usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Pomidor şirəsi hansı xəstəliklərdə qadağandır?

details

SAĞLAMLIQ

09.07.2024, 00:22 Oxunub: 1409

Pomidor şirəsi, pomidorlardan hazırlanan, möhkəmləndirici və sərinləndirici içki sayılır.

Tərkibində olan xeyirli maddələr orqanizmə müsbət təsir göstərir. Fitonsidlər - bağırsaqda olan qıcqırma prosesini sakitləşdirir, kaliy - ürəyin işini yaxşılaşdırır, orqanik turşular isə maddələr mübadiləsini tənzimləyir.


Tərkibinə C, B vitaminləri, karotin olan bu məhsulu hamiya tövsiyə etmək olar. O, ürək - damar sistemi xəstəliklərinə müsbət təsir göstərir  və qəbizliyin aradan qaldırılmasına kömək edir. Azkalorili olduğu üçün artıq çəkili insanlara da icazə verilir.

2 stəkan pomidor şirəsi, orqanizm üçün C və A vitaminlərinə olan gündəlik tələbatı ödəyir. Həmçinin hipertonik xəstəliklərdə də məsləhət görülür.

Bu şirəni yeməkdən  20-30 dəqiqə əvvəl içmək lazımdır, çünki o, mədə və bağırsağın həzm  hazırlığını gücləndirir. Şirəyə duz əlavə edildikdə müalicəvi xüsusiyyətləri azalır. Bunun əvəzinə əzilmiş sarımsaq və ya göyərti (şüyüd, petruşka) əlavə etməniz məsləhətdir.

Vitaminlər, duz və mikroelementlərlə zəngin olan bu içki, hüceyrələri zədələnmədən qoruyur, birləşdirici hüceyrələrin yaranmasını stimullaşdırır, hormonların sintezini  gücləndiri və sinir sisteminin fəaliyyətini bərpa edir.

Yalnız unutmayın ki, kəskin qastrit, mədə yarası xəstəlikləri, pankreatit və xoletistit kimi xəstəlikləri olan insanlar üçün qadağandır.

Zəhərlənmə hallarında da qəti qadağan sayılıb, hətta zəhərlənməni daha da gücləndirməsi söylənilir.

 

Digər xəbərlər