usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Canım Azərbaycanım" adlı tədbir keçirilib

details

CƏMİYYƏT

26.06.2024, 18:51 Oxunub: 1983

"Canım Azərbaycanım" adlı tədbir keçirildi

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Milli Azərbaycan  Tarixi Muzeyində  Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə "Canım Azərbaycanım" adlı tədbir keçirildi.  

Tədbir  Milli Azərbaycan Tarixi Muzeyinin  baş mütəxəssisi Aynur Babayevanın çıxışı ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Muzeyin əməkdaşı Aynur Babayeva Silahlı Qüvvələr günün yaranması tarixinə aid ümumi məlumatlar verdi. Tədbirdə çıxış edən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazilərimizə aid şəxsi əşyaların qorunması və həmin fondun fəaliyyəti barədə məruzə etdi.  Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova torpaqlarımızın azad olunmasında şəhidlərimizin  göstərdiyi qəhrəmanlıqlardan  bəhs etdi. Tədbirdə şairə, tarix üzrə fəlsəfə doktoru İradə Əlili , Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Cumayeva  Rüxsarə, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları,Vətən Müharibəsi qaziləri Şirinov Ramin , Hüseynov Füzuli, Muradov Eldəniz, Quliyev Kənan və  Səbuhi Əliyevin çıxışları dinlənildi. Çıxış edən müharibə iştirakçıları döyüş yolları barədə məlumat verdilər. 
Tədbirdə  Sübhnur Tədris  Mərkəzinin istedadlı şagirdlərinin bədii kompozisiyası çərçivəsində  vətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnılar ifa etməklə yanaşı milli rəqs  nömrələri ilə çıxışlar etdilər. Tədbirdə,  gənc muğam ifaçıları Mələk Məmmədova və  Mirsahil Məmmədlinin də ifaları dinlənildi. Sonda bütün iştirakçılara Sübhnur Tədris Mərkəzinin təşəkkürnaməsi təqdim olundu və xatirə şəkli çəkildi.

 

Digər xəbərlər