usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Dədə Ələsgər Ocağı"  İctimai Birliyi Məlahət İsmayılqızını mükafatlandırdı

details

ƏDƏBİYYAT

11.08.2024, 12:22 Oxunub: 1127

"ALLAHIN BİR NƏZƏRİ VARDIR GÖYÇƏDƏ" kitabının təqdimatı keçirilib.

10 Avqust 2024-cü ildə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə AYB-nin, AJB-nin üzvü, "Qızıl qələm" media mükafatçısı, H. Zərdabi adına diplom mükafatçısı, tədqiqatçı, publisist, şair Məlahət İsmayılqızının "Allahın bir nəzəri vardır Göyçədə" adlı kitabının təqdimatı keçirildi.

İÖncə vətən uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ədəbi-bədii tədbirin aparıcısı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair, publisist Güllü Eldar Tomralı açılış üçün sözü "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərliyə verdi. Xətai Ələsgərli çıxış edərək bildirdi ki, "Dədə Ələsgər Ocağı" İctimai Birliyi yarandığı gündən xüsusilə Azərbaycan aşıq poeziyasına töhvələr verən yaradıcı insanların fəaliyyətini hər zaman işıqlandırır. Xətai Ələsgərli Məlahət İsmayılqızını yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi və yaradıcılıq uğurları arzuladı.

Tədbirdə BDU -nun "İnformasiya və sənəd menecmenti" fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, fəlsəfə doktoru Elçin Əhmədov,  Basarkeçər rayon Babacan kənd icmasının sədri Mübariz  Quliyev, Dərəkənd icmasının sədri Aidə Xudaverdiyeva, Nərimanlı kənd icmasının sədri Şirazi  İbrahimov, rejissor, ssenarist, telejurnalist Kəmalə Mirzəyeva,  dilçi-filoloq, AJB-nin üzvü, müəllim Lamiyə Cəlilova, "Yurd" jurnalının redaktor müavini, jurnalist Zəhra Məmmədova, tədqiqatçı Qurban Əliyev, Basarkeçər rayon icmasının mətbuat xidmətinin rəhbəri və sədr müavini İlqar İsmayıl, AJB-nin üzvü, şairə Sara Göyçəli, şair, yazar Tofiq Abdullayev, müəllifin ən sadiq oxucusu Türkan Şərifova, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu və Məlahət İsmayılqızının müəllim yoldaşları çıxış etdilər. Çıxışçılar müəllifin Göyçə sevgisi, Göyçə nisgili, bütün həyatını Göyçə adlı Vətənin rifahına naminə mübarizəyə həsr etmiş zəhmətkeş, halal, cəsur, vətənpərvər insanlarının həyat salnaməsi əks olunmuş əsərlərini, yaradıcılığını təhlil etdilər. Müəllif Məlahət İsmayılqızı çağdaş Azərbaycan ədəbiyyatında, publisistikasında etnomədəni janrın yaradıcısı olaraq dəyərləndirildi.

Ədəbi-bədii tədbir Aşıq Vaqif Göyçəlinin ifasında saz havası ilə müşaiyət olundu.
Məlahət İsmayılqızı "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli tərəfindən Azərbaycan poeziyasına çoxsaylı töhvələrinə görə ictimai birliyin fəxri diplomu ilə mükafatlandırıldı. 
Sonda Məlahət İsmayılqızı kitablarını imzalayaraq oxucularına təqdim etdi.

"Allahın bir nəzəri vardır Göyçədə" kitabının redaktoru tədqiqatçı alim, professor Ramiz Əsgər, məsləhətçi redaktor dilçi-filoloq Lamiyə Cəlilova, rəssam Əli İsmayıl Əliyevdir.

Digər xəbərlər