usd-1.7000 eur-1.9534 rub-2.0988
Bakı 14°C 3.42 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Proteo adlı itin Türkiyədə heykəli ucaldılacaq

details

MARAQLI

22.02.2023, 11:34 Oxunub: 5679

Türkiyədə zəlzələdən sonra Meksikadan gələn qrupla birgə axtarış-xilasetmə işləri zamanı ölən Proteo adlı itin Türkiyədə heykəli ucaldılacaq.
1001info.az “Milliyet”ə istinadən xəbər verir ki, itin heykəli Sarıyerdə ucaldılacaq.
Belə ki, 2011-ci ildə Vanda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işləri zamanı həyatını itirən yaponiyalı könüllü Atsuşi Miyazaki adına parkda Miyazaki və qəhrəman it Proteonun anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç bildirib ki, bu parkda Proteonun heykəli qoyulacaq.
Qeyd edək ki, axtarış-xilasetmə işlərində iştirak edən Proteo adlı it fevralın 12-si ölüb. İtin ölümünə səbəb isə yaşının çox olması, Türkiyəyə qədər uzun yol qət etməsi və soyuq hava olub. Proteo Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Quatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərində iştirak edib.
Meksikadan gələn axtarış-xilasetmə qrupu Adıyamanda 7 gün ərzində 4 nəfəri sağ olaraq xilas edib, daha 29 nəfərin cəsədini isə dağıntılar altından çıxarıb.

Digər xəbərlər