usd-1.7000 eur-2.0045 rub-2.1798
Bakı 5°C 7.36 m/s
Son xəbərlər
19-12-2025
18-12-2025
16-12-2025
15-12-2025
12-12-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

O yaddaşın adı “Salnamə”dir...- Tahir Tahiroviç

details

MƏDƏNİYYƏT

24.12.2025, 16:52 Oxunub: 363

1001info.az Kulis.az-a istinadən  Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Tahir Tahiroviçin "Kinomuzun daş yaddaşı “Salnamə” yazısını təqdim edir.

Bir əsrdən artıq yaşı olan Azərbaycan kinosu bu gün də yaşayır, nəfəs alır və fəaliyyətini davam etdirir. Tarixin bütün sınaqlarından keçmiş bu sənət sahəsinin qarşısında hələ daha uğurlu illər, yeni mərhələlər dayanır. Lakin bu yüzillik yolun içində elə yaralar var ki, onlar təkcə unudulmaqla deyil, laqeydliklə daha da dərinləşir.

Bu yaralardan ən ağrılısı isə Azərbaycan kinosunun xronika yaddaşı, kinomuzun daş yaddaşı sayılan “Salnamə” kinostudiyasının taleyidir.
Bu studiyaya bəzən, sadəcə sənədli film istehsal edən bir qurum kimi baxılır. Əsla belə deyil! “Salnamə” adi bir studiya olmayıb. Bu məkan xalqın taleyini, ağrısını, qürurunu, üsyanını və sükutunu gümüş lentə köçürən müqəddəs bir ocaq idi. Birinci Qarabağ müharibəsinin acı reallıqları, Meydan hərəkatının coşqusu, 20 Yanvar faciəsinin qanlı gecəsi məhz bu studiyanın kamerası ilə tarixə çevrildi. O kadrlar sadəcə kino materialı deyil, millətin yaddaşıdır.
“Salnamə”nin lentlərində təkcə hadisələr yox, dövrlərin nəfəsi var. Ölkədə baş verən bütün sahələr üzrə xronika çəkilməsə, biz gələcək nəsillərə danışmağa söz tapmayacağıq. Çünki tarix, təkcə yazılı mənbələrdən ibarət deyil; tarix həm də səsdir, kadrdır, baxışdır.

Bu gün həmin studiyanın qapılarının bağlı qalması nə qədər acı səslənsə də, həm sevgisizlik, həm də qeyri-peşəkarlıqdır. Çünki milli yaddaşa, tarixi irsə biganə qalmaq, həm keçmişimizə, həm də gələcəyimizə ziyandır. Dünya praktikasında xronika studiyaları dövlətin ən həssas mədəni institutları kimi qorunur, rəqəmsallaşdırılır, araşdırma və tədris mərkəzinə çevrilir.

“Salnamə” yenidən doğulmalıdır. Ora yalnız kino adamlarının deyil, tarixçilərin, jurnalistlərin, gənc rejissorların, tələbələrin, tədqiqatçıların açıq ünvanı olmalıdır. O studiya yenidən ictimaiyyətə qaytarılmalıdır!

Əgər biz öz keçmişimizi qorumasaq, gələcəyimizə də inandıra bilmərik. Azərbaycan kinosunun yüz ildən artıq yaşı varsa, onun vicdanı və yaddaşı da var. O yaddaşın adı “Salnamə”dir. Və bu yaddaşı qapalı saxlamaq tarixə qapı bağlamaq deməkdir. Bu isə heç bir cəmiyyətə yaraşmaz.

Digər xəbərlər