibarı ilə təsdiq edib. 38 baharı, qışı,payızı,yazı o dostluğun işığında birlikdə keçirtdik. Bu illərdə sevincə şərik olub, dərdimizi paylaşdıq bir sözlə doğmalaşdıq, doğma olduq. Bu il onun doğmam sandığım o günəş qadının ömründə yeni bir cığır açılır... 50 yaşı tamam olur.
Qışın ortasında, yaz havasıydı
Səfindən ayrılan, quş oldum gəldim.
Döndüm min arzuya, min bir diləyə
Bir çimdik torpağı
Tutiyə kimi alıb dimdiyimə
Göyə götürdüm.
Gördüm Allah açıb bağlı qapısını
Bilir hardan gəlb, hara gedirəm
-deyən gözəl şeirlər müəllifi , etibarlı dost , Prezident təqaüdçüsü, Ambudsman aparatının əməkdaşı, şairə -publisist , maraqlı kitablar, məqalələr müəllifi Azadə xanım Novruzovadır.
Əziz ürək dostum , sirdaşım Səni yubileyin münasibəti ilə təbrik edirəm.Gələcək illərin sənə xoş və gözəl gəlsin. Sənin kimi incə ruhlu dostum, rəfiqəm olmasına çox şanslıyam. Allah hər zaman səni pənahında saxlasın.
İradə Əlili