ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qadının kişi ilə münasibətində 12 mühüm məqam
MARAQLI
28.03.2023, 11:41 Oxunub: 6761Qadının kişi ilə münasibətinə artıq çəkinin İNANMAYACAĞINIZ TƏSİRİ - 12 mühüm məqam
Artıq çəki problemi demək olar ki, hər qadını bu və ya digər dərəcədə narahat edir.
Dietoloqlar, psixoloqlar, fizioloqlar uzun illərdir ki, bu problemi həll etməyə çalışır. Bunun üçün qadınlara min bir üsul təklif olunur. Lakin hələ də problem öz həllini tapmayıb.
Çoxları artıq bilir ki, arıqlamaq üçün satılan bütün vəsaitlər müəyyən müddət təsir göstərir. Əldə edilən nəticəni saxlamaq üçünsə çoxlu qüvvə və enerji xərclənir. Hər zaman kalorini hesablamaq, özünü yeməkdən məhdudlaşdırmaq, idmanla məşğul olmaq, ağır pəhrizlər saxlamaq lazım gəlir. Bütün bunlarsa insan enerjisini yorur...
7 il qadın psixologiyasının və qadın-kişi münasibətlərinin öyrənilməsindən sonra mütəxəssislər bu qənaətə gəlib ki, qadın və kişi enerjiləri arasında balansın pozulması çəkinin artmasına səbəb olur. Xüsusən də qadınların çoxu 40 yaşdan sonra artıq çəkidən əziyyət çəkməyə başlayır, süstlük, yorğunluq, depressiya və tənbəllik kimi fəsadlar özünü göstərir. Psixoloqlar bildirib ki, artıq çəki, tənbəllik və depressiya qadın enerjisinə birbaşa təsir göstərir. Depressiyanın əlamətlərindən biri də fəallığın azalmasıdır.
Xatırlatmaq lazımdır ki, kişi enerjisi - yan adlanır. Yan enerjisi işığı, günəşi, məntiqi, fəallığı, hərəkəti, sürəti, gücü və istəyi təmsil edir.
Qadın enerjisi isə in adlanır. Bu, Ayı, qaranlığı, passivliyi, ürəyi, hissləri, yumşaqlığı, xəyalpərəstliyi və introvertliyi təmsil edir. Passivlik və tənbəllik bir qadın üçün təbiidir.
Bəs qadın təbiəti özünə enerji yığmaq üsulunu tapmağa çalışmır?
İndi isə torpağın altında dərin kökləri olan ağac təsəvvür edin. Ağacın yaşaması üçün nə lazımdır? Birinci, yaxşı torpaq, su və hava, sonra isə günəş. Toxum öz inkişafına torpaqda başlayır və bu dövrdə onu çox sulamaq olar.
Torpaq və su sırf qadın ünsürləridir. Bəs su olmasa, nə baş verər? Əlbəttə ki, toxum göyərməyəcək və ağac quruyacaq.
Əgər bitkilər quraqlıq ərazilərdə bitirsə, təkamül prosesində onlar su çatışmazlığına qarşı adaptasiya olurlar. Yarpaqlarında və gövdələrdə su ehtiyatı yığmağa vərdiş edirlər. Belə bitkilərin su ehtiyatı üçün xüsusi tikanları var. Bizim orqanizm də bu prinsip üzrə qurulub.
Suyun orqanizmə faydaları haqqında indi çox danışırlar. Gün ərzində 1,5-dən 2 litrə qədər təmiz su içmək lazımdır. Əgər siz bunu heç vaxt etməmisinizsə, onda birinci ay sizi şişkinlik gözləyir. Daim su içmək vərdişi olmayan insanlar bir müddət şişkinlik problemi ilə qarşılaşacaq, çünki orqanizm su çatışmazlığı rejimində olacaq və qəbul etdiyi suyu ehtiyatda saxlamağa başlayacaq.
Əgər bədəndə kifayət qədər su varsa, onu saxlamağa ehtiyac da yoxdur. Artıq çəki həyat fəaliyyəti və lazım olan enerjini saxlamaq üçün orqanizmin uyğunlaşmasıdır.
Bundan başqa kişi enerjisini yalnız qadın enerjisi bəsləyir. Artıq çəki qadında pis əhvali-ruhiyyə yaradır ki, bu da tez-tez depressiyaya səbəb olur. Artıq çəki hər cür fəallığı avtomatik olaraq məhdudlaşdırır və tənbəlliyə gətirib çıxarır.
Kişi fəallığı və gündüzü təmsil edir, amma passiv istirahət etmədən heç bir aktivlik mümkün deyil. Gecə düşmədən gün gəlmir. Nəticə etibarı ilə qadının passiv enerjisi kişinin fəallığı üçün ona enerji ötürür.
Qadının ehtiyat enerjisi tükənəndə orqanizmdə heç nə qalmır və toxumalarda yağ toplanır. Köklük isə həmişə tənbəllik və az dəyişkənliklə müşayiət olunur.
Boş vaxtı olan kimi qadınların çoxu bütün günü divanda uzanaraq keçirmək istəyir. Çünki qadın enerjisi sakitlik və dinclik deməkdir. Qadın enerjisi tükənmək üzrə olanda orqanizm onu saxlamaq rejimində işləməyə başlayır. Tənbəllik, süstlük, passivlik, depressiya kimi xəstəliklər də qadın enerjisinin sakitliyə ehtiyacı üzündən baş verir. İstirahət edə bilməyən qadına sevinc gətirən şeylər də get-gedə azalır.
Artıq çəki, tənbəllik, passivlik və tənhalıqdan xilas olmağın yeganə üsulu qadının öz enerjisini özünə qaytarmaqdır.
Bəs qadın enerjisini necə bərpa etmək olar? Artıq çəki, tənbəllik və depressiyadan necə xilas olmalı?
