usd-1.7000 eur-1.8297 rub-0.0185
Bakı 14°C 13.76 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

details

İDMAN

28.11.2023, 10:17 Oxunub: 1083

 

27 noyabr məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı Brüs Linin doğum günüdür.


Brüs Li 1940-cı ildə San-Fransiskoda anadan olub. Onun valideynləri Çin operasının aktyorları olublar.
Onlarla döyüş filmində oynayan Brüs Li 1973-cü ildə Honk-Honqda çəkiliş zamanı vəfat edib.
1001info.az Kulis.az-a istinadən  əslən çinli olan amerikan aktyor Brüs Linin yaşamaq haqqında qeydlərni təqdim edir.

MƏN BİR ŞEYƏ ƏMİNƏM Kİ, mahnı oxuya bilmirəm. Baxmayaraq, hamıya deyirəm, mənim güclü səsim var.


MƏN SİZƏ DESƏM: - mən əla oğlanam, düşünəcəksiniz, lovğalanıram. Tərsini desəm, onda da düşünəcəksiniz ki, yalan danışıram.


ŞƏRQLİLƏR DEYİR: “Çevik ol! İnsan sağlığında yumşaq və elastik olur, ölüm onu sərtləşdirir. Bu həm bədənə, həm ağıla, həm də ruha aiddir”


DÖYÜŞÜ BİR ZƏRBƏ İLƏ udmaq olmaz. Ya dözməyi öyrən, ya da cangüdən tut. Qələbələri və məğlubiyyətləri unut, qüruru, qüssəni unut! Əgər düşmən sənin cırmaqlayırsa, vur onu. Əgər düşmən səni vuracaqsa, sən onun əlini sındır. Əgər düşmən sənin əlini sındıracaqsa, sən onun canını al. Döyüşdən toxunulmamış çıxmaq haqqında fikirləşmə. Hər şeyini qurban verməyə hazır ol. Hətta həyatını da.


SU KİMİ hərəkət et. Şüşə kimi donub durmağı öyrən. Əks-səda kimi cavab ver.


PULUN BİRBAŞA mənası yoxdur. Bu sadəcə müəyyən olunmuş hədəfə çatmaq üçün bir vasitədir. Bilmək lazımdır ki, pul nəyə qadirdir, nəyə yox. Atam mənə deyərdi: “Bu il sən 10 dollar qazanmısan. Gələn il isə 5 dollar qazana bilərsən. Hazır ol”.


ƏGƏR SABAH ÇAŞ-BAŞ qalmaq istəmirsənsə, elə bu gün həqiqəti söylə.


QƏRB TƏHSİLİ bir şeyi öyrədir, şərq təhsili digərini. Belə demək olar: “Bu barmaqlarla bu işi görmək olar, bunlarla isə başqa. Amma bir əl ilə daha yaxşı işlər görmək olar”.


AMERİKALI palıd kimidir, o, yer üzündə möhkəm dayanır, küləkdə əyilmir, əgər ondan da güclü külək əsəcəksə, o zaman sınır. Şərqli isə bambuk kimidir, o, küləkdə əyilir, amma sonra düzəlir və daha güclü olur.


MÜDRİK insan axmaq sualdan çox şey öyrənir. Amma axmaq insan müdrik cavabdan heç nə öyrənmir.


BÜTÜN DAHİ MÜƏLLİMLƏRİ bir otağa toplayın, onlar hər şey barəsində ümumi razılığa gələcəklər. Amma onların tələbələrini bir otağa toplasanız, onlar, sadəcə, mübahisə edəcəklər, razılığa gələ bilməyəcəklər.


HƏYATI SEVİRSƏNSƏ, vaxt itirmə. Çünki həyat vaxtdan düzəldilib.

Digər xəbərlər