ŞƏHİDLƏR -Qazilər

Qəhrəmanlar unudulmur ... Tarix müəllimi Rəvan Lətifov
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Elə məşqçilik, elə kobudluq olmur !..- Ehram Məcidovdan 7 yaşlı Fəridin faciəsinə kəskin münasibət

CƏMİYYƏT, İDMAN
04.05.2023, 11:45 Oxunub: 4062Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə cəmiyyəti narahat edir. Hadisə cəmiyyətdə böyük rezonans və narazılıq doğurub. 7 yaşlı uşağın həyatını itirməsi ilə bağlı həm televiziya kanallarında , həm də sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Müzakirələrə məşhur idmançılar da qoşulub.
“Kanal S”- də proqrama qatılan tanınnmış idmançı, 5 qat dünya çempionu, “Xocalı İdman Klubunun prezidenti Ehram Məcidovun münasibəti çox kəskin olub. O bildirib ki, yayılan görüntülərə sakit baxa bilməyib, çox sarsılıb. Bu nəinki idmançıya, insanlığa sığmayan bir hərəkətdir. Kadrlarda görünür ki, məşqçi uşaqlarla qəddar davranır. Hətta uşağın özünü yaxşı hiss etmədiyi və ayaq üstə dayana bilmədiyi açıq-aşkar ortada olduğu halda da insanlıqdan kənar hərəkətlərini davam etdirir. Mehmanın hərəkətləri müəllimlikdən uzaq bir hərəkətlərdi. Vəhşicəsinə uşağı döyməyi, incitməyi heç düzgün deyil. Yəni qınadım müəllimi. Elə müəllimlik olmur, elə kobudluq olmur. Bu bir cinayət işidir.
Biz bu görüntüləri izlədikdən sonra hadisənin ehtiyatsızlıqdan baş vermədiyini gördük. Ona nəinki məşqçi, insan demək olmaz. Düşünürəm ki, bu hərəkət bağışlanmazdır və mütləq cəzasını almalıdır.
Əməkdar idman ustası və əməkdar məşqçi olan Ehram Məcidov söhbətində hər bir məşqçinin idmana gələn uşağa fərdi yanaşmalı, öz övladları kimi sevməli və onlara can yandırmalı olduğunu vurğulayıb. Biz də müəllimik, uşaqlara dərs keçirik. Nəinki o hərəkətlərə yol verməliyik, əksinə, uşalara həssas yanaşmalı, kefini-əhvalını xəbər almalı, onları qorumalıyıq.
Ehram Məcidov Mehman kimi insanlıqdan uzaq olanların idman sahəsində çalışan məşqçilərin fəaliyyətinə kölgə sala bilməyəcəyini vurğulayıb.