1. Bədəninizə ehtiyacı olduğu dincliyi verin. Bütün yükü öz çiyinlərinizdə çəkməyi dayandırın və özünüzə qulluq edin. Həddən artıq fəallıq bizi rahatlıq və sakitlidən uzaqlaşdırır. Yalnız daxili sakitliyini dinləyən qadın öz ruhu ilə təmasa keçə bilər. Tənhalıq və düşünmək üçün vaxt tapın.
2. İstirahət günlərini təmiz havada, təbiət qoynunda keçirməyə çalışın, çayın və dənizin kənarında oturub suyun səsini dinləyin. Çəmənlikdə ayaqyalın gəzməyə çalışın, ya da meşədə alovun yanında oturun.
3. Öz əllərinizə görə biləcəyiniz məşğuliyyət tapın. Bu, rəsm, nə isə toxumaq, muncuq tikmək və ya sevdiyiniz hər hansı yeməyin hazırlanması ola bilər.
4. Yoqa və tənəffüs gimnastikasına başlayın. Çox ağır məşqlərlə yüklənmək lazım deyil. Güc tələb edən məşqlər qadın enerjinin toplanmasına xidmət etmir.
5. Mütləq maraqlı qadın ədəbiyyatları oxuyun. Zaman-zaman nağıllar oxumaq çox faydalıdır.
6. Kiminsə qayğısına qalmaq çox xeyirlidir. Bu, uşaqlar, yaşlı insanlar, yaxud da heyvanlar və güllər ola bilər.
7. Qəlbinizə toxunan xoş musiqi tapın və dinləyin.
8. Şəkil qalereyalarına və sərgilərə gedin. Dünyadakı gözəlliklərlə təmasda olun.
9. Qidalanmanıza yenidən nəzər salın. Menyudan qoyun və mal ətini çıxarın. Qadın enerjisini meyvə və tərəvəzlər bəsləyir.
Bütün bunları şüurlu səviyyədə edə bilərik. İnsan mürəkkəb varlıqdır. Şüurdan başqa şüursuz təbəqə də mövcuddur. Bunu hesaba almaq lazımdır.
Torpaq və Su da qadın üsnürləridir. Torpaq ana ilə münasibətlərin rəmzidir. Ana ilə münasibətlər hər zaman mürəkkəb və ziddiyyətli xarakterə malikdir.
Bu münasibətlərdə - məhəbbət də, nifrət də, birlikdə olmaq və getmək istəyi də var. Bu, ziddiyyətli hisslərinin qarışığıdır.
Sizin kişi ilə münasibətləriniz ananıza olan münasibətləri əks etdirir. Sadə yamsılama haqqında danışmaq olmaz. Əlaqələr bəzən saf şəklində kopiyalana bilər, lakin bu ssenarilər üzrə baş vermir. Məsələ ondadır ki, həyatınız şüuraltında gizlənib.
10. Hər iki valideynlərlə münasibətləri aydınlaşdırmaq lazımdır, xüsusilə ana ilə. Çünki fundamental parametrlər Yerə bağlıdır. Məhz ana öz qadınlıq rolunu qızına ötürür.
11. Öz hissləri haqqında açıq danışmaq və göstərmək lazımdır. Təbii və səmimi olmağı öyrənin.
12. Bütün diqqətinizi nəticəyə deyil, prosesə yetirin. Həyatda sizə zövq verən işlərlə məşğul olun.
Kişilər nəticəyə köklənib və onlar nəticədən fərqli zövq alır. Qadına isə proses təsir edir və o, prosesin özündən ləzzət alır. Odur ki, artıq əldə edilmiş nəticə üzərində çox düşünmək lazım deyil.
Qadın üçün nəticə əldə etmək imkanıdır
İdman zalı kişilər üçün ilk növbədə onun bədəninin nəticəsidir. Təəssüf ki, bir çox qadınlar da buna yönəlib. Daha dəqiq desək, onlar fiziki hərəkətlərlə özlərini sıxır, bununla da qadın enerjisinə qarşı etiraz doğurur.
Qadınlar tez-tez şikayətlənirlər ki, idmanla nə qədər çox məşğul olsalar da, kiçik nəticələr qazanırlar. Çəki tərəzidə azalan istiqamətində irəliləmir. Üstəlik, tənbəllik, süstlük və depressiya əlamətləri başlayır. Məsələ sadəcə pəhrizlərdə və məşqlərdə deyil. Problem dərin psixoloji və enerji proseslərindədir.
Yadda saxlayın! Qadın təbiəti üçün proses və prosesdən zövq almaq vacibdir, hətta əgər nəticə sıfır olsa da, bu, onu az narahat edir. Prosesin özü isə ona daha çox sevinc verir. Odur ki, qadınlar üçün çox vacibdir ki, onlara sevinc və məmnunluq hissi gətirən işlərlə məşğul olsunlar. Bunun üçün həyatda sizə zövq verən işlərin siyahısını yazın. Bəli, bəli, elə indi yazmağa başlayın.
Depressiya, tənbəllik və artıq çəki qadın enerjisinin çatışmazlığı və bloklanması ilə bağlıdır. Bu xəstəliklərlə hər hansı işlə fəal məşğul olaraq mübarizə aparmağa çalışmayın, əksinə özünüzə dur deməyi və problemlərinizin dərin səbəbləri anlamağa çalışın.
Siz problemlərin dərin səbəblərini anlamağa və dayanmağa çalışın. Qadın təcrübəsi bu problemin ən yaxşı həllidir. Təcrübə qadına problemləri yüksək səviyyədə həll etməyə, həm də kosmosla və təbiətlə qarşılıqlı əlaqəni öyrənməyə kömək edir.
Saglamolun.Az