usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 27°C 15.23 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hüseynbala Mİrələmovun Prezidentə ünvanladığı məktub

details

CƏMİYYƏT

19.02.2024, 13:49 Oxunub: 1969

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Yazıçı- dramaturq, professor Hüseynbala Mİrələmov Prezidentə ünvanladığı məktubu saytımıza göndərib. 


Məktubda deyilir:

 Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!

Mən Vətənini, dövlətini  canından-qanından çox sevən, ona bütün varlığıyla bağlı olan bir Vətən övladıyam.  Böyük fəxrlə-qürurla deyirəm ki, Prezident seçkilərində ailəmlə birlikdə iştirak etdik, Sizə – Müzəffər Ali Baş Komandana səs verdik. Elə bilirəm ki, Vətənimiz qarşısında ən böyük borcumuzu yerinə yetirdik.

Cənab Prezident!

 Andiçmə mərasimindəki çıxışınızı həm ölkə, həm ondan kənarda böyük şövq və ruhla dinləyən milyonlardan biri kimi demək istəyirəm ki, o mötəbər kürsüdən çıxışınız hər birimizin urəyincəydi. Çünki dediyiniz hər sözün, hər ifadənin arxasında nəhəng işlər, möhtəşəm qələbələr dayanırdı. Bu dəfəki Prezident seçkiləri də, əvvəlkilər kimi, xalqımızın əsl iradəsini əks etdirirdi. Xalq yenə, vaxtilə Sizin də qeyd etdiyiniz kimi, “İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs vermişdir.”  Siz xalqımızın bu seçkidə, demək olar ki,  bütün səsini qazanan şəriksiz bir lidersiz.  Milyonlardan biri kimi əminliklə deyə bilərəm ki, Siz bizim özümüzsüz, Siz bizm səsimizsiz. Və əmin olun: Dövlətimiz və xalqımız durduqca, yaşadıqca bizim duamız, alqışımız, bizim səsimiz Sizinlə olacaq! 
Mən, sözün əsl mənasında, fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz, bizim Prezidentimizsiniz.  Əlahəzrət fakt qarşısında hamı acizdir: “Siz dünyaya göstərdiniz ki, mən varam, Azərbaycan xalqının sevimli oğluyam, Azərbaycan Prezidentiyəm”   

 

SİZƏ İNAMIMIZ VƏ GÜVƏNİMİZ SONSUZDUR!

Dərin hörmət və ehtiramla,
Hüseynbala Mirələmov,
yazıçı-dramaturq, professor

 


 

Digər xəbərlər