ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“İdman Filmləri və Milli Televiziya Festivalı”nda yenilik
İDMAN
10.01.2024, 11:57 Oxunub: 1623“İdman Filmləri və Milli Televiziya Festivalı”nda yenilik tətbiq ediləcək.
1001info.az “Report”-a istinadla xəbər verir ki, bu barədə festivalın baş prodüseri Arzu Qulamov mətbuat konfransında məlumat verib.
Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan tədbirdəki çıxışında göstərilən marağa sevindiyini bildirib: “Öncəki festivala 70 layihə təqdim olunmuşdu. İlkin seçimdən sonra 40 layihə əsas festivalın gündəliyinə salınmışdı. Budəfəki festivalda yenilik tətbiq etmək qərarına gəlmişdik. “Oscar” sistemi olacaq. 5 nominasiyadan ikisi qadınlar arasında olacaq. Bunun adı “Zərif qəhrəman” adlanacaq”.
O, tərtib edilən digər layihələr barədə də məlumat verib. A.Qulamov video məhsulların hazırlanmasında hər kəsi onlarla sıx əməkdaşlığa dəvət edib: “Bu festival ona görə yaradılıb ki, insanalar əməklərinin bəhrəsini görsünlər. Bu ildən etibarən festivala ictimai qurumlar və özəl şirkətlər də maraq göstərirlər. Artıq 15-20 layihə təqdim olunub”.