usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 2.17 m/s
Son xəbərlər
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram...

details

HADİSƏ

06.02.2024, 12:48 Oxunub: 2198

“Qardaşım qədər yaxın insanı itirdim, günahkaram...”


“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


1001info.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, , Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

İttihamda deyilir ki, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib. Qeyd edilən əmələ görə, Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.  
Sədrlik edən hakim müttəhimin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Müttəhim bloqer hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.
N.Şakirli hadisə günü içkili olmadığını deyir. Sərbəst ifadəsində həmin günü tam xatırlamadığını desə də, yadında qalan budur ki, hadisə günündən bir gün əvvəl içki qəbul edib. 
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Digər xəbərlər